“Azərbaycan Metrologiya İnstitutu” Publik Hüquqi Şəxsi idarəetmə sisteminin ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə uyğunluğunun sertifikatlaşdırılması xidmətlərinin satın alınması.
Tender iştirakçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən satınalma predmeti üzrə öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etməlidirlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: - aşağı qiymət, yüksək keyfiyyət, idarəetmə sisteminin sertifikatlaşdırılması sahədə səriştəsi.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları idarəetmə sisteminin sertifikatlaşdırması xidmətləri üzrə akkreditasiya sahəsinə və ekspertlərə malik olmalıdırlar.
Görüləcək işlər satınalma müqaviləsinin qüvvəyə mindiyi gündən 60 bank günü ərzində icra edilməli.
Maraqlananlar 50 manat məbləğində iştirak haqqını “ASAN ödəniş” vasitəsilə köçürdükdən sonra Əsas şərtlər toplusunu internet Portalı vasitəsilə elektron qaydada ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:
Təşkilatın adı: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidməti
“Azərbaycan Metrologiya İnstitutu” p.h.ş.
VÖEN: 1403750111
Bank rekvizitləri: Bank: Beynəlxalq Bankın Qaradağ filialı
VÖEN: 9900001881
KOD: 805647
M/h : AZ03NABZ01350100000000002944
SWIFT: IBAZAZ2X
H/H: AZ94IBAZ38090019446268404203
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər Portalda tələb olunan sənədlər bölməsi üzrə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adını, onun hüquqi statusunu əks etdirən hüquqi sənədləri və rekvizitləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayışı;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmaması barədə müvafiq vergi orqanından arayışı;
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü güvvədə olmalıdır);
- iddiaçının bu sahədə fəaliyyəti ilə bağlı göstəriciləri (təcrübəsi və fəaliyyət müddəti barədə, kadr potensialı, işçi heyəti haqqında izahlı arayış və təsdiqedici sənədlər).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, iddiaçının ixtisas göstəriciləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır. İxtisas göstəriciləri qeyd edilən tələblərə uyğun olmayan malgöndərənlərin təklifləri tenderdən kənarlaşdırılacaqdır.
Əlaqələndirici şəxs: Naciyə Məmmədova.
İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlana bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 04 iyun 2021-ci il saat 12:00-dək, tender təklifi və bank təminatını isə 14 iyun 2021-cu il saat 12:00-dək Portal vasitəsilə təqdim etməlidirlər.
Təkliflər 16 iyun 2021-ci il saat 12:00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Tender komissiyası