06 Noyabr 2026 01:19
910
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Xidməti və mülki silah haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Ovçuluq haqqında", "İxrac nəzarəti haqqında" və "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Xidməti və mülki silah haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Ovçuluq haqqında", "İxrac nəzarəti haqqında" və "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 13-cü, 20-ci, 23-cü və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216, № 4 (I kitab), maddələr 315, 318, № 6, maddələr 523, 524, 536, № 7, maddələr 610, 626, № 8, maddələr 738, 741, 743, 744, № 11, maddə 1004; 2026, № 1, maddə 2, № 3, maddə 208, № 6, maddə 488, № 7, maddələr 619, 620, № 8, maddə 779; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 460-VIIQD və 461-VIIQD nömrəli qanunları) 136.3-cü və 206.3-cü maddələrindən "xüsusi" sözü çıxarılsın.

Maddə 2. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787 (Cild I); 2024, № 7, maddə 747; 2025, № 6, maddə 524, № 7, maddə 627; 2026, № 3, maddələr 202, 210, № 8, maddələr 768, 772) 82.5-ci maddəsinin birinci cümləsindən, 215.3-cü (hər iki halda), 301.2-ci və 304.4-cü maddələrindən "xüsusi" sözü çıxarılsın.

Maddə 3. "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 137 (Cild I); 2024, № 5 (I kitab), maddə 488; 2025, № 2, maddə 100, № 3, maddə 221) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü maddənin II hissəsinin 1-ci və 12-ci bəndlərindən "xüsusi" sözü çıxarılsın;

3.2. 8-ci maddə üzrə:

3.2.1. I hissənin birinci, ikinci və dördüncü cümlələrindən və III hissədən "xüsusi" sözü çıxarılsın;

3.2.2. I hissənin üçüncü cümləsində "Xüsusi icazədə" sözləri "İcazədə" sözü ilə əvəz edilsin və həmin cümlədən "xüsusi" sözü çıxarılsın;

3.2.3. V hissənin ikinci cümləsində "Xüsusi icazənin" sözləri "İcazənin" sözü ilə əvəz edilsin;

3.3. 9-cu maddənin III hissəsindən, VI hissəsinin birinci cümləsindən, VIII (hər iki halda) və IX (hər iki halda) hissələrindən, XI hissəsinin birinci və ikinci cümlələrindən, XII hissəsinin birinci cümləsindən, 10-cu maddənin I hissəsindən, 12-ci maddənin II hissəsinin birinci cümləsindən, 13-cü maddənin I, II hissələrindən, III hissəsinin birinci və ikinci cümlələrindən, 14-cü maddənin I hissəsindən, II hissəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) cümlələrindən, 15-ci maddənin IV hissəsindən "xüsusi" sözü çıxarılsın;

3.4. 18-ci maddə üzrə:

3.4.1. I hissənin 1-ci bəndindən və II hissənin birinci cümləsindən (hər üç halda) "xüsusi" sözü çıxarılsın;

3.4.2. V hissədə "Xüsusi icazədən" sözləri "İcazədən" sözü ilə əvəz edilsin;

3.5. 19-cu maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərindən, 21-ci maddənin II hissəsindən və III hissəsinin 4-cü bəndindən, 23-cü maddənin I hissəsinin 5-ci (hər iki halda), 6-cı bəndlərindən və II hissəsindən "xüsusi" sözü çıxarılsın.

Maddə 4. "Polis haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611 (Cild I); 2024, № 1, maddə 3; 2025, № 8, maddələr 735, 743; 2026, № 3, maddə 210, № 4, maddə 295) 18-ci maddəsinin birinci hissəsinin 11-ci bəndindən "xüsusi" sözü çıxarılsın.

Maddə 5. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 612 (Cild I); 2024, № 2, maddə 138) 10-cu maddəsinin IX hissəsinin birinci və ikinci cümlələrindən "xüsusi" sözü çıxarılsın.

Maddə 6. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 56 (Cild I); 2024, № 8, maddə 933; 2025, № 6, maddə 524; 2026, № 8, maddə 770) adından və ikinci abzasından "xüsusi" sözü çıxarılsın.

Maddə 7. "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I); 2024, № 11, maddə 1181) 15.3-cü maddəsinin birinci və ikinci cümlələrindən "xüsusi" sözü çıxarılsın.

Maddə 8. "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 975 (Cild I); 2025, № 2, maddə 101) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 7.2.4-cü və 7.2.6-cı maddələrdən "xüsusi" sözü çıxarılsın;

8.2. 9-cu maddə üzrə:

8.2.1. adından "xüsusi" sözü çıxarılsın;

8.2.2. 9.1-ci maddə üzrə:

8.2.2.1. birinci cümlədən "xüsusi" sözü çıxarılsın;

8.2.2.2. ikinci cümlədə "Xüsusi icazənin" sözləri "İcazənin" sözü ilə əvəz edilsin;

8.2.3. 9.2-ci maddədən "xüsusi" sözü çıxarılsın;

8.3. 10-cu maddənin adından və mətnindən "xüsusi" sözü çıxarılsın.

Maddə 9. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685 (Cild I); 2025, № 4 (I kitab), maddə 318) 13.3-2-ci maddəsindən "xüsusi" sözü çıxarılsın.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 oktyabr 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin təcəssümü  - VİDEO

20:40
08 Noyabr

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

20:05
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB  

19:51
08 Noyabr

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub  

19:01
08 Noyabr

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

18:49
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

18:47
08 Noyabr

Oman körfəzində insident baş verib

18:20
08 Noyabr

“Nəfəsim Vətən”

18:09
08 Noyabr

 Hipertoniyanın müalicəsində yeni dərman kəşf edilib

18:01
08 Noyabr

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

17:54
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

17:51
08 Noyabr

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

17:41
08 Noyabr

Müharibənin başa çatması yeni regional nizamın formalaşmasına yol açdı  

17:33
08 Noyabr

ABŞ-də Demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır  

17:20
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!