16 May 2026 13:59
337
SİYASƏT
A- A+
Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir


Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk ölkələrinin inteqrasiyası yolunda növbəti uğurlu addım oldu. Zirvə görüşü çərçivəsində liderlər önəmli görüşlər keçirdilər və aktual müzakirələr apardılar. Zirvə görüşündə liderlərin çıxışlarında üzv ölkələr arasında əməkdaşlığın genişləndirlməsinin zəruriliyini  özündə ehtiva edən bir sıra mühüm mesajlar verildi”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, hazırda qlobal miqyasda sürətli transformasiyalar baş verir, dünya dəyişir, yeni nizam formalaşır. Belə bir şəraitdə Türk dünyası üçün də mühüm çağırışlar yaranıb. Zirvə görüşündə bu kontekstdə də müzakirələr aparılıb. Yüksəksəviyyəli təmaslar çox olduqca münasibətlərin dərinləşməsi üçün də daha geniş imkanlar yaranır. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir.

Millət vəkili xatırladıb ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi TDT-nın tarixində yeni bir başlanğıcdır. Bu ənənə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında həyata vəsiqə alıb. Belə ki, TDT-nın dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının qədim şəhəri Şuşada baş tutub. Ötən ilin mayında isə bu formatda sammit Macarıstanda keçirilib. Keçən ilin oktyabrında isə Azərbaycanın Qəbələ şəhərində növbəti Zirvə görüşü reallaşıb.

Ümumiyyətlə, Azərbaycan TDT-nın güclənməsinə və onun funksionallığının artmasına davamlı töhfələr verir. Dövlətimizin başçısı Türk dünyasını vahid bir ailə kimi səciyyələndirib və bildirib ki, bizi başqa yerdə gözləmirlər. Qeyd edək ki, Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-nın yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Sonradan bu platforma TDT-ə çevrilib. Sammitdə Prezident İlham Əliyevin dediyi kimi, bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir.  “Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Samir Vəliyev qeyd edib ki, hazırda bütün dünyanın nəzərləri türk ölkələrinin yerləşdiyi coğrafiyaya yönəlib. Bu, ilk növbədə resurslarla və gərgin geosiyasi reallıqlar fonunda alternativ nəqliyyat bağlantılarına artan tələbatla bağlıdır. Azərbaycan və Mərkəzi Asiyadakı türkdilli ölkələr Avropa ölkələrinin resurslara artan ehtiyaclarını qarşılamaq iqtidarındadır. Eyni zamanda, bu coğrafiyadan hər cəhətdən əlverişli və təhlükəsiz olan nəqliyyat bağlantıları keçir. Yüklər Çin sərhədlərindən başlayan Orta Dəhlizlə Mərkəzi Asiyadakı Türk dövlətlərindən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana və buradan da Türkiyəyə ötürülməklə Avropaya çatdırla bilər. Əslində, bu marşrut Azərbaycan Prezidentinin siyasi qətiyyəti əsasında yaradılan müasir infrastruktur sayəsində artıq funksionaldır və daşımalar ilbəil artır. Ölkəmizin təşəbbüsü olan Zəngəzur Dəhlizinin açılması ilə Transxəzər marşrutunun daha bir qolu yaranmış olacaq.  Bundan əlavə, dövlətimizin başçısının çıxışında qeyd edildiyi kimi, rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

Eyni zamanda, bu günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu da təşkil ediləcək. Həmçinin, türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi” də  iyun ayında Bakıda keçiriləcək. Cənab Prezident bu tədbirin xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyinə əminliyini bildirib.

“Məlumdur ki, Türküstan şəhəri türk xalqlarının qədimliyini özündə ehtiva edən mərkəzlərdən biridir. Zirvə görüşündə iştirak edən liderlər Türküstanda tarixi-mədəni məkanları ziyarət ediblər. Eləcə də, Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər. Bu layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etdirməkdir. Bütün bunlar türk dövlətlərini və xalqlarını daha da yaxınlaşdıran vacib amillərdir”-deyə deputat vurğulayıb.

Rəşad Cəfərli,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!