04 Sentyabr 2026 17:30
1158
SİYASƏT
A- A+
Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir


Ötən illər ərzində Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda fəal xarici siyasət həyata keçirərək müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Ölkəmizin yerləşdiyi mürəkkəb geosiyasi coğrafiyaya baxmayaraq, Azərbaycan Cənubi Qafqazda və daha geniş regionda sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verən dövlət kimi çıxış edir. Bu siyasətin əsas xüsusiyyətlərindən biri dövlətlərin ölçüsündən və siyasi çəkisindən asılı olmayaraq, suverenlik, ərazi bütövlüyü, bərabərhüquqluluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi önəmdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlər xüsusi yer tutur. Təşkilatın regional və qlobal səviyyədə artan əhəmiyyəti, geniş iqtisadi potensialı, prinsipləri və məqsədlərinin Azərbaycanın gündəliyindəki bir sıra prioritetlərlə uzlaşması ŞƏT ilə əməkdaşlığın ölkəmiz üçün əhəmiyyətini artırır. Azərbaycan təşkilatda təmsil olunan dövlətlərin əksəriyyəti ilə ikitərəfli əlaqələrə malikdir və ŞƏT-in Zirvə toplantılarında fəal iştirak edir.

“Azərbaycanın ŞƏT platformasında fəal iştirakının mühüm mərhələlərindən biri 2024-cü ildə Astanada keçirilən ŞƏT sammiti olub. Həmin sammitdə “ŞƏT+” formatında keçirilən toplantıya 16 ölkənin dövlət və hökumət başçıları qatılıb və təşkilata sədrlik Qazaxıstandan Çinə keçib. Prezident İlham Əliyevin sammit çərçivəsində Çin Prezidenti Si Cinpinlə görüşü və Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Çin-Azərbaycan münasibətlərinin ən yüksək səviyyəyə yüksəlməsi Azərbaycanın ŞƏT ilə əlaqələrinin möhkəmləndirilməsinə də əlavə impuls verib. 2024-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Çin münasibətləri 2025-ci ildə daha yüksək mərhələyə keçib. Prezident İlham Əliyevin 2025-ci ilin aprelində Çinə dövlət səfəri zamanı Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalanıb. Sənəddə siyasi, iqtisadi, nəqliyyat, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur”, - deyə o vurğulayıb.

M.İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyevin ŞƏT platformasında fəal iştirakının mühüm nümunələrindən biri 2025-ci ilin sentyabrında Çinin Tiançin şəhərində keçirilən ŞƏT Plus toplantısı olub. Prezident İlham Əliyev toplantıda çıxış edərək Çin sədrliyinin fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycanın Çin ilə münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Həmin səfər çərçivəsində Prezident İlham Əliyevin Çin Prezidenti Si Cinpinlə görüşündə Azərbaycanın ŞƏT ilə əlaqələrinin genişləndirilməsi, “Bir kəmər, bir yol” təşəbbüsü, Orta Dəhliz, enerji və rəqəmsal iqtisadiyyat kimi məsələlər müzakirə olunub.

“Əsas amillərdən digəri isə Azərbaycanın əlverişli coğrafi mövqeyi və formalaşdırdığı müasir nəqliyyat infrastrukturu sistemidir. Çin ilə Avropa arasında yükdaşımaların alternativ və daha səmərəli marşrutlar üzrə təşkil olunması fonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yaxud daha geniş tanınan adı ilə Orta Dəhliz xüsusi əhəmiyyət qazanır. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi üzərindən Azərbaycan ərazisinə, daha sonra Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxış imkanı yaradan bu marşrutda Azərbaycan mühüm nəqliyyat-logistika qovşağı kimi çıxış edir. Ölkə son illərdə dəmir yollarına, avtomobil yollarına, liman infrastrukturuna və logistika mərkəzlərinə böyük investisiyalar yatıraraq tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. 2025-ci ildə Prezident İlham Əliyevin Si Cinpinlə görüşündə də Orta Dəhliz vasitəsilə Çin yüklərinin Azərbaycan ərazisindən daşınmasının artması xüsusi vurğulanıb və Çin rəhbəri bu marşrutun əhəmiyyətini qeyd edib.

Bundan başqa, enerji sahəsi də mühüm istiqamətlərdən biridir. Ölkəmiz uzun illər ərzində enerji resurslarının beynəlxalq bazarlara çatdırılması sahəsində böyük təcrübə qazanıb. Bununla yanaşı, son dövrdə yaşıl enerji və bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan və Çin arasında 2025-ci ildə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədində bərpaolunan enerji, yaşıl inkişaf və enerji keçidi üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. ŞƏT məkanında böyük enerji istehsalçıları və istehlakçıları arasında əlaqələrin mövcudluğu Azərbaycanın enerji sahəsində əməkdaşlıq imkanlarını daha da genişləndirə bilər”, - deyə deputat əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülhün səsi ədalətdir

19:53
09 Oktyabr

Qaraciyər piylənməsinə qarşı təbii vasitə aşkar edilib

19:46
09 Oktyabr

Şərqi Avropanın ən qədim Aşel dövrü daş alətləri Rusiyada aşkar edilib  

19:31
09 Oktyabr

Azərbaycanın “yaşıl enerji” layihələrinə 1,1 milyon dollarlıq dəstək

19:23
09 Oktyabr

Masallı şəhərində Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anılıb  

19:13
09 Oktyabr

Şəhid komandir

19:06
09 Oktyabr

Süni intellekt detektoru təqdim edilib

18:45
09 Oktyabr

Masallı şəhər 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

18:33
09 Oktyabr

Sumqayıtın təmizliyi vacib şərtdir  

18:28
09 Oktyabr

Azərbaycanın tranzit yolunda canlanma: Astarada yük axını sürətlənir

18:22
09 Oktyabr

Skandinaviyada qədim evlərdə insan qalıqları və zorakılıq izləri aşkarlanıb  

18:15
09 Oktyabr

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

17:52
09 Oktyabr

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!