31 Yanvar 2025 02:28
2039
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddələr 489, 503, № 8, maddə 934) 166.8-ci maddəsində "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 80.2-ci və 80.3-cü maddələrdə "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin;

2.2. 14-cü fəslin adında "QANUNSUZ MİQRANTLARIN SAXLANILMASI" sözləri "MÜVƏQQƏTİ YERLƏŞDİRMƏ" sözləri ilə əvəz edilsin;

2.3. 82-ci maddə üzrə:

2.3.1. adında "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin;

2.3.2. 82.1-ci maddədə "qanunsuz miqrantların saxlanılması" sözləri "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab),   maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 56-VIIQD nömrəli Qanunu) 155.3-cü maddəsində "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.

Maddə 4. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 501) 6-cı maddəsinin beşinci hissəsində və 11-ci maddəsinin birinci hissəsinin altıncı abzasında "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.

Maddə 5. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14 (Cild I) ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 23-1-ci maddəsinin üçüncü hissəsində "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.

Maddə 6. "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1670 (Cild I) 7.1.8-ci maddəsində "qanunsuz miqrantların saxlanılması" sözləri "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib  

11:18
23 Yanvar

Ötən gün 67 cinayətin açılması təmin olunub  

10:57
23 Yanvar

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya olunub

10:54
23 Yanvar

Xankəndi, Ağdam və Xocalıda məktəbəqədər təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb

10:46
23 Yanvar

Tacikistan səfiri "ASAN xidmət"də

10:42
23 Yanvar

Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  

10:24
23 Yanvar

Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub  

10:22
23 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib  

10:20
23 Yanvar

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:02
23 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:01
23 Yanvar

Azərbaycan nefti ucuzlaşıb  

10:00
23 Yanvar

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son 1 həftə qalıb  

09:57
23 Yanvar

Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiya tankerini saxlayıb  

09:57
23 Yanvar

ABŞ rəsmi şəkildə Ümumdünya Səhiyyə Təşkilatından çıxıb  

09:55
23 Yanvar

Tramp: İran istiqamətində hərəkət edən böyük donanmamız var  

09:34
23 Yanvar

Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  

09:33
23 Yanvar

UEFA Avropa Liqasının Liqa mərhələsində VII turun qarşılaşmaları keçirilib  

09:30
23 Yanvar

Baş nazir: Gürcüstanda parlament seçkiləri 2028-ci il oktyabrın 28-də keçiriləcək  

09:29
23 Yanvar

Xəttatlığın dili ilə danışan sənətkar

09:25
23 Yanvar

Konsepsiya Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələdir

09:20
23 Yanvar

Qusarlılar taxıl səpinini başa çatdırıblar

09:15
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!