18 Yanvar 2025 08:05
1083
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Gürcüstan dostluğu və tərəfdaşlığı daha qlobal perspektivlər vəd edir

Azərbaycan-Gürcüstan dostluğu və tərəfdaşlığı daha qlobal perspektivlər vəd edir


"Yaşıl enerji"miz də Gürcüstan üzərindən ixrac olunacaq


Azərbaycan-Gürcüstan əlaqələri hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Bu münasibətləri xalqlarımızın milli maraqları şərtləndirir. Ölkələrimizin ali rəhbərliyi səviyyəsində təşəkkül tapmış fəal siyasi dialoq əlaqələrin sağlam təməlini təşkil edir. 

İki ölkənin müxtəlif qurumları arasında sıx təmaslar mövcuddur və qarşılıqlı səfərlər həyata keçirilir. Bu il yanvarın 16-da Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşü buna daha bir misaldır. Azərbaycan və Gürcüstan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. Dünən Bakı şəhərində 10-cu - yubiley iclasını keçirən bu komissiya ikitərəfli və regional iqtisadi-ticarət əlaqələrimizin inkişafında müsbət rol oynayır. 

İqtisadi əlaqələrin müsbət dinamikası ticarət, qarşılıqlı investisiyalar, sənaye, nəqliyyat-tranzit, enerji və digər sahələrdə  özünü aydın göstərir. Belə ki, iki qonşu dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər çoxsaylı iqtisadi layihələrlə də dəstəklənir. 

Azərbaycanın nəhəng neft-qaz kəmərləri və nəqliyyat kommunikasiya xətləri dünyaya Gürcüstandan keçərək istiqamətlənir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin 1768 kilometrlik yolunun bir hissəsi bu ölkədən keçir. Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri başlanğıcını Bakı yaxınlığındakı Səngəçal terminalından götürərək Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda BTC ilə eyni marşrut boyu uzanır. BTƏ-nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ümumi uzunluğu 691 kilometrdir. Bu kəmər Azərbaycanda 443, Gürcüstanda 248 kilometr məsafə qət edir. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik boru kəməri qoşulur ki, bununla Azərbaycan qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Qeyd edək ki, CQBK Azərbaycan qazını Gürcüstana 2006-cı ildə çatdırıb.

Əslində elə "Cənub qaz dəhlizi"nin təməlini də BTƏ yaradıb. Azərbaycandan İtaliya torpağınadək 3500 kilometrlik məsafə boyu uzanan, üç kəmərdən ibarət olan bu dəhlizin bir seqmenti də genişləndirilmiş CQBK-dır.

Bu gün Azərbaycan Gürcüstan da daxil olmaqla, 12 ölkəyə qaz ixrac edir. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq, çünki Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə çoxalır. Əlbəttə, bizim həm resurslarımız, həm sərmayə qoymaq üçün maliyyə imkanlarımız var və tranziti həyata keçirən Gürcüstan kimi etibarlı dostumuz var ki, ixrac imkanlarımız genişlənsin. Belə olan halda enerji layihələrimiz bundan sonra da bir çox ölkənin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstanla Azərbaycan yenə də etibarlı tərəfdaş kimi çıxış edəcəklər. 

Yeri gəlmişkən, qeyd edək ki, Qərb İxrac Boru Kəməri (QİBK) uzun illərdir Azərbaycan neftini Gürcüstanın Supsa limanına çatdırır. Bakı-Tbilisi-Qars dəmir yolunun polad magistralları iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığı daha da möhkəmləndirib.

Gürcüstanda yaradılmış münbit investisiya mühiti Azərbaycanın qonşu ölkə iqtisadiyyatına sərmayələrin yatırılmasına da geniş imkan verib. Xüsusilə son illər ərzində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan iqtisadiyyatına sanballı investisiyalar yönəldib. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayənin xeyli hissəsi qazlaşdırmaya yatırılıb. SOCAR-ın son iki onillikdə Gürcüstanda yüzlərlə yaşayış məntəqəsini qazlaşdırması buna aydın misaldır. Ticarət dövriyyəmiz də ildən-ilə genişlənir. 

Bu gün Azərbaycan və Gürcüstan birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevriliblər. Prezident İlham Əliyevin dediyi kimi: "Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq". 

İndi Azərbaycan və Gürcüstan "yaşıl enerji" sahəsində də geniş əməkdaşlığa başlayıblar. Məlum olduğu kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb.

Xatırladaq ki, bu saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulur.

"Azərbaycan Gürcüstanın ən böyük 5 iqtisadi tərəfdaşı sırasına daxildir". Bunu Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili yanvarın 16-da azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

"Biz bu gün həmçinin Gürcüstan və Azərbaycan arasında mühüm layihələrin həyata keçirilməsini müzakirə etdik. Bunlar təkcə ölkələrimiz üçün deyil, həm də region üçün böyük layihələrdir. Bu layihələr əsasında biz daha böyük strateji layihələr həyata keçirə bilərik", - o bildirib.

Nazirin sözlərinə görə, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi həm Gürcüstan, həm də Azərbaycan üçün çox mühüm layihədir.

Şübhə yoxdur ki, qarşıda duran böyük planlar da sıx əməkdaşlıq və tərəfdaşlıq şəraitində yerinə yetiriləcək. Yaxşı tərəfdaşlıq həm də yaxşı qonşuluqdan qaynaqlanır. Mehriban qonşuluq etmək üçün isə gərək həm də yaxın dost olasan. Xoşbəxtlikdən Azərbaycan və Gürcüstan məhz yaxşı qonşu, dost və tərəfdaşdırlar. 


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

Natalya Koçanova: Belarusla Azərbaycanın əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır  

18:48
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir

18:47
18 Fevral

Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq YENİLƏNİB

18:45
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB 2

18:44
18 Fevral

Gürcüstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib  

18:43
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!