04 Noyabr 2026 00:31
975
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (bundan sonra - Agentlik) Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilsin.

4. Agentliyin tabeliyində "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi" (bundan sonra - Mərkəz) büdcə təşkilatı yaradılsın.

5. Müəyyən edilsin ki:

5.1. Mərkəz Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir;

5.2. Mərkəzin işçilərinin say həddi 200 ştat vahididir.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. iki ay müddətində: 

6.1.1. aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

6.1.1.1. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını;

6.1.1.2. Agentliyin Kollegiya üzvlərinin sayını və tərkibini;

6.1.1.3. Mərkəzin işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərini və əməyin ödənilməsi sistemini;

6.1.2. Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin cari fəaliyyətinin təşkili üçün zəruri olan aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etsin;

6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Agentlik Mərkəzin əsasnaməsini və strukturunu bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

8.1. Agentliyin və Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun;

8.2. Mərkəzin 2026-cı ildə maliyyələşdirilməsini "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsinin1.11.6.10-cu abzasında nəzərdə tutulmuş vəsait hesabına təmin etsin;

8.3. "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan büdcə təşkilatının strukturunun və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.

9. "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 1594 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 105 (Cild I); 2024, № 2, maddə 145) 1-ci və 2-ci hissələri ləğv edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 3 noyabr 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin təcəssümü  - VİDEO

20:40
08 Noyabr

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

20:05
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB  

19:51
08 Noyabr

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub  

19:01
08 Noyabr

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

18:49
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

18:47
08 Noyabr

Oman körfəzində insident baş verib

18:20
08 Noyabr

“Nəfəsim Vətən”

18:09
08 Noyabr

 Hipertoniyanın müalicəsində yeni dərman kəşf edilib

18:01
08 Noyabr

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

17:54
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

17:51
08 Noyabr

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

17:41
08 Noyabr

Müharibənin başa çatması yeni regional nizamın formalaşmasına yol açdı  

17:33
08 Noyabr

ABŞ-də Demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır  

17:20
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!