31 Avqust 2026 21:11
330
SİYASƏT
A- A+
Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir 

Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir 


Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, iqtisadi və nəqliyyat əlaqələrinin yeni məzmun qazanması, təhlükəsizlik çağırışlarının şaxələnməsi dövlətləri çoxtərəfli əməkdaşlıq platformalarının imkanlarından daha fəal istifadə etməyə sövq edir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın diqqət yetirdiyi mühüm beynəlxalq platformalardan biri kimi xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat bildirib ki, Azərbaycanın ŞƏT ilə əlaqələri son illərdə yüksələn dinamika nümayiş etdirir. ŞƏT Azərbaycan üçün həm siyasi dialoq, həm də iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından əhəmiyyətli platformadır.

Tahir Mirkişili qeyd edib ki, Azərbaycanın ŞƏT üçün əhəmiyyətini artıran əsas amillərdən biri ölkəmizin əlverişli geostrateji mövqeyidir. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevrilir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycan–ŞƏT münasibətlərinə yeni məzmun qazandıra biləcək mühüm istiqamətlərdəndir. Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa arasında yükdaşımaların alternativ marşrutlar üzrə artırılması fonunda Azərbaycanın nəqliyyat infrastrukturu strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan yalnız nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkə deyil, eyni zamanda, müxtəlif regionları birləşdirən logistika mərkəzi kimi çıxış edir. ŞƏT ölkələri ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin tranzit potensialının daha geniş şəkildə reallaşdırılmasına imkan yarada bilər.

Deputat bildirib ki, Azərbaycan–ŞƏT münasibətlərində digər mühüm istiqamət iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsidir. Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi, sənaye və kənd təsərrüfatı məhsullarının ixracının artırılması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması və yeni texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi siyasət ŞƏT ölkələri ilə əməkdaşlığın yeni sahələrə istiqamətlənməsinə əlverişli zəmin yaradır. Xüsusilə sənaye, enerji, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, süni intellekt, logistika və turizm sahələrində qarşılıqlı investisiyaların artırılması üçün ciddi potensial mövcuddur.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə siyasi dialoqdan iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlığın daha geniş müstəvisinə keçib. Türk Dövlətləri Təşkilatı çərçivəsində mövcud əlaqələr isə bu əməkdaşlığın əlavə platformalarla tamamlanmasına imkan verir. ŞƏT bu baxımdan Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətli platformadır. Azərbaycanın region ölkələri ilə münasibətlərində qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsas götürülür.

Ölkəmizin ŞƏT ilə əlaqələrinin inkişafı, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Azərbaycanın etibarlı tərəfdaş, enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verən ölkə, müxtəlif regionlar arasında dialoqu təşviq edən dövlət kimi mövqeyi bu platformada əməkdaşlıq imkanlarını genişləndirir.

“ŞƏT ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində yeni istiqamətlərin formalaşdırılması demək deyil. Əksinə, bu əməkdaşlıq Azərbaycanın mövcud çoxvektorlu diplomatiyasının məntiqi davamıdır. Bakı üçün əsas məqsəd müxtəlif beynəlxalq platformalardan ölkənin milli maraqlarının, regional sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində səmərəli istifadə etməkdir. Bu mənada Azərbaycan–ŞƏT əməkdaşlığı qarşılıqlı etimad, suverenliyə hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar üzərində qurulan münasibətlərin perspektivli nümunələrindən biridir”,- deyə deputat fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Uqandanın Vitse-prezidenti ilə görüşüb  

23:35
31 Avqust

Macarıstanın NATO-nun şərq cinahında "təhlükəsizlik dəhlizi"nin yaradılmasını dəstəklədiyi açıqlanıb  

23:31
31 Avqust

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb  

22:38
31 Avqust

Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  

21:54
31 Avqust

Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır 

21:14
31 Avqust

Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir 

21:11
31 Avqust

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

20:38
31 Avqust

MEDİA Böyük Britaniyanın bəzi media qurumlarını peşə prinsiplərinə sadiq qalmağa çağırıb  

20:33
31 Avqust

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  

19:36
31 Avqust

Sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilib  

19:14
31 Avqust

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

19:08
31 Avqust

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNİB

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

18:31
31 Avqust

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə

18:30
31 Avqust

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu  

18:27
31 Avqust

Magistraturanın boş qalan plan yerləri üzrə müsabiqənin nəticələri açıqlanıb  

18:25
31 Avqust

Budapeştedə Azərbaycan icması ilə görüşdə diaspor fəaliyyətinin prioritetləri diqqət mərkəzində olub  

18:23
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!