26 Oktyabr 2026 20:31
289
SİYASƏT
A- A+
Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 

Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 


Ölkəmiz İslam həmrəyliyinin və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə misilsiz töhfələr verir  


    Azərbaycan İslam dünyası ilə əlaqələrin qurulması və inkişaf etdirilməsini xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ölkəmiz İslam dininin mənəvi dəyərlərinə sarsılmaz sadiqlik nümayiş etdirməklə yanaşı, həm də dünyəvi inkişaf modelini uğurla qoruyub saxlayan modern və nümunəvi bir dövlət kimi tanınır. Ölkəmiz müasir dövrdə İslam dünyasının birliyini, həmrəyliyini və sivilizasiyalararası dialoqu fəal şəkildə dəstəkləyən, mədəni-dini irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə böyük töhfələr verən həlledici mərkəzlərdən birinə çevrilib. 

    Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. Dövlətimizin başçısı İƏT-in Baş katibinin bu vəzifəyə seçildikdən sonra Azərbaycana səfərə gəlməsinin böyük əhəmiyyət kəsb etdiyini, bunun ölkəmizlə təşkilat arasında mövcud olan güclü tərəfdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək, bunun gələcəkdə də davam edəcəyini vurğulayıb. Təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi, idman tədbirlərinin təşkil olunduğunu xatırladan Prezident İlham Əliyev gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə evsahibliyi edəcəyini deyib və bu tədbirə fəal hazırlıq işlərinin getdiyini bildirib. 

     Qeyd olunub ki, Azərbaycan həm İslam dünyasında, həm də İƏT daxilində islam həmrəyliyinin gücləndirilməsi prosesində aparıcı rol oynayır. Bu çərçivədə, islam dünyasına və Azərbaycana qarşı yönələn dezinformasiyalara qarşı üzv ölkələrin birgə və koordinasiyalı fəaliyyət göstərməsinin vacibliyi xüsusi vurğulanıb. Keçirilən görüş və səslənən fikirlər Azərbaycanın İslam dünyasındakı mərkəzi rolunun, habelə dövlətimizin qlobal miqyasda həyata keçirdiyi islam həmrəyliyi siyasətinin növbəti təzahürü kimi dəyərləndirilir. 

     Azərbaycanın təşkilatla münasibətlərinin tarixi köklərinə nəzər salsaq görərik ki, İƏT ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardan biridir və bu il Azərbaycanın İƏT-ə üzv olmasından 35 il ötür. Ölkəmiz ötən dövr ərzində təşkilatın fəal üzvü kimi çoxsaylı siyasi, iqtisadi və idman tədbirlərinə evsahibliyi edib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Həmin ilin mayında ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edilib. Bununla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İƏT tərəfindən fəal şəkildə dəstəklənir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, 28 oktyabr 2013-cü il tarixində BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclas keçirilib.

      Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalçılıq siyasəti zamanı və postmüharibə dövründə İƏT hər zaman qətiyyətli və ədalətli mövqe nümayiş etdirərək işğalı şiddətlə qınayıb. Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamə və bəyanatlar qəbul edib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra İƏT bu torpaqlarda aparılan bərpa və quruculuq işlərini alqışlayan sənədlər qəbul edib. 2021-ci və 2023-cü illərin sentyabr aylarında İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarında, habelə Gəncə şəhərində faktaraşdırıcı missiyalar həyata keçirərək, Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması, raket hücumları nəticəsində vurulan zərərlə bağlı yerində araşdırmalar aparıb. 

     Azərbaycan həm ölkə daxilində, xüsusilə işğaldan azad edilmiş torpaqlarımızda dağıdılmış məscid və ziyarətgahların bərpasını həyata keçirir, həm də Heydər Əliyev Fondunun xətti ilə xarici ölkələrdə İslam mədəniyyət abidələrinin təmiri və qorunması missiyasını uğurla icra edir. Eyni zamanda, ölkəmiz islamofobiya ilə mübarizə mövzusunun beynəlxalq gündəmdə təşviqinə böyük töhfələr verir və 2023-cü ildən etibarən Prezidentin himayəsi altında Bakıda bu mövzuya həsr olunmuş beynəlxalq konfranslar təşkil olunur. 

     Təşkilatın institutlaşması sahəsində də ciddi addımlar atılıb. Ölkəmizin təşəbbüsü ilə 2004-cü ildə İslam Əməkdaşlığı Gənclər Forumu və onun Avrasiya Regional Mərkəzi yaradılıb, 2023-cü ildə isə Bakıda İƏT Əmək Mərkəzi təsis edilib. Azərbaycan ilə İƏT arasında tərəfdaşlıq getdikcə daha dinamik xarakter alır. Şuşa şəhərinin İƏT-in 2026-cı il üzrə turizm paytaxtı seçilməsi, 2026-cı ilin iyununda Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının keçirilməsi bunun bariz nümunələridir. 

     Qarşıdakı illərdə də bu əməkdaşlıq yüksələn xətlə davam edəcək. 2027-ci il iyunun 1-2-də Azərbaycanda İƏT İnformasiya Nazirləri Konfransının 13-cü sessiyasının təşkili, həmin ilin iyunun 23-24-də isə ölkəmizin İslam Zirvə Konfransının 16-cı Sessiyasına evsahibliyi edərək İƏT-də sədrliyi öz üzərinə götürməsi nəzərdə tutulur.

     Azərbaycan bundan sonra da islam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, eləcə də regional və qlobal təhlükəsizliyə, sabitliyə töhfə vermək üçün öz fəal səylərini əsirgəməyəcək. Ölkəmizin İƏT ilə qurulmuş sarsılmaz tərəfdaşlığı və qarşıda duran möhtəşəm planlar Azərbaycanın İslam dünyasındakı liderlik mövqeyini daha da möhkəmləndirəcək. 


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

20:58
26 Oktyabr

Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 

20:31
26 Oktyabr

Vestminster abbatlığındakı Roma sarkofaqı orta əsr rahibinin qalıqlarını saxlamış ola bilər  

20:05
26 Oktyabr

ABŞ heliumu “ciddi maddə” elan edib

20:03
26 Oktyabr

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

19:56
26 Oktyabr

D vitamini çatışmazlığı ilə mübarizədə gözlənilməz üsul

19:44
26 Oktyabr

Pensiyaya yeni əlavə kimlərə şamil olunacaq?  

19:32
26 Oktyabr

Hörmüz boğazında gəmilərə hücumlar artıb

19:13
26 Oktyabr

Omikronun yeni variantı uşaqlar arasında niyə daha sürətlə yayılır?  

19:02
26 Oktyabr

Piylənmə ilə mübarizənin səmərəli yolu məlum olub

18:44
26 Oktyabr

Saxta IMEI-lərə qarşı mübarizə: 86 mindən çox kod bloklanıb

18:31
26 Oktyabr

Baş prokuror: Üçüncü yüksəksəviyyəli görüş Azərbaycan ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək  

18:23
26 Oktyabr

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

Avropada fırtına nəqliyyatı iflic edib, minlərlə evi işıqsız qoyub

18:00
26 Oktyabr

  İtaliyanın Milan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib

17:56
26 Oktyabr

Hikmət Hacıyev: Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür 

17:54
26 Oktyabr

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın tətbiqi ilə maraqlanıb  

17:53
26 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi “ASAN xidmət”də  

17:53
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub YENİLƏNİB  

17:52
26 Oktyabr

Prezidentin köməkçisi: Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik 

17:50
26 Oktyabr

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən ayrılıb  

17:48
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!