06 Mart 2026 17:39
913
İQTİSADİYYAT
A- A+
“Qaradağ Şüşə Zavodu” ASC özəlləşdirilir

“Qaradağ Şüşə Zavodu” ASC özəlləşdirilir


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Qaradağ Şüşə Zavodu” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8 ünvanında yerləşən “Qaradağ Şüşə Zavodu” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 35.950.630 manat olan 17.975.315 ədəd səhmi satışa çıxarılıb. Müəssisənin ümumilikdə 3.929.120 manat öhdəlikləri var.

Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 10.000.000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesində müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.

Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 18.000.000 manatdan az olmayan məbləğdə vəsaitin ödənilməsini təmin etməlidir. Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir. Müsabiqədə ölkə vətəndaşları və xarici investorlar iştirak edə bilərlər. İnvestisiya müsabiqəsinə çıxarılan müəssisə ilə Dövlət Xidmətinin rəsmi internet səhifəsi vasitəsilə tanış olmaq olar. İddiaçıların ərizə və təkliflərinin qəbulu 2026-cı il 15 aprel tarixi də daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq. Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Dövlət Xidmətinin inzibati binasında 2026-cı il 16 aprel tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Odessanın mülki və liman infrastrukturuna hava zərbələri endirilib, ölənlər var

12:51
03 May

Ukrayna Rusiyanın kölgə neft donanmasına məxsus iki gəmini məhv edib

11:22
03 May

“Bakı Marafonu 2026” başlayıb

10:23
03 May

Bu gün Ümumdünya Günəş Günüdür

10:01
03 May

Birjalarda qızıl və gümüş bahalaşıb

09:46
03 May

Dünya birjalarında neft ucuzlaşıb

09:34
03 May

Tramp: İranın bizə göndərdiyi planı tezliklə nəzərdən keçirəcəyəm

09:23
03 May

Bədii gimnastika üzrə Avropa Kubokunda növbəti mükafatçılar bəlli olub

08:16
03 May

Lənkəran şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb 

22:31
02 May

Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, dolu düşəcək– XƏBƏRDARLIQ  

20:58
02 May

Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib

20:47
02 May

Premyer Liqa: “Kəpəz”dən əzmkar qələbə, “Araz-Naxçıvan” məğlub olub

20:36
02 May

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır

20:07
02 May

Türkiyə Müdafiə Nazirliyi “EFES-2026” təlimlərindən görüntülər paylaşıb  VİDEO

18:38
02 May

Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

16:46
02 May

İdmanda uğurlar da dövlətçiliyə xidmətdir

14:43
02 May

İçərişəhərdə sənət və ənənənin bayramı - Beynəlxalq Xalça Festivalı 

14:34
02 May

"EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir

14:12
02 May

Heydər Əliyev Mərkəzində “İz” sənədli filminin nümayişi olub

14:09
02 May

Bakı buxtasında yelkən yarışına start verilib

13:51
02 May

Lənkəranda WUF13 Festivalına start verilib

13:41
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!