09 İyul 2026 19:43
266
CƏMİYYƏT
A- A+
Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub


İyulun 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliyanın Müdafiə Nazirliyinin milli silahlanma direktoru admiral Giacinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan müdafiə sahəsində əməkdaşlığı yüksək qiymətləndirib.

Azərbaycan-İtaliya əlaqələrinin bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən admiral G.Ottaviani qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qonaq Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın hər iki dövlətin müdafiə qüdrətinin yüksəldilməsinə töhfə verəcəyindən əminliyini ifadə edib.

İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Araşdırma: İsti hava qadınlara niyə daha çox təsir edir?

11:30
10 İyul

Almaniyada iyundakı istilər 5100 nəfərin ölümünə səbəb olub

11:27
10 İyul

Dünya çempionatında ilk yarımfinalçı Fransa millisi olub

11:25
10 İyul

Netanyahu və Tramp ABŞ-nin İrana qarşı əməliyyatlarını müzakirə ediblər

11:23
10 İyul

Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi

11:08
10 İyul

FİFA Folklend adaları haqqında mahnıya görə Argentinanı cəzalandırmayacaq

11:05
10 İyul

Kasilyas su fasiləsi probleminə inqilabi həll yolu təklif edir

11:03
10 İyul

ABŞ-də 8 nəfər Ağ Evə hücum planlaşdırmaqda ittiham olunur

11:00
10 İyul

Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?

10:35
10 İyul

Bakının yeni nəqliyyat şəbəkəsi

10:25
10 İyul

Milli intellektual elita formalaşır

10:15
10 İyul

Gənclərimiz Daşkənd səfərindən zəngin təəssüratla dönüblər

10:05
10 İyul

Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir

09:55
10 İyul

Goranboydakı "Süd Bulağı" MMC xarici bazarlara çıxmaq istəyir

09:45
10 İyul

Aqrar sektorun inkişafinda yeni dövr başlayır

09:35
10 İyul

Proqram mühəndisliyi kibertəhlükəsizliyin və rəqəmsal inkişafın əsas dayaqlarındandır

09:25
10 İyul

Azərbaycan Dövlət Aqrar Universitetinin görkəmli məzunları

09:15
10 İyul

"Ağıllı yol"lar, rəqəmsal körpülər - müasir nəqliyyat sisteminin Azərbaycan modeli

09:05
10 İyul

NATO Ankara sammitində hansı mesajları verdi?

08:53
10 İyul

Sənaye zonaları: sərmayə, istehsal və ixrac artır

08:45
10 İyul

"Əsas məqsəd rəqəmsal mühitdə uşaqların maraqlarını təhlükəli təsirlərdən qorumaqdır"

08:37
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!