19 Oktyabr 2026 17:18
249
DÜNYA
A- A+
Albaniyada etirazlar: Baş nazir Edi Rama istefa verməyəcək  

Albaniyada etirazlar: Baş nazir Edi Rama istefa verməyəcək  


Albaniyanın Baş naziri Edi Rama ölkədəki zorakı etirazlar fonunda istefa verməkdən imtina edib. O, etirazlara görə Rusiya və İran da daxil olmaqla "xarici qüvvələri" günahlandırıb. Rusiya Xarici İşlər Nazirliyi ittihamları rədd edib.

Albaniyada Baş nazir Edi Ramaya qarşı artıq 6-cı gündür davam edən etirazlar bazar günü daha da alovlanıb. Buna baxmayaraq, hökumət başçısı  birsaatlıq çıxışında istefa verməyəcəyini bildirib. Ardınca polis etirazçılara qarşı su şırnaqları və gözyaşartıcı qazdan istifadə edib. Nümayişlərin əsas mərkəzlərindən biri Tiranada Albaniya Təhsil Nazirliyinin qarşısındakı ərazi olub. AFP agentliyi xəbər verir ki, izdiham dağıldıqdan sonra etirazçılar paytaxtın mərkəzinə yollanıblar və bu da saatlarla davam edən zorakı toqquşmalara səbəb olub. Etirazçılar daş, Molotov kokteyli və fişəng atıblar, zibil konteynerlərini yandırıb, hakim partiyanın qərargahının və digər obyektlərin pəncərələrini sındırıb, polis bölməsinə və Daxili İşlər Nazirliyinin binasının girişinə od vurublar. AFP-nin məlumatına görə, 19 polis əməkdaşı da daxil olmaqla ümumilikdə 28 nəfər yaralanıb. Etiraz həftəsi ərzində yaralananların ümumi sayı 272 nəfər olub, onlardan 169-u polis əməkdaşıdır. 

Bu arada Avstriyada bildiriblər ki, Albaniya hakimiyyəti E.Ramanın Vyanaya səfərini və oktyabrın 19-da keçirilməsi planlaşdırılan Kansler Kristian Ştoker ilə danışıqlarını ləğv edib.

Xatırladaq ki, etirazlar  oktyabrın 13-də Tiranada keçirilən mitinqlə başlayıb. İştirakçılar universitetlərdəki problemlərin, o cümlədən yüksək təhsil haqqı və korrupsiyanın həll edilməsini tələb ediblər.

 Oktyabrın 17-də hökumətinin ideoloqlarından biri olan Aleksandr Dugin Albaniyadakı nümayişçiləri dəstəkləyib. O, etirazların “albanların oyandığını” göstərdiyini bildirib. Rusiyanın Tiranadakı səfirliyi nümayişlərlə bağlı birbaşa şərh verməyib, lakin Rusiya vətəndaşlarını "ehtiyatlı olmağa və izdihamlı yerlərdən çəkinməyə" çağırıb.

Oktyabrın 18-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tirananın Rusiya və İrana qarşı etirazlara müdaxilə ittihamlarına münasibət bildirib: "Xeyr, Edi Rama, etiraz edən sizin ölkənizin vətəndaşlarıdır və məsuliyyəti başqalarına yükləməməlisiniz. Öz daxili problemlərinizi həll edin".


Rizvan CƏFƏROV


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb  

18:30
19 Oktyabr

Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub  

18:26
19 Oktyabr

Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı: Tbilisidə dəyirmi masa  

18:26
19 Oktyabr

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlıq müzakirə olunub  

18:19
19 Oktyabr

İƏT Azərbaycanla bağlı dörd qətnaməni yenidən qəbul edib

18:13
19 Oktyabr

Leyla Əliyeva Türkmənistanda səfərdədir

18:01
19 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib 

17:43
19 Oktyabr

 Ultra-emal olunmuş qidalar beyin damarlarına zərər vurur

17:37
19 Oktyabr

Azərbaycan-BMT əməkdaşlığında ailə, qadın və uşaq hüquqları müzakirə olunub  

17:29
19 Oktyabr

İlon Mask ABŞ-dəki hər uşağa “SpaceX” səhmi hədiyyə edəcək  

17:19
19 Oktyabr

Albaniyada etirazlar: Baş nazir Edi Rama istefa verməyəcək  

17:18
19 Oktyabr

Mərkəzi Bank Slovakiya Milli Bankı ilə anlaşma memorandumu imzalayıb

17:17
19 Oktyabr

Milli Məclisin nümayəndə heyəti “Ata-Beyit” Kompleksini və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib  

17:13
19 Oktyabr

İdarə Heyətinin sədri: 308 min 945 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib  

17:02
19 Oktyabr

Zəngilan “Böyük Qayıdış” strategiyasının və yeni inkişaf modelinin ən parlaq nümunəsidir  

16:59
19 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

16:42
19 Oktyabr

Xəzər dənizinin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub  

16:13
19 Oktyabr

Beynəlxalq Sumo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib  

16:12
19 Oktyabr

Mərkəzi Asiya ölkələri və ABŞ Səmərqənd görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul edib  

15:56
19 Oktyabr

Parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar  

15:46
19 Oktyabr

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

15:33
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!