Azərbaycanda nağdsız ödənişlərdən daha geniş istifadə məsələsi müzakirə olunmuşdur
Aprelin 18-də Amerika Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə Bakıda "Vergitutma: Yeni vergi mədəniyyəti naminə" adlı ikinci vergi konfransı keçirilmişdir.
Konfransda dünyanın aparıcı audit və hüquq şirkətlərinin, Azərbaycan Vergilər, Maliyyə nazirliklərinin, Milli Məclisin və digər qurumların nümayəndələri iştirak etmişlər.
AMCHAM-ın icraçı direktoru Nərgiz Nəsrullayeva bildirmişdir ki, məqsəd yeni vergi mədəniyyətinin yaradılmasına, insanların bu sahədə maarifləndirilməsinə nail olmaq, nağdsız ödənişlərə keçid istiqamətində yeni təkliflərin verilməsi və müzakirələrin aparılmasıdır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycanda Vergilər Nazirliyinin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində ölkənin vergi sistemi dünyanın öncül yerlərindən birini tutur. Bu yaxınlarda Vergi Məcəlləsində də yeni dəyişikliklərin edilməsi gözlənilir. Azərbaycanda əhalinin 80 faizi könüllü vergi ödəyiciləridir. Bu çox müsbət göstəricidir. Azərbaycanda azad bazar şəraitində vergi rüsumunu azaltmaq üçün məsələyə sistemli yanaşmaq lazımdır. Bunun üçün ayrı-ayrı ölkələrin təcrübəsi də öyrənilməli, müqayisə aparılmalıdır.
Vergilər Nazirliyinin Fiziki şəxslərin qeydiyyatı şöbəsinin rəhbəri Natiq Şirinov məlumat vermişdir ki, Azərbaycan Vergilər Nazirliyi nağdsız ödənişlərin artırılması üçün hazırlanan təkliflər paketini dövlətə təqdim edəcəkdir. Nazirlik ötən həftədən elektron formada vergi və dövlət rüsumlarının qəbuluna da başlamışdır. Bu proses Vergilər Nazirliyi və Mərkəzi Bankın nağdsız ödənişlərinin stimullaşdırılması tədbiri çərçivəsində reallaşdırılır. Fiziki və hüquqi şəxslər nağdsız ödənişləri elektron portal üzərindən həyata keçirə bilərlər. Artıq yaxın 20 gün ərzində ölkədə POS-terminalların sayı da 25 minə çatdırılacaqdır.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işləri, nağdsız ödənişlərə keçidlə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. Tədbirdə nağdsız ödənişlərin daha geniş tətbiqi üçün nağd ödənişlərin azaldılması istiqamətində müəyyən məhdudiyyətlərin qoyulması və qaydaları pozanlara qarşı müəyyən cərimələrin tətbiqi də təklif olunmuşdur.
Bildirilmişdir ki, nağdsız ödənişlərə keçid istiqamətində kompleks tədbirlərin görülməsi zəruridir. Belə ki, qara iqtisadiyyatla və korrupsiya ilə mübarizə, qaçaqmalçılığın qarşısının alınması, Pos-terminalların sayının artırılması nağdsız ödənişlərə keçidi daha da sürətləndirən amillərdir. Əhalinin nağdsız ödənişlərdən istifadəsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də vacib məsələdir.
Tədbirdə transfer qiymətlərinin tətbiqinin üstünlüyü, cərimə və sanksiyaların həvəsləndirici tədbirlərlə müqayisəsi beynəlxalq bazarlara çıxışın təmin edilməsi üçün vergi sisteminin rolu müzakirə edilmişdir.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!