05 Sentyabr 2025 17:13
826
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib  

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib  


Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl Azərbaycan nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyini ziyarət edib, Ümummilli Lider Heydər Əlyevin büstü önünə gül dəstələri qoyub.

Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iclasdan əvvəl təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, bu əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə edilib, ticarət, iqtisadiyyat, investisiya, enerji və digər sahələri əhatə edən Birgə Komissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyi nəzərdən keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən S. Babayev iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsipləri əsasında müxtəlif sahələrdə ardıcıl şəkildə genişləndiyini bildirib. 2024-cü ildə Macarıstanın Baş naziri Viktor Orbanın Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında və Bakıda keçirilmiş COP29-da iştirakının, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin may ayında Macarıstana etdiyi sonuncu səfərinin ölkələrimiz arasındakı dostluğun və strateji tərəfdaşlığın aydın göstəricisi olduğu qeyd olunub.

Nazir çıxışında ticarət, investisiya, enerji, nəqliyyat, turizm, işğaldan azad edilmiş ərazilərin bərpası, humanitar sahələrdə əməkdaşlığın uğurlu nəticələrindən bəhs edib, həmçinin Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində elan edilmiş və bölgə üçün böyük perspektivlər vəd edən nəqliyyat dəhlizləri və “Yaşıl Enerji Dəhlizi” kimi yeni təşəbbüslərin əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb: “Azərbaycan üçün bu dəhlizlər Şərqlə Qərb arasında mühüm əlaqələndirmə mərkəzi olmaq strategiyası ilə üst-üstə düşür, Macarıstan üçün isə logistika, ticarət, enerji tranziti və sənaye sahələrində əməkdaşlıq baxımından yeni imkanlar açır”.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycan–Macarıstan Hökumətlərarası Birgə Komissiyası iqtisadi münasibətlərin möhkəmləndirilməsində həlledici rol oynayır və Budapeştdə keçirilən, gündəliyi olduqca geniş olan 11-ci iclasın nəticələri iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlığının gücləndirilməsi baxımından məhsuldar olacaq.

Azərbaycan və Macarıstan arasında 61 sənədin imzalanması, geniş hüquqi bazanın formalaşdırılması, ticarət dövriyyəsinin 2024-cü ildə 29 faiz artaraq 62 milyon dolları ötməsi, enerji və bərpaolunan enerji sahəsində mühüm layihələrin həyata keçirilməsi, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Macarıstan şirkətlərinin fəal iştirakı və humanitar əlaqələrin genişlənməsi Birgə Komissiyanın iclasında mühüm nailiyyətlər kimi qiymətləndirilib.

P.Siyarto çıxışında Azərbaycanla Macarıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və fayda üzərində qurulduğunu və bu əməkdaşlığın ən strateji sahələri əhatə etdiyini vurğulayıb. Nazir Azərbaycanla enerji sahəsində əməkdaşlığın neft və qaz resursları olmayan Macarıstanın beynəlxalq enerji bazarında mövqeyində də dəyişikliyə gətirib çıxartdığını qeyd edib: “Belə ki, Macarıstan hazırda yalnız qaz alıcısı deyil, həm də artıq başqa ölkələrə qaz satışını həyata keçirir”.

İclas başa çatdıqdan sonra S. Babayev və P.Siyarto tərəfindən Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanına Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, həmçinin “Scandens Pharmaceutıcals Industrıes LTD.” və “Pannonpharma” arasında Anlaşma Memorandumu hər iki tərəfin aidiyyəti qurumların səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb.

Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya 18 fevral 2008-ci il tarixində Budapeşt şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in 4-cü maddəsinə uyğun olaraq yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!