Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dördüncü qurultayına
Hörmətli qurultay iştirakçıları!
Sizi ürəkdən salamlayır və dördüncü qurultayınızın işə başlaması münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bir əsrdən çox tarixə malik olan Azərbaycan Həmkarlar İttifaqları müstəqillik illərində daha da inkişaf etmiş, ölkənin ictimai həyatında öz layiqli yerini tutmuşdur. Vətəndaşların sosial problemlərinin həlli və əmək hüquqlarının müdafiəsi sahəsində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə həmişə böyük diqqət yetirmişdir. Ulu öndərin qayğısı sayəsində həmkarlar təşkilatları öz işini müasir ictimai və sosial-iqtisadi şəraitə uyğun yenidən qurmuş, uzun illər ərzində formalaşmış potensialını qoruyub saxlamağa və inkişaf etdirməyə müvəffəq olmuşdur. Bu gün də ölkəmizdə həmkarlar ittifaqlarının qanunvericilik bazası təkmilləşdirilir, fəaliyyəti üçün daha əlverişli şərait yaradılır.
Modernləşmə kursunu həyata keçirən Azərbaycan Respublikasında iqtisadi və sosial tərəqqiyə yönəlmiş dövlət siyasəti öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı halda, respublikamız qlobal böhranın təsirindən qorunmuş, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etdirilmişdir. Aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icra olunması ölkədə yoxsulluq və işsizlik kimi ictimai problemlərin səviyyəsini minimuma endirmiş, Azərbaycanı dünyada güclü və demokratik dövlət, nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır.
Cəmiyyətin tərəqqisi və dinamik proseslər qarşıya daim yeni vəzifələr qoyur. Hazırda respublikamızda ümumi daxili məhsulun əksər hissəsi özəl bölmədə formalaşır. Ölkədə daxili və xarici investisiyalar hesabına yaradılmış minlərlə sahibkarlıq subyekti, yerli və transmilli şirkətlər fəaliyyət göstərir, yeni-yeni iş yerləri açılır. Hesab edirik ki, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisələrdə çalışan Azərbaycan vətəndaşlarının sosial mənafelərinin və əmək hüquqlarının qorunması üçün həmkarlar ittifaqları daha əzmkar olmalı və qətiyyətli tədbirlər görməlidir. Hökumət bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzaladığı Baş Kollektiv Sazişin müddəalarının yerinə yetirilməsinə diqqəti artırmalıdır.
Bu gün vətəndaş cəmiyyətinin fəal təsisatlarından biri kimi çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkənin ən kütləvi ictimai təşkilatıdır. Qurum üzvlərinin əhəmiyyətli hissəsini gələcəyimizin təminatçıları olan gənclər təşkil edir. Bu amili nəzərə alaraq, həmkarlar ittifaqları işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin daha dolğun müdafiəsinə çalışmalı, onların təşəbbüslərinin dəstəklənməsi, peşə hazırlığının artırılması, məşğulluğunun təmin edilməsi və digər bu kimi mühüm məsələlərin həllinə kömək göstərməlidir.
Hörmətli qurultay nümayəndələri!
Müasir dövrün inkişaf meyilləri həmkarlar ittifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir. Əminəm ki, qurultayın qərarları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin daha səmərəli təşkilinə, nüfuzunun artmasına, cəmiyyətdə sosial harmoniya və tərəfdaşlıq mühitinin güclənməsinə ciddi təkan verəcəkdir.
Sizi bir daha təbrik edir, qurultayın işinə uğurlar arzulayıram!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2013-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb
04 May
Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
04 May
Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb
04 May
Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb
04 May
Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir
04 May
Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb
04 May
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!