17 İyun 2025 11:09
320
İQTİSADİYYAT
A- A+
Azərbaycanda tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib  

Azərbaycanda tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib  


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 27751:2025 “İnşaat konstruksiyalarının və qrunt əsaslarının etibarlılığı. Əsas müddəalar”, AZS EN 845-3:2025 “Daş hörgünün köməkçi elementlərinə dair tələblər Hissə 3: Polad tor şəbəkəsinin üfüqi armaturlanması”, AZS EN 490:2025 “Dam örtüyü və divarların üzlənməsi üçün beton dam plitələri və fitinqlər - Məhsul spesifikasiyaları”, AZS EN 13877-1:2025 “Beton yol örtükləri - Hissə 1: Materiallar”, AZS EN 13877-2:2025 “Beton yol örtükləri - Hissə 2: Beton yol örtüklərinə dair funksional tələblər”, AZS EN 15050:2025 “Yığma dəmir-beton məhsullar - Körpü elementləri” dövlət standartları qəbul edilib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, yeni dövlət standartlarının tətbiqində məqsəd beynəlxalq təcrübələr əsasında tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyət göstəricilərini müasir tələblərə uyğunlaşdırmaqdır.

Qeyd olunan dövlət standartları binaların və qurğuların inşaat konstruksiyaları və onların qrunt əsaslarının etibarlılığının təmin edilməsi, eləcə də yükdaşıyan və yükdaşımayan konstruksiyalarda üfüqi daş hörgü tikişlərinin armaturlanması, beton dam örtüyü plitələri, pilləli dam örtükləri, divar üzlükləri və örtükləri üçün fitinqlərə dair texniki tələbləri müəyyən edir. Standartlara həmçinin yerində betonlanan yol örtüklərinin komponentləri və körpü tikintisində döşənək elementi kimi istifadə olunan, fabrikdə istehsal edilən yığma dəmir-beton konstruksiya elementlərinə dair tələblər də daxildir.

Qeyd edək ki, yeni dövlət standartlarının layihələri “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında müzakirə edilib və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!