31 May 2025 10:10
3304
Oxucu məktubları
A- A+
Avtobus dayanacağımız bərbad vəziyyətdədir

Avtobus dayanacağımız bərbad vəziyyətdədir


Tovuzun Dondar Quşçu kəndində 2 min nəfərədək əhali yaşayır. Son illər sakinlərin normal həyatı üçün kənddə bir çox tədbirlər həyata keçirilmişdir. Kəndin yol və ictimai nəqliyyat problemi yoxdur. 

Lakin bir məsələ kənd sakinlərində narazılıq yaradır. Bu, kəndin avtobus dayanacaqlarının bərbad vəziyyətdə olmasıdır. Doğrudur, kəndin bir neçə yerində dayanacaq quraşdırılmışdır. Lakin yük maşınları həmin dayanacaqları pis günə salıb. İndi camaat yayda gün altında, qışda isə qar, yağış altında dayanıb avtobus gözləməli olurlar.

Hörmətli redaksiya! Xahiş edirik ki, bu problemin həllində kənd sakinlərinə kömək göstərəsiniz. 


Şəfiqə HƏSƏNOVA,

Tovuz rayon Dondar Quşçu kəndinin sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!