21 Mart 2025 12:31
965
SİYASƏT
A- A+
Azərbaycan XİN: Ermənistan tərəfi manipulyasiya ilə məşğul olur

Azərbaycan XİN: Ermənistan tərəfi manipulyasiya ilə məşğul olur


Martın 20-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə mətbuat konfransında səsləndirdiyi əsassız iddiaları pisləyirik. Təəssüf ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olan problemlərin aradan qaldırılmasına çalışmaq əvəzinə, Azərbaycanı sülhdə maraqlı olmayan ölkə kimi qələmə verməklə manipulyasiya ilə məşğul olur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi əsassız iddialara dair şərhində bildirilib.

Şərhdə deyilir: “Xatırladaq ki, qonşusuna qarşı təcavüzə başlamış, həm Ermənistandan, həm də 30 ilə yaxın müddətdə işğal etdiyi ərazilərdən bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoymuş, qırğınlar törətmiş, şəhər və qəsəbələri yerlə-yeksan etmiş ölkə Azərbaycan deyil, Ermənistan olub. Azərbaycan heç vaxt Ermənistana qarşı işğalçılıq siyasəti aparmayıb və regionu qarşıdurma zonasına çevirən belə bir vəziyyətin yaranmasında maraqlı olmayıb.

Hətta Ermənistan xarici işlər nazirinin Ermənistanın sülh müqaviləsi layihəsinin ən son versiyası ilə razılaşaraq, mətn layihəsi üzrə danışıqların yekunlaşmasına yol açması ilə bağlı açıqlaması da bu ölkənin son iki il yarım ərzində danışıqların mətninə qəbuledilməz təkliflər irəli sürməklə prosesə necə mane olduğunu nümayiş etdirir. Məhz Azərbaycan diplomatiyası və tədbirləri bizə mətn üzrə danışıqları yekunlaşdırmağa imkan verib.

Lakin bu heç bir halda bizim Ermənistanın konstitusiyasında təsbit olunmuş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarına, eləcə də Ermənistanın keçmiş münaqişənin qalıqları olan Minsk qrupu və ATƏT-in aidiyyəti qurumlarını qorumağa çalışan hərəkətlərinə etinasız yanaşacağımız anlamına gəlməməlidir.

Bir daha bildiririk ki, Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman müqavilə imzalanmağa hazır olacaq.

Ermənistanın xarici işlər naziri və digər rəsmi şəxsləri kommunikasiyalar və “silahlara nəzarət mexanizmləri” ilə bağlı qondarma təkliflərinə Azərbaycanın müsbət cavab vermədiyini bildirəndə belə görünür ki, Ermənistan tərəfi ya Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı şərhlərini izləmir, ya da nanəciblik, diqqət, təsdiq və ya başqalarını manipulyasiya etmək istəyindən əziyyət çəkir.

Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməni əsilli məhbusların azadlığa buraxılması çağırışlarına gəldikdə, vurğulayırıq ki, cinayətləri Cenevrə Konvensiyalarına və ümumilikdə beynəlxalq hüquq və daxili qanunlara əsasən araşdırmaq və mühakimə etmək Azərbaycanın ayrılmaz hüququ və öhdəliyidir.

Əgər Ermənistan həqiqətən də mövcud humanitar problemlərin həllində maraqlıdırsa, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarını təmin etməli, 4000-ə yaxın itkin düşmüş azərbaycanlının yeri barədə məlumat verməli, Azərbaycan ərazilərində kütləvi şəkildə yerləşdirdiyi mina xəritələrinin təqdim edilməsində əməkdaşlıq etməlidir.

Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

15:53
24 Yanvar

Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

15:39
24 Yanvar

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar davam edir

14:52
24 Yanvar

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

13:49
24 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq

13:09
24 Yanvar

Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir

12:01
24 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib: Yolların buz bağlama ehtimalı var!

10:56
24 Yanvar

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

10:34
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!