12 May 2026 19:58
262
CƏMİYYƏT
A- A+
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib  

Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib  


Son günlər respublikanın müxtəlif bölgələrində vəhşi heyvanların kəndlərə və təsərrüfatlara hücumlarının artması müşahidə edilir. Ayrı-ayrı rayonlarda vəhşi heyvanlar (canavar və s.) təsərrüfatlara hücum edərək heyvanları tələf edir və ya onlara ağır xəsarətlər yetirirlər. Hər il təkrarlanan və daha çox qış-yaz aylarında baş verən belə hallar vətəndaşlara, o cümlədən fermerlərə ciddi maddi ziyan vurur.

Aqrar Sığorta Fondu (ASF) fermer və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi təsərrüfatları belə risklərdən qorumağa imkan verir. Belə ki, bu mexanizm vasitəsilə bitkiçilik və balıqçılıqla yanaşı, heyvandarlıq təsərrüfatlarını da sığortalamaq mümkündür.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, aqrar sığorta kənd təsərrüfatı heyvanlarını müxtəlif risklərdən, o cümlədən təbiət hadisələri, yoluxucu xəstəliklər, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər hallardan sığortalayır.

Sığorta haqqının 50 faizinin dövlət tərəfindən qarşılanması nəticəsində fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilərlər. Məsələn, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) illik sığortalanması fermerə cəmi 7-11 manata, 1000 manatlıq mal-qaranın sığortalanması isə cəmi 24-39 manata başa gəlir. Bu məbləğlər heyvandarlıq təsərrüfatlarının ümumi xərcləri daxilində çox kiçik yer tutur və fermerlər üçün ciddi maliyyə yükü yaratmır.

Təsərrüfatlarını sığortalayan fermerlər artıq aqrar sığortanın faydalarını görməkdədirlər. Fəaliyyətə başladığı dövrdən indiyədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə ümumilikdə 3,5 milyon manat zərər ödənişi həyata keçirilib və bu rəqəm hər gün artmaqdadır. Təkcə bu ilin ilk 4 ayında zərər görmüş heyvandarlıq təsərrüfatlarına 230 min manat kompensasiya ödənilib.

ASF fermerləri dövlətin yaratdığı bu imkandan yararlanmağa, heyvanlarını çoxsaylı risklərdən qorumaq üçün sərfəli şərtlərlə sığortalamağa çağırır.

Heyvandarlıq məhsullarının sığorta şərtləri və tarifləri ilə Fondun rəsmi internet səhifəsinin “Heyvandarlıq məhsulları” bölməsində ətraflı tanış olmaq, sığorta haqlarını isə “Heyvandarlıq kalkulyatoru” vasitəsilə hesablamaq olar.

Əlavə məlumat üçün ASF-nin sosial şəbəkə hesablarını izləyə və ya 1651 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Təsərrüfatı sığortalamaq üçün 1651 nömrəsinə müraciət etmək kifayətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb VİDEO

00:11
13 May

Ukrayna Rusiyanın komanda məntəqələrinə, anbarlarına və logistika mərkəzlərinə zərbələr endirib  

20:17
12 May

Böyük Britaniyanın səfiri Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

20:16
12 May

Nazir: Səhiyyə Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında birgə təşəbbüslər əhəmiyyətlidir

20:15
12 May

Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib  

19:58
12 May

Prezident İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub

19:51
12 May

YAP nümayəndə heyəti Çində səfərdədir

19:48
12 May

ƏƏSMN və AİB arasında sosial sahədə yeni birgə layihələrin icrası imkanları nəzərdən keçirilib  

19:43
12 May

Küveyt dəniz yolu ilə ərazisinə daxil olan dörd İran vətəndaşını saxlayıb

19:39
12 May

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub  

19:34
12 May

Şahin Mustafayev: Türk dillərində terminoloji yaxınlaşma prioritet istiqamətlərdəndir  

19:21
12 May

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək  

19:13
12 May

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı müraciətləri dinlənilib

19:07
12 May

Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib  

19:01
12 May

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub 

18:56
12 May

Avropa İttifaqı təbiəti mühafizə qaydalarını yumşalda bilər

18:46
12 May

Finlandiya Prezidentindən Avropaya çağırış

18:23
12 May

Fransa Aİ-nin büdcə razılaşmasının sürətləndirilməsinə qarşı çıxır  

18:13
12 May

Norveç yenidən Avropa İttifaqı yolunda?

18:03
12 May

BMT Hörmüz boğazının bağlanmasının fəsadlarını vurğulayıb

17:54
12 May

WUF13 Festivalı Sumqayıtda

17:53
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!