07 Dekabr 2024 17:01
467
SİYASƏT
A- A+
Azərbaycan-Türkiyə qardaşlığı bu iki dövlətin qlobal arenada daha fəal mövqe tutmasına imkan yaradıb  

Azərbaycan-Türkiyə qardaşlığı bu iki dövlətin qlobal arenada daha fəal mövqe tutmasına imkan yaradıb  


Azərbaycanın dövlət müstəqilliyinin bərpası xalqımız üçün tarixi nemət olduğu kimi, həm də Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyənin daim Azərbaycanın yanında olması, bu iki ölkənin dostluq və qardaşlıq münasibətləri bütövlükdə Türk dünyasının inkişafına mühüm töhfələr verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada çıxışı zamanı səsləndirib.

Ə.Əhmədov qeyd edib ki, uzun müddət müəyyən səbəblərdən yalnız qəlbimizdə daşıdığımız bəzi istəkləri indi reallaşdırmaq və ifadə etmək imkanı qazanmışıq: “Bu gün isə öz gücümüzü daha böyük inamla bütün dünyaya nümayiş etdirmək imkanına malikik. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələri getdikcə daha da inkişaf edir. Bu inkişaf təkcə iki ölkə arasında deyil, həm də beynəlxalq münasibətlər sistemində onların nüfuzunun artmasına və qlobal arenada daha fəal mövqe tutmalarına imkan yaradıb”.

“Bu gün keçirilən tədbiri də Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun daha bir təzahürü kimi dəyərləndirmək olar. Bu bağlılıq həm Türkiyə, həm də Azərbaycan üçün təkcə milli maraqlar baxımından deyil, qlobal miqyasda da mühüm nəticələr doğuracaq”, - deyə Əli Əhmədov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyada Çinə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

19:24
04 Mart

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

19:02
04 Mart

Misirə doğru hərəkət edən Rusiya gəmisi batıb

18:47
04 Mart

Rusiya Ukrayna qatarlarını “ovlayır”: martın əvvəlindən dəmir yoluna 18 zərbə endirilib

18:31
04 Mart

Bakı-Sumqayıt-Bakı qatarlarının martın 9-una olan hərəkət qrafiki açıqlanıb

18:21
04 Mart

Media nümayəndələri 2026-cı il üçün İdman Paytaxtı seçilən Qazaxda

18:11
04 Mart

Firudin Qurbanov: Təhsilin bütün pillələrində gender bərabərliyi məsələsinə balanslaşdırılmış yanaşma tətbiq olunur

18:00
04 Mart

Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib

17:58
04 Mart

Milli Məclisdə idman sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlər səsləndirilib

17:33
04 Mart

İranda həlak olanların sayı 1045 nəfərə çatıb

16:58
04 Mart

İraq, BƏƏ, Qazaxıstan və Oman neft hasilatı planlarını OPEC-ə təqdim ediblər  

16:56
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar bəlli olub

16:44
04 Mart

İran raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubuna düşüb  

16:26
04 Mart

Maliyyə Monitorinqi Xidməti: Azərbaycan beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu möhkəmləndirir  

16:25
04 Mart

BAEA: İranda radioaktiv şüalanma riski aşkar edilməyib

16:23
04 Mart

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş: Mentorluq proqramı nələri vəd edir?  

16:22
04 Mart

Proqnozlar Bürosu növbəti 2 günə gözlənilən hava şəraitini açıqlayıb

15:56
04 Mart

Qlobal bazarları neft şoku qorxusu bürüyüb

15:54
04 Mart

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

15:53
04 Mart

ABŞ Prezidenti İspaniyaya qəzəblənib

15:52
04 Mart

Baş prokuror Kürdəmir rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:51
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!