25 İyun 2026 11:01
137
SİYASƏT
A- A+
ABŞ Konqresində qayıdış hüququna dair beynəlxalq konfrans təşkil olunub

ABŞ Konqresində qayıdış hüququna dair beynəlxalq konfrans təşkil olunub

İyunun 24-də ABŞ-nin paytaxtı Vaşinqtonun Konqres binasında (Kapitol Hill) Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC-ın məlumatına görə, Konqresdə keçirilən bu tədbir azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair həqiqətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanıdılması işinə mühüm töhfə kimi qiymətləndirilə bilər.

Konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və Qərbi Azərbaycan kökənli həmvətənlərimiz iştirak ediblər.

Konfrans iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistandakı tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının qorunmasını vacib hesab ediblər. Onlar soydaşlarımızın öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun beynəlxalq təşkilatların diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini vurğulayıblar.

Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi və bu xüsusda qeyd olunan pozuntuların beynəlxalq təşkilatlar tərəfindən yerində araşdırılması və sənədləşdirilməsi tələb olunub.

Tədbiri ABŞ-də fəaliyyət göstərən erməni mediasının nümayəndələri, o cümlədən Amerika Erməni Milli Komitəsinin (ANCA) təmsilçiləri də zaldan izləyiblər. Lakin tədbirin gedişi zamanı hər hansı insident qeydə alınmayıb.

Konfransda çıxış edən ABŞ-də yaşayan Qərbi Azərbaycanəsilli həmvətənlərimiz öz şəxsi hekayələrini və qaçqınlıq təcrübələrini bölüşərək, Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların yaşadığı humanitar faciəni təqdim ediblər. Zikh icmasının nümayəndələri isə təhlükəsiz, könüllü və ləyaqətli qayıdış hüququnun yalnız humanitar məsələ deyil, həm də fundamental insan hüququ və tarixi ədalətin bərpası məsələsi olduğunu vurğulayıblar. Eyni zamanda, tədbirdə ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Cammal və “Our Sister Our Brother” təşkilatının təsisçisi və baş icraçı direktoru Metyu Stevart çıxış edərək, etnik zəmində ayrı-seçkiliyin, məcburi didərginliyin və hüquq pozuntularının yolverilməzliyini qeyd etmiş, didərgin salınmış icmaların hüquqlarının müdafiəsi, onların səsinin beynəlxalq platformalarda eşidilməsi və beynəlxalq həmrəyliyin gücləndirilməsinə diqqət çəkiblər.

Tədbirin sonunda konfrans iştirakçıları tərəfindən ABŞ Konqresinin üzvlərinə ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə qayıdış hüququnun və xalqların öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ardıcıl, ədalətli və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməsinin zəruriliyi vurğulanır. Sənəddə Qərbi azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququna beynəlxalq dəstəyin göstərilməsi, onların əmlak hüquqlarının bərpası və mədəni irsinin qorunmasının vacibliyi qeyd edilir. Bununla yanaşı, müraciətdə Zikh icmasının və Niderland müstəmləkəçiliyi altında olmuş ərazilərin xalqlarının hüquqları ilə bağlı narahatlıqlar da əksini tapır, bu məsələlərin ABŞ Konqresi diqqətə alınmasına çağırış olunur. Müraciətdə qayıdış hüququ, öz müqəddəratını təyinetmə və universal insan hüquqlarının selektiv yanaşmalardan kənar, vahid və prinsipial əsaslarla müdafiəsinin vacibliyi vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Auditorlar Palatasının sədri: Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik riskləri audit peşəsi qarşısında yeni çağırışlar qoyur

12:29
25 İyun

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu işə başlayıb

12:28
25 İyun

Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb

12:18
25 İyun

ABŞ Venesuelaya xilasedicilər və humanitar yardım göndərir

11:49
25 İyun

Ombudsman: Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına mühüm töhfə verir

11:22
25 İyun

Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası davam edir

11:13
25 İyun

“Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb

11:12
25 İyun

İƏT ölkələri Bakı Bəyannaməsi ilə ortaq mövqelərini ortaya qoyublar

11:09
25 İyun

Dövlət Komitəsinin sədr müavini: Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı ilbəil artır

11:08
25 İyun

Toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı elektron qaydada aparılacaq

11:05
25 İyun

İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub

11:04
25 İyun

Qızılın qiyməti son 7 ayın ən aşağı səviyyəsindədir

11:03
25 İyun

Azərbaycan şahmatçısı: Valideynlərim də Karlsenə qalib gələcəyimi gözləmirdi

11:02
25 İyun

ABŞ Konqresində qayıdış hüququna dair beynəlxalq konfrans təşkil olunub

11:01
25 İyun

İctimai Şuranın sədri: Aşura günü keçirilən qanvermə aksiyaları Azərbaycanda xeyirxah ənənəyə çevrilib

10:59
25 İyun

Roda Arrindell: Bakı Təşəbbüs Qrupu dekolonizasiya prosesinə sadiqdir

10:53
25 İyun

Qızılın bir troya unsiyasının qiyməti 3 997 dollara enib

10:52
25 İyun

Dünya birjalarında neft ucuzlaşıb

10:51
25 İyun

Azərbaycan nefti 76 dollara satılıb

10:50
25 İyun

Çarlz Vudli: Müxtəlif xalqların bir araya gələrək ortaq problemləri müzakirə etməsi böyük əhəmiyyət daşıyır

10:48
25 İyun

ABŞ Müsəlman Təşkilatları Şurasının baş katibi: Hələ də doğma yurduna qayıtmaq hüququndan məhrum olan azərbaycanlılar var

10:47
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!