16 Fevral 2026 16:13
481
SİYASƏT
A- A+
Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur  

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur  


62-ci Münxen Təhlükəsizlik Konfransı rəsmi Bakının qlobal məsələlərə mövqeyini nümayiş etdirdi. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda qlobal problemləri həll edən, sülhü təşviq edən lider kimi qəbul olunur. 62-cı Münxen Təhlükəsizlik Konfransında da Azərbaycan Prezidentinin yüksək nüfuzu, onun şəxsiyyətinə olan böyük hörmət və ehtiram daha qabarıq şəkildə özünü göstərdi. Məlumdur ki, Münxen Təhlükəsizlik Konfransı dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu  elm mərkəzlərinin rəhbərlərinin bir araya gəldiyi mühüm platformalardan biridir. Belə bir platformada dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələri ilə çoxsaylı görüşlər Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının ilbəil artdığını təsdiqləyir.  

İllərdir, Prezident İlham Əliyev bu təhlükəsizlik platformasına dəvət alır, bu çərçivədə keçirilən müzakirələrdə qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı dəyərli fikirlərini bölüşür.

Cənab Prezidentin də söylədiyi kimi, dövlət başçımız ilk dəfə bu tədirdə sülhü təmin edən tərəf kimi iştirak edirdi.

Konfrans çərçivəsində açıq dəhlizə həsr olunmuş panel iclasda Prezident İlham Əliyevin çıxışı, keçirdiyi görüşlər Azərbaycanın regional proseslərə baxışını, xüsusilə post-münaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından əhəmiyyətli oldu. Dövlət başçımız regionda sülh gündəliyinin inkişafı, kommunikasiyaların açılması və uzunmüddətli sabitliyin təmin olunması ilə bağlı Bakının prinsipial mövqeyini diqqətə çatdırdı. Bu, Azərbaycanın artıq münaqişə mərhələsini geridə qoyaraq gündəmi formalaşdıran tərəf kimi çıxış etdiyini göstərdi.

Yeri gəlmişkən, cənab Prezident Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “France 24” telekanalına müsahibəsində də Azərbaycanın artıq münaqişə mərhələsinin geridə qaldığını, gündəlikdə duran məsələnin davamlı sülhün təmin edilməsi olduğunu bildirdi. 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu da müsahibənin əsas istiqamətlərindən biri idi. Prezident qeyd etdi ki, Azərbaycan etibarlı tərəfdaş kimi qaz təchizatını artırır və enerji şaxələndirilməsinə real töhfə verir. Bu, xüsusilə Avropada enerji böhranı fonunda Bakının strateji əhəmiyyətini artırır.

Müzakirələrin formatı, səslənən fikirlərdən də aydın oldu ki, Münxen platformasında da Azərbaycan yalnız regional aktor deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə verən mühüm tərəfdaş kimi qəbul olunur.

Konfrans çərçivəsində keçirilən ikitərəfli görüşlər isə Azərbaycanın müxtəlif güc mərkəzləri ilə dialoqunu davam etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyır. ABŞ, Avropa İttifaqı ölkələri və digər tərəfdaşlarla aparılan müzakirələr Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun davam etdiyini təsdiqlədi.

Bütövlükdə Azərbaycan 62-ci Münxen Təhlükəsizlik Konfransında geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olundu.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

12:43
21 Aprel

Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır

12:42
21 Aprel

Birinci rüb Azərbaycanda duz istehsalı 33 faiz artıb

12:39
21 Aprel

Regional məsuliyyət – müasir beynəlxalq münasibətlər sistemində yeni mərhələ

12:34
21 Aprel

AFFA “Neftçi”ni yüksək məbləğdə cərimələyib

12:21
21 Aprel

Zərdabda Kür çayında suyun səviyyəsi artıb, vəziyyət nəzarət altındadır - AÇIQLAMA

12:13
21 Aprel

Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir

12:02
21 Aprel

Gədəbəyin Şahdağ kəndində 6500-dən çox ağac əkilib

11:56
21 Aprel

Dövlət Komitəsinin rəsmisi: Uşaqlara onlayn riskləri idarə etmək bacarıqları da aşılanmalıdır  

11:48
21 Aprel

Qızılın qiyməti aprelin 13-dən bəri ən aşağı səviyyəyə enib

11:41
21 Aprel

Media: ABŞ-İran danışıqlarına hazırlığın son mərhələsi başlayıb

11:40
21 Aprel

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

11:15
21 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

11:13
21 Aprel

Qlobal külək enerjisi quraşdırma gücü rekord səviyyədə artıb

10:56
21 Aprel

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!