12 Sentyabr 2021 00:56
1549
İQTİSADİYYAT
A- A+
Azərbaycan müasir hava nəqliyyatı infrastrukturuna malikdir

Azərbaycan müasir hava nəqliyyatı infrastrukturuna malikdir

 

Yaxın vaxtlarda hava limanlarımızın siyahısına yeniləri əlavə olunacaq

 

İstənilən ölkənin iqtisadiyyatının davamlı inkişafı üçün mükəmməl hava nəqliyyatı infrastrukturunun da olması vacib şərtdir. İstər beynəlxalq əlaqələrin genişlənməsində, istərsə də ölkə daxilində sərnişin və yüklərin daşınmasında hava limanları mühüm əhəmiyyət daşıyır. 

Ölkəmiz Qafqazın ən böyük aeroportu olan Heydər Əliyev Beynəlxalq Hava Limanına malikdir. Bu aeroport sahələri 60 min və 65 min kvadratmetr olan iki terminaldan ibarətdir. Aeroport 2018-ci ildə “Skytrax World Airport Awards”ın maksimal “5 Ulduz” statusuna layiq görülmüşdür. 2017-2020-ci illərdə isə ardıcıl olaraq MDB ölkələrinin hava limanları sırasında ən yaxşısı kimi qiymətləndirilmişdir. Aeroportda logistika qovşağının yaradılması isə ticarət həcminin artırılmasına, tranzit ticarətdən daha yüksək nəticələrin əldə edilməsinə səbəb olmuşdur. İndi bura bütün növ təyyarələr və vertolyotlar eniş edə bilərlər.

İkinci böyük və əhəmiyyətli aeroportumuz Gəncə hava limanıdır. Sovet dövründə əsasən hərbi aerodrom kimi istifadə olunan bu limanda yenidənqurma işlərinə 2005-ci ildən başlanılmışdır. Bərpa başa çatdıqdan sonra isə ilk dəfə beynəlxalq uçuş 2007-ci ildə Honkonq-Budapeşt marşrutu ilə həyata keçirilmişdir. Belə ki, liman beynəlxalq marşrutla uçan ilk təyyarəni qəbul etmişdir. Gəncə hava limanı əsasən tranzit uçuşlar zamanı istifadə olunur. Avropa və Asiyaya tranzitli uçuşlarda hava gəmilərinin bu aeroporta enişi məqsədəuyğun hesab edilir. Pandemiya səbəbindən hava limanında uçuşlar ötən ilin mart ayından dayandırılmışdır. Lakin 2021-ci ilin may ayından pandemiya qaydaları nəzərə alınmaqla Türkiyə və Rusiya istiqamətində uçuşlar həyata keçirilir. Onu da qeyd edək ki, əvvəlki adı Kod adı “KVD” (Kirovabad) olan hava limanı artıq uçuşları “GNJ” (Gəncə) adı ilə həyata keçirir.

Azərbaycanın cənub bölgəsində fəaliyyət göstərən Lənkəran Beynəlxalq Hava Limanında da yenidənqurma işlərinə 2005-ci ildən başlanılmışdır. 2008-ci ildə başa çatan bərpadan sonra o, beynəlxalq hava limanı statusunu qazanmışdır.

Hava limanının uçuş-enmə zolağının uzunluğu 3300, eni 45 metr, ümumi sahəsi isə 325 hektardır. Aeroportdan Bakı, Moskva, Novosibirsk və s. istiqamətlərə uçuşlar həyata keçirilir.

Qəbələ Beynəlxalq Hava Limanı 17 noyabr 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən açılmışdır. İlk beynəlxalq uçuş 2012-ci ildə Moskva-Qəbələ marşrutu üzrə olmuşdur. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3600 metrdir.

Sovet dövründə fəaliyyət göstərən digər bir aeroportun - Yevlax Hava Limanının bərpadan sonra açılışı 2013-cü ildə olmuşdur. Beynəlxalq standartlara cavab verən hava limanı uzunluğu 2520, eni 40 metr olan uçuş-enmə zolağı ilə təchiz edilmişdir. Uçuş-enmə zolağı, yönəldici yol və perrona xaricdə istehsal olunan işıq-siqnal sistemləri quraşdırılmışdır. Burada sərnişinlərin uçuşa gediş və gəliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və hava limanının işçiləri üçün ofis otaqları mövcuddur.

Zaqatala Beynəlxalq Hava Limanının yenidən qurulması isə 2008-ci ildə başa çatmışdır. 2012-ci ildə rayonda baş vermiş zəlzələ nəticəsində müəyyən avadanlıqlar sıradan çıxsa da, əsaslı yenidənqurmadan sonra 2017-ci ildə aeroport yenidən istifadəyə verilmişdir. Yenidənqurma prosesində ən müasir texnologiyalar tətbiq edilmişdir. Hava limanına açılış günü ilk dəfə olaraq dünyanın ən böyük sərnişin təyyarələrindən biri olan  “Airbus A340-500” təyyarəsi enmişdir. Aeroportun ümumi sahəsi 31 min kvadratmetr, uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir.

Daxili uçuşlarda daha çox aktivliyin müşahidə olunduğu Naxçıvan Beynəlxalq Hava Limanı torpaqlarımızın işğalı dönəmində muxtar respublikaya gedib-gəlmək üçün yeganə vasitə idi. Bu aeroportun əsası 1976-cı ildə qoyulmuşdur. O zaman uçuşlar yalnız Bakı istiqamətində həyata keçirilirdi. 2002-2004-cü illər ərzində rekonstruksiya olunan aeroport beynəlxalq hava limanı statusunu qazanmışdır.

Məlum olduğu kimi, indi işğaldan azad edilmiş ərazilərimizdə hərtərəfli bərpa-quruculuq işləri gedir. Bu işlərin aparıldığı sahələrdən biri də hava limanlarının inşasıdır. Cari il yanvarın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulmuşdur. Dövlət başçısı çıxışında bildirmişdir ki, hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Bu ilin sonunda, yaxud gələn ilin əvvəlində hava limanının istismara veriləcəyi gözlənilir.

Sonrakı hava limanının təməlqoyma mərasimi aprelin 26-da Zəngilanda keçirilmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, aeroport bütün növ, eləcə də ağır yük təyyarələrini qəbul edə biləcək.

Üçüncü - Laçın Beynəlxalq Hava Limanının təməli isə avqustun 16-da qoyulmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, dağlıq ərazidə tikiləcək bu aeroport bəlkə də dünya tarixində bir ilkdir. Hər 3 aeroportda  uçuş-enmə zolağının uzunluğu 3000 metr olacaq. Ümumilikdə, Qarabağ zonasında tikilən hava limanlarının məhz bu üç ərazidə olması həmin bölgənin coğrafi strateji əhəmiyyəti ilə birbaşa bağlıdır.

İşğaldan azad olunan ərazilərdə hava limanlarının tikintisi turizmin inkişafı üçün vacib addımlardandır. Bundan əlavə, hava limanlarının inşası ümumən həmin bölgənin iqtisadiyyatına, ən başlıcası isə müdafiəsinin etibarlı təmin olunmasına xidmət edəcək.

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!