19 Aprel 2024 16:49
257
İQTİSADİYYAT
A- A+

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

 

Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards 2024” mükafatının iki nominasiyasında qalib gələrək növbəti dəfə regionun ən yaxşı hava limanlarından biri statusunu təsdiq edib.

Aeroportun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Frankfurtda EXPO sərnişin terminalında baş tutan mükafatlandırma mərasimində Bakı aeroportu “Mərkəzi Asiyanın/MDB-nin ən yaxşı hava limanı” adına layiq görülüb. Bundan əlavə, o ardıcıl üçüncü dəfə “Mərkəzi Asiyanın və MDB-nin ən yaxşı hava limanı işçiləri” nominasiyasında qalib olub.

“Bu, işimizin və mükəmməlliyə sadiqliyimizin gözəl tanınmasıdır. Bizim üçün sadəcə ən yaxşı olmaq deyil, ən yaxşı olaraq qalmaq vacibdir. “Skytrax” tərəfindən iki nüfuzlu mükafat almağımız düzgün istiqamətdə getdiyimizi təsdiqləyir. Bakı hava limanı bundan sonra da beynəlxalq tələblərə və standartlara cavab verən yüksəkkeyfiyyətli xidmətlər göstərməyə davam edəcək”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

“Bakı hava limanı son illərdə “World Airport Awards”da davamlı uğur qazanıb və həm Mərkəzi Asiya/MDB-də ən yaxşı hava limanı, həm də regionda ən yaxşı hava limanı personalı xidməti nominasiyasında ikiqat tanınması aeroportun son illərin çağırışlarından sonra məmnunluğundan xəbər verir”, - deyə “Skytrax” şirkətinin baş icraçı direktoru Edvard Pleysted vurğulayıb.

Qeyd edək ki, qlobal hava limanı sənayesi üçün keyfiyyət standartı hesab edilən “World Airport Awards” mükafatı 2023-cü ildən 2024-cü ilə qədər 7 ay ərzində 100 ölkədən olan sərnişinlər arasında keçirilən “World Airport Survey” sorğusuna əsaslanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video