21 Aprel 2026 08:35
209
SİYASƏT
A- A+
Vətənpərvər gənclər Azərbaycanın etibarlı sabahıdır

Vətənpərvər gənclər Azərbaycanın etibarlı sabahıdır


Cəmiyyətimizin əsas vəzifələrindən biri də Azərbaycan gənclərini vətənpərvərlik, azərbaycançılıq, dövlətçiliyə və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşdırmaqdır. Ümummilli Lider Heydər Əliyevin "Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır" kimi fikirlərinin təsdiqini gənclərimiz ictimai-siyasi həyatın bir çox sahələrində, ən əsası  ölkəmizin suverenliyinin bərpasında, Azərbaycan torpaqlarının işğaldan azad edilməsində nümayiş etdirdilər.

44 günlük Vətən müharibəsində  Azərbaycan gəncləri əsl vətənpərvərlik nümunəsi ortaya qoydular. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsindən gənclərimiz şərəflə çıxdılar, Vətənin etimadını layiqincə doğrultdular, bütün dünya Azərbaycan gəncinin şücaətinə heyran qaldı. 

Dövlətimizin başçısının rəhbərliyi ilə daha geniş coğrafiyada reallaşan vətənpərvərlik və azərbaycançılıq müasir dövrün tələblərinə cavab verən gənclər formalaşdırmışdır. Hər iki amil Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Prezident İlham Əliyev gənclərin  inkişaf  yönümünü mövcud ənənələr, tələblər əsasında daha da təkmilləşdirilməsilə əlaqədar fərman və sərəncamlar imzalamış, Azərbaycan gənclərinin vətənpərvərlik və azərbaycançılıq ruhunu daha da gücləndirmək üçün zamanın çağırışları ilə ayaqlaşan dövlət proqramlarını təsdiq etmişdir. 2007-ci ilin "Gənclər ili" elan olunması, 2011-ci ildə Gənclər Fondunun yaradılması, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis olunması, ən nəhayət, Azərbaycan gənclərinin İnkişaf Strategiyasının təsdiqlənməsi buna bariz nümunələrdir. 

Hazırda işğaldan azad edilmiş ərazilərdə başda gənclərimiz olmaqla  "Böyük qayıdış" proqramı uğurla icra edilir. Artıq 70 minə yaxın insan işğaldan azad edilmiş ərazilərdə yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən nümunəvi şərait yaradılmışdır. 

Əminliklə deyə bilərik ki, bu günün gəncliyi azərbaycançılıq ideyası ilə yaşayan qurucu, sağlam ruhlu, özünə inamlı, mübariz vətənpərvərlərdir. Onlar mütləq şəkildə Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət kursunu dəstəkləyirlər. Eyni zamanda gənclərimiz milli-mənəvi dəyərləri əxz edərək formalaşırlar. Dövlət başçısı hər zaman çıxışlarında Azərbaycan gəncliyinin tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimizin qorunmasını ön plana çəkir. Çünki milli-mənəvi dəyərlərimiz qorunduqca gənclərimiz ziyanlı xarici təsirlərdən müdafiə olunur, azərbaycançılıq ideologiyası ətrafında birləşərək Vətənə, dövlətə, xalqa bağlı olurlar. 

Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu gündən-günə artır.  Respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatları fəaliyyətlərini dövlətin yaratdığı şərait sayəsində daha da genişləndirirlər. Dövlətin gənclərə dəstək və diqqəti sayəsində Azərbaycan gəncliyində özünə, istedadına inam hissi artıb. Gənclər öz üzərlərində  dövlət qayğısını daim hiss etdiklərindən nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün gücləri səfərbər edir, Vətənin inkişafı üçün əllərindən gələni edirlər. Yeri gəlmişkən qeyd edək ki, bu gün gənclərimizin böyük bir qismi ordu sıralarında Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirir. Onlar təlim və məşğələlərdə döyüş hazırlıqlarını artırır, mənəvi-psixoloji cəhətdən möhkəmlənirlər.

Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə gəncləri daha güclü aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək üçün  böyük işlər görülür. Dövlət başçısı gənclərə olan münasibətini çıxışlarından birində belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".

Vətənpərvər gənclər Azərbaycanın etibarlı sabahıdır. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri düzgün təhlil edə bilən, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik vətənpərvər gənclər ölkəmizi uğurlu gələcəyə aparan böyük qüvvədir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belçika və Niderland parlamentərinin qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

13:04
21 Aprel

Bakı metrosunun bütün stansiyalarına sərnişinlərin girişi müvəqqəti məhdudlaşdırılıb  - YENİLƏNİB

13:01
21 Aprel

Ötən gün ölkədə elektrik enerjisinin 36 faizdən çoxu bərpaolunan mənbələrdən əldə olunub  

13:00
21 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək

12:59
21 Aprel

İranda yanvar iğtişaşlarının daha bir iştirakçısı edam edilib

12:58
21 Aprel

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

12:43
21 Aprel

Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır

12:42
21 Aprel

Birinci rüb Azərbaycanda duz istehsalı 33 faiz artıb

12:39
21 Aprel

Regional məsuliyyət – müasir beynəlxalq münasibətlər sistemində yeni mərhələ

12:34
21 Aprel

AFFA “Neftçi”ni yüksək məbləğdə cərimələyib

12:21
21 Aprel

Zərdabda Kür çayında suyun səviyyəsi artıb, vəziyyət nəzarət altındadır - AÇIQLAMA

12:13
21 Aprel

Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir

12:02
21 Aprel

Gədəbəyin Şahdağ kəndində 6500-dən çox ağac əkilib

11:56
21 Aprel

Dövlət Komitəsinin rəsmisi: Uşaqlara onlayn riskləri idarə etmək bacarıqları da aşılanmalıdır  

11:48
21 Aprel

Qızılın qiyməti aprelin 13-dən bəri ən aşağı səviyyəyə enib

11:41
21 Aprel

Media: ABŞ-İran danışıqlarına hazırlığın son mərhələsi başlayıb

11:40
21 Aprel

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

11:15
21 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

11:13
21 Aprel

Qlobal külək enerjisi quraşdırma gücü rekord səviyyədə artıb

10:56
21 Aprel

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!