25 İyun 2026 14:25
191
SİYASƏT
A- A+
AŞPA-nın qərarları siyasi revanşizm və qisas cəhdləri ilə bağlıdır

AŞPA-nın qərarları siyasi revanşizm və qisas cəhdləri ilə bağlıdır


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə nümayiş etdirdiyi mövqe bu qurumun obyektivlikdən uzaq olduğunu bir daha təsdiqləyir. Qərəzli qətnamədə Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin guya təzyiqə məruz qalması, ifadə azadlığının məhdudlaşdırılması və siyasi məhbusların mövcudluğu ilə bağlı əsassız iddialar yer alır. Təəssüf ki, rəsmi Bakının mövqeyi, Azərbaycan hökumətinin hüquqi arqumentləri nəzərə alınmayıb. Bu isə sənədin birtərəfli hazırlandığını təsdiqləyir. Xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra Assambleyada ölkəmizə qarşı qərəzli kampaniyanın daha da güclənməsi təsadüfi deyil.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən qarşılıqlı əməkdaşlıq, demokratik inkişaf və beynəlxalq hüquq prinsiplərinin qorunmasına töhfə vermək niyyətini ortaya qoymuşdu. Lakin ötən illərin təcrübəsi göstərdi ki, təşkilat daxilində fəaliyyət göstərən ermənipərəst, islamofob və türkofob dairələr AŞPA tribunalarından Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışdılar. Rəsmi Bakı isə təşkilatın bu ziddiyyətli mövqeyinə qarşı adekvat tədbirlər gördü.

Ən diqqətçəkən məqamlardan biri AŞPA-nın uzun illər Ermənistanın Azərbaycana qarşı işğal siyasətinə münasibətdə nümayiş etdirdiyi qərəz idi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 il işğal altında qalmasına baxmayaraq, Assambleya işğalçı dövlətə qarşı ciddi siyasi və ya hüquqi addım atmadı. Halbuki, təşkilatın üzvü olan bir dövlətin digər üzv dövlətin torpaqlarını işğal etməsi faktı ən azından Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması üçün əsas yarada bilərdi. Bunun əvəzinə, AŞPA müxtəlif vaxtlarda hüquqi qüvvəsi olmayan bəyanatlar verməklə kifayətləndi.

Azərbaycan öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdikdən sonra isə Assambleyanın mövqeyi tamamilə fərqli istiqamət aldı. 2023-cü il sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra AŞPA tərəfindən qəbul edilən sənədlər bunun açıq göstəricisidir. Təşkilat Azərbaycanın öz suveren ərazilərində həyata keçirdiyi tədbirləri qərəzli şəkildə şərh edərək ölkəmizə qarşı siyasi təzyiq mexanizmlərini işə salmağa çalışdı.

Qərəzli kampaniyaların da əsas simalarından biri Almaniyadan olan deputat Frank Şvabedir. Onun səsləndirdiyi ittihamlar isə birtərəfli yanaşmanın və siyasi qərəzin nümunəsidir.

Görünən budur ki, AŞPA müəyyən dövlətlərin geosiyasi maraqlarını reallaşdırmaq üçün istifadə olunan qərəzli platformadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasət, ölkəmizin regional liderə çevrilməsi və beynəlxalq nüfuzunun artması Azərbaycana qarşı qərəzli münasibətin əsas səbəblərindən biridir. Bu baxımdan AŞPA-nın qərarları insan hüquqları və demokratiya məsələləri ilə deyil, daha çox siyasi revanşizm və qisas cəhdləri ilə bağlıdır.

Bütün bunlara baxmayaraq, Azərbaycan öz prinsipial mövqeyinə sadiqdir. 

AŞPA-nın son davranışı bir daha sübut edir ki, təşkilat daxilində Azərbaycanofobiya, islamofobiya və ikili standartlar tendensiyası ciddi problem olaraq qalır. Lakin Azərbaycanın müstəqil siyasəti, milli maraqlara söykənən fəaliyyəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi bu cür qərəzli təzyiqlərin nəticəsiz qalacağını göstərir.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AŞPA-nın qərarları siyasi revanşizm və qisas cəhdləri ilə bağlıdır

14:25
25 İyun

Səhiyyə Nazirliyi: 1140,3 litr qan toplanıb

14:24
25 İyun

Auditorlar Palatasının sədri: Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik riskləri audit peşəsi qarşısında yeni çağırışlar qoyur

12:29
25 İyun

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu işə başlayıb

12:28
25 İyun

Dünya çempionatları tarixinə düşən yeni rekordlar və ilklər

12:27
25 İyun

Təzəpir məscidində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib

12:19
25 İyun

Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb

12:18
25 İyun

İZİA sədri: Sənaye parkları strateji ixrac hədəflərinin həyata keçirilməsi üçün vacib platforma rolunu oynayır – MÜSAHİBƏ

12:17
25 İyun

İƏT Parlament İttifaqının Baş katibi: Konfransın uğurunda Azərbaycanın rolu böyükdür  

12:03
25 İyun

ABŞ Venesuelaya xilasedicilər və humanitar yardım göndərir

11:49
25 İyun

BMT-nin Dövlət Xidməti Forumunda "ASAN xidmət"in uğurlarından bəhs olunub

11:47
25 İyun

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək

11:46
25 İyun

Özbəkistan Prezidenti: Əndicanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi rəmzi məna daşıyır  

11:45
25 İyun

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara  

11:44
25 İyun

ANAMA: Şuşanın Sarıbaba kəndinin təhlükəsiz hala gətirilməsi istiqamətində əməliyyatlar davam etdirilir 

11:43
25 İyun

Vahid Novruzov: Müasir audit biznesin qorunması, inkişafı və davamlılığı üçün mühüm rola malikdir  

11:41
25 İyun

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu işə başlayıb  

11:38
25 İyun

Ombudsman: Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına mühüm töhfə verir

11:22
25 İyun

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

11:16
25 İyun

Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası davam edir

11:13
25 İyun

“Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb 

11:12
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!