Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Banka 2 min ABŞ dolları borcum var. Ödəniş imkanım aşağı olduğundan banka müraciət edib mənə kömək etmələrini xahiş etdim. Kredit borcumu yeni üsulla hesablayıb müddətini uzadacaqlarını söylədilər. Lakin bu zaman faizlər həddindən artıq çox olacağından bankın təklifi məni qane etmədi.
Bank məndən kredit borcunu məhkəmə qərarı ilə alacağı təqdirdə, qərarın icrası zamanı borcumun hissə-hissə ödənilməsini istəyə bilərəm?
Rizvan ZAMANOV,
Gəncə şəhəri
“İcra haqqında” qanunun 15-ci maddəsinə əsasən, siz qətnamənin hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərsiniz. Bu halda məhkəmə sizin əmlak vəziyyətinizi və digər halları nəzərə alaraq müraciətinizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
Nəzərə almalısınız ki, qətnamənin hissə-hissə icrası barədə ərizənizə əmlakınızın vəziyyəti, qazancınızın miqdarı və sizdən tələb edilən borcu bir dəfəyə tam ödəmə imkanına malik olmamağınızı təsdiqləyən sübutlar əlavə etməlisiniz. Məhkəmə sizin təqdim etdiyiniz sübutlar əsasında ərizənizə lazımi hüquqi qiymət verəcəkdir.
Biz ailədə 2 uşağıq. Atam notariat qaydasında vəsiyyətnamə tərtib etməklə özünə məxsus 2 evi bizə vəsiyyət edib. Lakin atamın birinci evliliyindən bir uşağı da var. Bir neçə il əvvəl atam heç bir bölgü etmədən şəhərdəki evi həmin uşağa vermişdir. Atamın əvvəlki nikahından olan uşağının bizə vəsiyyət olunmuş 2 evə dair hər hansı hüququ varmı? Bu iki evdən ona hər hansı pay düşür?
Nüsrət HEYBƏTOV,
Bakı şəhəri
Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM) vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə və öz iradəsini aydın ifadə edə bilən hər bir yetkinlik yaşına çatmış, fəaliyyət qabiliyyətli şəxsə imkan verir ki, öz əmlakını və ya onun bir hissəsini həm qanun üzrə vərəsələr sırasından, həm də kənar adamlardan bir və ya bir neçəsinə vəsiyyət etsin (m.1166 və 1167). Lakin MM həm də vəsiyyət üzrə vərəsəlik halında bəzi şəxslərə (vəsiyyət edənin valideynləri, arvadı (əri) və uşaqları) imkan verir ki, miras qoyanın son iradəsindən (vəsiyyətnamənin məzmunundan) asılı olmayaraq, mirasda məcburi pay tələb etsinlər (m. 1193).
Beləliklə, atanızın əvvəlki nikahından olan uşağının mirasda məcburi payı tələb etmək hüququ var və məcburi pay qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısını təşkil edir.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Çin şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərə bilərlər
4SİM-in Müşahidə Şurasının iclası keçirilib
Azərbaycan diaspor təşkilatları Niderland Hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanatlar yayıblar
Rövşən Rüstəmov: "Çin Orta Dəhliz ilə ildə 1 000 konteyner blok qatarı göndərəcək"
Mariya Zaxarova: XİN başçılarının “3+3” formatında növbəti görüşünə hazırlıq gedir
Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
RF XİN: Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq
Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq
Keçmiş kraliça xəstəxanaya aparıldı - Məlumat
SON DƏQİQƏ.... “Neftçi”də Qriqorçukla bağlı qərar
Türklər “Benfika”ya qələbə qazandırdı
FİDE Karlseni və Polqarı tarixin ən yaxşıları kimi tanıdı
Sumqayıtda Birinci Qarabağ müharibəsi şəhidinin nəşinin qalıqları torpağa tapşırılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib YENİLƏNİB-2
Qarabağ Universitetinin 1200 yerlik tələbə yataqxanası VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Sabirabadda vətəndaşlarla görüşüb
Sabah hava tutqun olacaq, yağış yağacaq
İrəvanın mərkəzində 40-a yaxın insanın iştirakı ilə silahlı qarşıdurma olub
Ekspert: dünya qlobal münaqişə astanasında dəyişir
Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!