22 Aprel 2024 18:56
219
CƏMİYYƏT
A- A+

Azərbaycan Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir

 

Bakıda Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Mətbuat Şurasından AZƏRTAC-a bildirilib ki, memorandumun imzalanması ilə bağlı keçirilən tədbirdə Şuranın sədri Rəşad Məcid Azərbaycanla Özbəkistan arasında bütün sahələrdəki yüksək səviyyəli münasibətlərdə son illər ayrıca media müstəvisinin də formalaşdığına diqqət çəkib və bunu əlamətdar hal kimi vurğulayıb. O, Özbəkistan Jurnalistlər İttifaqı ilə Mətbuat Şurasının birgə əməkdaşlığının ümumi prosesə töhfə verəcəyinə əminliyini dilə gətirib. MŞ-nin sədri memorandumda nəzərdə tutulan ayrı-ayrı müddəaların birgə fəaliyyətin sistemli şəkil alması baxımından əhəmiyyətini qeyd edib.

Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov media amilinin əhəmiyyətindən söz açaraq, özbək və Azərbaycan jurnalistləri arasındakı təmasların gücləndirilməsini zəruriləşdirən məqamlardan danışıb, həmçinin rəhbərlik etdiyi qurumun müxtəlif ölkələrin media birlikləri ilə münasibətləri barədə məlumat verib. O, Mətbuat Şurası ilə əməkdaşlıq memorandumunun qarşılıqlı təcrübə mübadiləsi və digər məqamlar baxımından əhəmiyyətini əsaslandırıb. Sənədin oturuşmuş platforma kimi özünü təsdiqləyəcəyinə inamını dilə gətirib.

MŞ-nin İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, hər iki ölkənin media əlaqələrinin gücləndirilməsinin ortaq dəyər və mənafelərin təbliğindəki əhəmiyyəti böyükdür. O, bu baxımdan əməkdaşlıq memorandumunun faydalı nəticələr verəcəyinə əminliyini deyib, təkliflərini səsləndirib.

Digər çıxış edənlər son illərdə Özbəkistan və Azərbaycan arasındakı media əlaqələrindəki intensivliyi təsdiqləyən məqamlardan söz açıb, müştərək işbirliyinin davamı üçün etibarlı bazanın mövcudluğunun məmnunluq doğurduğunu deyiblər. Türk dünyasının ölkəmiz üçün müstəsna inteqrasiya xətti olduğunu bildirib və bu baxımdan diqqəti Azərbaycan dövlətinin siyasi kursuna yönəldiblər. Natiqlər çıxışlarında Azərbaycanın və Özbəkistanın aparıcı media qurumlarının əməkdaşlığını aktuallaşdıran məqamlara toxunub, perspektiv əlaqələrin daha sistemli şəkil alacağına inandıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video