25 İyun 2026 11:22
139
CƏMİYYƏT
A- A+
Ombudsman: Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına mühüm töhfə verir

Ombudsman: Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına mühüm töhfə verir

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda İnsan Hüquqları Günü”nə həsr olunmuş “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Ombudsman qeyd edib ki, bu sahədə möhkəm hüquqi və institusional təməl Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu əsasında formalaşdırılıb.

“Məhz Ulu Öndərin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində yeni mərhələnin əsasını qoyub. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-nin İnsan Hüquqları Günü kimi təsis olunması dövlətimizin insan hüquqlarına verdiyi yüksək dəyərin və bu sahədə həyata keçirilən ardıcıl siyasətin bariz ifadəsidir. Bu ənənəyə uyğun olaraq cari ildə də 18 may –18 iyun tarixləri İnsan Hüquqları Aylığı elan olunub, respublikanın müxtəlif bölgələrində dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, elm və təhsil müəssisələrinin iştirakı ilə geniş maarifləndirmə tədbirləri keçirilib. Bu təşəbbüs cəmiyyətdə insan hüquqları mədəniyyətinin möhkəmləndirilməsinə, hüquqi maarifləndirmənin genişləndirilməsinə və ictimai iştirakçılığın artırılmasına mühüm töhfə verib. İnsan Hüquqları Aylığının məntiqi davamı olaraq təşəbbüsümüzlə “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilib. 30-dək ölkədən ombudsmanların, milli insan hüquqları institutlarının, beynəlxalq təşkilatların və ekspertlərin iştirak etdiyi sammit insan hüquqlarının yeni texnoloji çağırışlar fonunda qorunmasına dair səmərəli beynəlxalq dialoq platformasına çevrilib, yekunda Bakı Bəyannaməsi qəbul edilib”, - deyə ombudsman qeyd edib.

Səbinə Əliyeva bildirib ki, bugünkü konfransın mövzusu insan hüquqları ilə iqtisadi idarəetmə arasında mövcud olan qarşılıqlı əlaqəni bir daha ön plana çıxarır: “Müasir dövrdə insan hüquqlarının səmərəli təminatı yalnız hüquqi mexanizmlərlə məhdudlaşmır. Şəffaf və hesabatlı idarəetmə, dövlət vəsaitlərindən səmərəli istifadə, korrupsiyaya qarşı effektiv mübarizə, sağlam sahibkarlıq mühitinin formalaşdırılması və ictimai etimadın möhkəmləndirilməsi insan hüquqlarının etibarlı müdafiəsinin əsas şərtlərindəndir. Məhz buna görə audit institutu xüsusi əhəmiyyət daşıyır. Audit yalnız maliyyə hesabatlarının düzgünlüyünün qiymətləndirilməsi deyil, eyni zamanda, şəffaflığın, hesabatlılığın, qanunun aliliyinin və məsuliyyətli idarəetmə mədəniyyətinin təmin edilməsinə xidmət edən mühüm institusional mexanizmdir. Güclü audit sistemi dövlətin, təsərrüfat subyektlərinin və vətəndaşların qanuni mənafelərinin qorunmasına, ictimai resurslardan səmərəli istifadəyə, korrupsiya risklərinin azaldılmasına və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.

İnsan hüquqları baxımından audit şəffaflığı və hesabatlılığı gücləndirir, ictimai etimadı artırır, hüquq pozuntularının qarşısının alınmasına və sosial ədalətin təmin olunmasına xidmət edir. Fəaliyyətimizdə insan hüquqlarının pozulmasına reaksiya verməklə yanaşı, bu cür halların qarşısının alınmasına xidmət edən preventiv mexanizmlərin inkişafına da xüsusi önəm veririk. Bu baxımdan audit institutu hüquqi dövlətin möhkəmləndirilməsi, səmərəli idarəetmənin təşviqi və insan hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm tərəfdaşdır. Əminəm ki, bugünkü konfrans çərçivəsində aparılacaq müzakirələr audit institutunun inkişafına, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılığın daha da möhkəmləndirilməsinə, dövlətin və təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasına, eləcə də insan hüquqlarının daha səmərəli təmin olunmasına mühüm töhfə verəcəkdir. Dövlət qurumları, peşə birlikləri, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini fəaliyyətimizin mühüm istiqamətlərindən biri hesab edir və bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Auditorlar Palatasının sədri: Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik riskləri audit peşəsi qarşısında yeni çağırışlar qoyur

12:29
25 İyun

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu işə başlayıb

12:28
25 İyun

Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb

12:18
25 İyun

ABŞ Venesuelaya xilasedicilər və humanitar yardım göndərir

11:49
25 İyun

Ombudsman: Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına mühüm töhfə verir

11:22
25 İyun

Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası davam edir

11:13
25 İyun

“Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb

11:12
25 İyun

İƏT ölkələri Bakı Bəyannaməsi ilə ortaq mövqelərini ortaya qoyublar

11:09
25 İyun

Dövlət Komitəsinin sədr müavini: Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı ilbəil artır

11:08
25 İyun

Toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı elektron qaydada aparılacaq

11:05
25 İyun

İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub

11:04
25 İyun

Qızılın qiyməti son 7 ayın ən aşağı səviyyəsindədir

11:03
25 İyun

Azərbaycan şahmatçısı: Valideynlərim də Karlsenə qalib gələcəyimi gözləmirdi

11:02
25 İyun

ABŞ Konqresində qayıdış hüququna dair beynəlxalq konfrans təşkil olunub

11:01
25 İyun

İctimai Şuranın sədri: Aşura günü keçirilən qanvermə aksiyaları Azərbaycanda xeyirxah ənənəyə çevrilib

10:59
25 İyun

Roda Arrindell: Bakı Təşəbbüs Qrupu dekolonizasiya prosesinə sadiqdir

10:53
25 İyun

Qızılın bir troya unsiyasının qiyməti 3 997 dollara enib

10:52
25 İyun

Dünya birjalarında neft ucuzlaşıb

10:51
25 İyun

Azərbaycan nefti 76 dollara satılıb

10:50
25 İyun

Çarlz Vudli: Müxtəlif xalqların bir araya gələrək ortaq problemləri müzakirə etməsi böyük əhəmiyyət daşıyır

10:48
25 İyun

ABŞ Müsəlman Təşkilatları Şurasının baş katibi: Hələ də doğma yurduna qayıtmaq hüququndan məhrum olan azərbaycanlılar var

10:47
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!