14 Avqust 2026 11:30
4006
ELANLAR
A- A+
“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ  

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ  


Azərbaycan dəmir yollarının enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi üzrə layihənin idarəedilməsi məsləhət xidmətləri ilə bağlı (ARESTP-CS-QCBS-02)


MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT


Azərbaycan Respublikası Hökuməti “Azərbaycan dəmir yollarının enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi”nin (Layihə) maliyyələşdirilməsi üçün kredit əldə etmək məqsədilə Asiya İnkişaf Bankına (AİB) müraciət etmişdir. Kredit vəsaitinin bir hissəsi layihənin idarəedilməsi üzrə məsləhət xidmətləri müqaviləsi çərçivəsində uyğun ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Layihə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) tərəfindən icra ediləcəkdir. 

Layihə ADY-nin beynəlxalq yük daşımalarına xidmət göstərən Azərbaycanın şimal - cənub və şərq - qərb dəmir yolu dəhlizlərinin əsas komponentləri olan Biləcəri - Yalama və Bakı - Böyük Kəsik dəmir yolu hissələri boyunca 25 kV-luq dəyişən cərəyanlı enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin modernləşdirilməsini nəzərdə tutan daha geniş proqramın tərkib hissəsidir. 

Proqram çərçivəsində həyata keçirilən ilk layihə, regional yük daşımalarını dəstəkləyən “Şimal - Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi daxilində əsas bağlantı olan Biləcəri - Yalama dəmir yolu hissəsini əhatə edir. Bu hissə təxminən 192 km uzunluğunda ikixətli dəmir yolu xəttindən və 15 stansiyadan ibarətdir. 

Layihə çərçivəsində AİB tərəfindən maliyyələşdirilən və ADY tərəfindən həyata keçirilən layihələrin idarə edilməsinə dəstək göstərmək məqsədilə Layihənin İdarə Edilməsi üzrə məsləhətçinin cəlb edilməsi razılaşdırılmışdır. Məsləhətçi həmçinin, ehtiyac yarandıqda, ADY-nin Layihənin İcra Qrupunun və ya Qruplarının əməkdaşları üçün ixtisaslaşdırılmış təlimlər təşkil etməklə ADY-nin institusional potensialının gücləndirilməsinə də dəstək göstərəcəkdir. Bu təlimlər satınalma, tikintiyə texniki nəzarət və monitorinq, mühəndislik, ekoloji və sosial təhlükəsizlik, maliyyə idarəetməsi, müqavilələrin və layihələrin idarə edilməsi kimi sahələri əhatə edəcəkdir. Məsləhətçi həmçinin layihələrin icrası ilə bağlı bütün məsələlər üzrə ADY, AİB və digər maraqlı tərəflər üçün hesabatlar hazırlamalıdır.

Layihənin idarə edilməsi üzrə məsləhət xidmətləri müqaviləsinin müddətinin 54 ay təşkil edəcəyi nəzərdə tutulur. Məsləhət xidmətlərinin müfəssəl əhatə dairəsi aşağıda təqdim olunan keçiddə yerləşdirilən maraqların ifadəsi üçün dəvətə əlavə olunmuş texniki tapşırıqda ətraflı şəkildə verilmişdir.

Maraq ifadəsi üzrə dəvət 14 avqust 2026-cı il tarixində AİB-in Məsləhətçilərin İdarəetmə Sistemində (CMS) beynəlxalq səviyyədə dərc edilmişdir. Maraq ifadələrinin təqdim edilməsi üçün son tarix 12 sentyabr 2026-cı ildir. 

AİB-in uyğun mənbə ölkələrindən iştirak hüququ olan məsləhətçi şirkətlər öz maraqlarını aşağıda göstərilən link vasitəsilə ifadə edə bilərlər: 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Ordusunun radar stansiyasına, komandanlıq-müşahidə məntəqələrinə hava zərbləri endirilib

14:57
25 Oktyabr

Zelenski: Ukraynanın 9 bölgəsinin enerji infrastrukturuna ziyan dəyib

14:43
25 Oktyabr

Dünya çempionatı: Azərbaycan millisindən növbəti qələbə

14:01
25 Oktyabr

“Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb

13:57
25 Oktyabr

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

12:51
25 Oktyabr

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!