Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC radiosuna müsahibə verib.
AZƏRTAC-ın London bürosu xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində ötən ilin sentyabrında Azərbaycanın Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən qanunsuz işğalına son qoyduğunu deyib. O bildirib ki, sülh üçün ən böyük maneə, yəni, Ermənistanın Azərbaycan ərazisində qeyri-qanuni hərbi mövcudluğu məsələsi öz həllini tapıb. E.Əmirbəyov, bununla da iki ölkə arasında sülh sazişi bağlamaq üçün real və unikal şansların olduğuna inandığını deyib. O, bildirib ki, iki ölkə heç vaxt sülhə bu qədər yaxın olmayıb.
E.Əmirbəyov Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin başlamağı haqqında da məlumat verib. Onun sözlərinə görə, bu mövzuda vacib məqamlardan biri də odur ki, bu qərar heç bir üçüncü kənar tərəfin iştirakı olmadan Ermənistan və Azərbaycanın birbaşa ikitərəfli iştirakı nəticəsində qəbul edilib.
“Ermənistan ilk dəfə olaraq torpaqlarımızın işğalına hərbi əməliyyatlar nəticəsində deyil, diplomatik yollarla son qoyub. Bu, Ermənistanın və onun Qərb havadarlarının irəli sürdüyü Azərbaycanın sülh prosesində qalan çətinlikləri güc yolu ilə həll etmək istədiyi kimi iddialarının əsassız və yalan olduğunu sübut etdi. Biz sülhün tərəfdarıyıq”, - deyə Elçin Əmirbəyov qeyd edib.
O, iki ölkə arasında mövcud olan bəzi məsələlərin həll edilməsinin də önəminə toxunub. Ermənistanın hazırkı milli qanunvericiliyində, o cümlədən konstitusiyasında Qarabağın Ermənistanın bir hissəsi kimi göstərildiyini, bunun da açıq şəkildə Azərbaycana qarşı ərazi iddiası olduğunu deyib: “Ermənistanın hazırkı milli qanunvericiliyi, o cümlədən onun konstitusiyasında Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Deməli, bu, doğrudan da, Azərbaycana qarşı ərazi iddiasıdır. İlk növbədə, hesab edirəm ki, əgər biz Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsası kimi ərazi bütövlüyünün qarşılıqlı tanınmasına ciddi yanaşırıqsa, Ermənistan bu məsələni həll etməlidir. Xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın bir çox hallarda Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını təsdiqləməsindən sonra…”.
Elçin Əmirbəyov Azərbaycanın mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə tam sadiqliyini bir daha təsdiqləyib. Azərbaycanın iki ölkə arasında danışıqların intensivləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
“Biz, həmçinin Ermənistanı əmin etmək istərdik ki, sülh sazişini təşkil edən əsas prinsiplər, yəni, bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının tanınması həm də Azərbaycanın üzərinə götürdüyü öhdəlikdir”, - deyə E.Əmirbəyov vurğulayıb.
O, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin Ermənistan tərəfindən blokadada olduğunu qeyd edib: “Bu onu göstərir ki, üç il yarım əvvəl Ermənistanın baş naziri N.Paşinyan İkinci Qarabağ müharibəsinin başa çatması nəticəsində üçtərəfli Bəyannaməni imzalamaqla götürdüyü öhdəlikdən açıq şəkildə kənara çıxır”.
O, davam edən sülh prosesini bəzi xarici dövlətlər tərəfindən potensial olaraq qeyri-sabitləşdirmək, sülh perspektivlərini riskə atmaq və Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək üçün cəhdlər olduğunu da vurğulayıb: “Konkret olaraq, mən birtərəfli yardım və silahların çatdırılması yolu ilə Ermənistanın hərbi potensialını gücləndirmək üçün bəzi Qərb dövlətlərinin yeni təşəbbüslərini nəzərdə tuturam. Düşünürəm ki, bu qeyri-şəffaf üsuldur. Bunlar sülh perspektivləri üçün yaxşı deyil, həm də təhlükəsizlik baxımından bəzi mənfi nəticələr törədə bilər”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!