30 Avqust 2025 20:16
4535
COP29
A- A+
Azərbaycanın iqlim şəffaflığına verdiyi dəstək COP29 ilə məhdudlaşmayacaq

Azərbaycanın iqlim şəffaflığına verdiyi dəstək COP29 ilə məhdudlaşmayacaq

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varankın dəvəti ilə qardaş ölkəyə səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Y.Rəfiyev Paris Sazişi üzrə Türkiyənin “İkiillik Şəffaflıq Hesabatı (BTR1) və Doqquzuncu Milli Bəyanat və İkinci İkiillik Şəffaflıq Hesabatının (NC9/BTR2) hazırlanmasına dəstək layihəsi” çərçivəsində Ankarada təşkil olunan seminarın açılışında çıxış edib. O, COP29-da əldə olunmuş tarixi nəticələri vurğulayıb və Paris Sazişi çərçivəsində dövlətlərin təqdim etməli olduqları İkiillik Şəffaflıq Hesabatları mexanizminin uğurla işə düşməsində Azərbaycan Sədrliyinin mühüm rolunu qeyd edib. Nəticədə, artıq 105 dövlətin bu hesabatları təqdim etdiyi, Azərbaycan və Türkiyənin isə ilk təqdim edən ölkələrdən olduğu xüsusi olaraq diqqətə çatdırılıb. O, həmçinin bildirib ki, Azərbaycanın iqlim şəffaflığına verdiyi dəstək COP29 ilə məhdudlaşmayacaq. COP Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan edilmiş Bakı Şəffaflıq Platforması gələcəkdə də dövlətlərin hesabatları və texniki icmallarının hazırlanmasına beynəlxalq tərəfdaşlarla birlikdə dəstək göstərəcək.

Səfər zamanı Y.Rəfiyev, həmçinin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, xarici işlər nazirinin müavinləri Ayşe Berris Ekinci və Nuh Yılmaz, Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə iqlim gündəliyində duran məsələlər, Türkiyənin iqlim dəyişmələri ilə mübarizə tədbirləri, COP30-a hazırlıq və iki ölkənin ortaq prioritetləri, iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət və regional layihələr barədə müzakirələr aparılıb. Xüsusilə BMT və digər təşkilatlar daxilində ortaq fəaliyyətin məmnunluq doğurduğu qeyd olunub və gələcəkdə bu istiqamətdə atılacaq müvafiq addımlar ətrafında fikir mübadiləsi aparılıb. TİKA ilə Azərbaycan İnkişafa Yardım Agentliyi arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!