18 İyun 2026 13:52
113
SİYASƏT
A- A+
Vasip Şahin: İlk xarici səfərimin Azərbaycana olması xüsusi əhəmiyyət daşıyır

Vasip Şahin: İlk xarici səfərimin Azərbaycana olması xüsusi əhəmiyyət daşıyır


Bu, mənim Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu sədri vəzifəsinə başladıqdan sonra ilk xarici səfərimdir. İlk səfərimin qardaş ölkəyə olmasından məmnunluğumu ifadə edir, Azərbaycan Hökumətinə, Azərbaycan dövlətinə dərin təşəkkürümü bildirirəm.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Vasip Şahin jurnalistlərə açıqlamasında deyib.

Süni intellektin yaratdığı beynəlxalq risklər və imkanlar mövzusuna həsr olunmuş beynəlxalq tədbirin təşkil olunmasının əhəmiyyətini qeyd edən V.Şahin fikirlərinə belə davam edib: "Düşünürəm ki, bu gün dünyanın ən mühüm gündəm mövzularından biri məhz budur. Buna görə də insan hüquqları institutlarının təşəbbüsü ilə beynəlxalq formatda belə bir toplantının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Biz də ölkə olaraq bu istiqamətdə çox ciddi işlər görürük. Bu, yalnız texniki və texnoloji inkişaf və dəyişiklik deyil, eyni zamanda, sosial, mədəni və xüsusilə hüquqi baxımdan möhkəm bir əsasın formalaşdırılmasını tələb edən bir fenomendir. Bəşəriyyət gələcək inkişaf yolunda süni intellektdən necə istifadə edəcək, ondan necə faydalanacaq və onun yarada biləcəyi risklərə qarşı hansı tədbirləri görəcək? Bu gün bütün dünyada olduğu kimi, burada həm risklərin qarşısının alınması, həm də gələcək üçün zəruri hüquqi və institusional əsasların hazırlanması istiqamətində fikir mübadiləsi aparılır.

Türkiyədə də bu məsələ çox ciddi şəkildə gündəmdədir. Diqqət yalnız süni intellektin insanlara verdiyi faydalara yönəlmir, eyni zamanda, süni intellektin, rəqəmsallaşmanın və texnologiyanın yaratdığı risklərə qarşı, xüsusilə kibertəhlükəsizlik sahəsində ciddi araşdırmalar, fəaliyyətlər və hüquqi-təşkilati tədbirlər həyata keçirilir.

Ona görə də hesab edirəm ki, bu cür görüşlərin tez-tez keçirilməsi həm ölkəmiz üçün, həm də beynəlxalq səviyyədə sistemin daha təhlükəsiz və etibarlı olması baxımından çox vacibdir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq Enerji Agentliyi: Gələn il qlobal neft təklifi tələbatı sutkada 5 milyon barel üstələyəcək

16:05
18 İyun

“Goldman Sachs”: Hörmüz boğazından daşınmaların bərpası gələn ayın sonunadək başa çata bilər

16:04
18 İyun

Orxan Məmmədov: KOBİA müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına dəstək verməyə sadiqdir  

16:03
18 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci toplantısı çərçivəsində Azərbaycanın süni intellekt strategiyası barədə məlumat verilib  

15:50
18 İyun

Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib  

15:49
18 İyun

Neft məhsullarının istehsal dəyəri 2,4 milyard manatı ötüb

15:48
18 İyun

Məhəmməd Süleyman Əl-Casir: Azərbaycan böyük iqtisadi sıçrayışa hazırdır

15:47
18 İyun

Məhəmməd Süleyman Əl-Casir: Bakıda və Azərbaycanda çox böyük pozitiv dəyişikliklər baş verib  

15:46
18 İyun

Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq

15:38
18 İyun

Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirib YENİLƏNİB

15:27
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-2

15:14
18 İyun

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb

15:09
18 İyun

Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb 

14:48
18 İyun

Moskva aeroportlarında xaos: 12 mindən çox sərnişin gözləyir

14:43
18 İyun

Ermənistanın KTMT-dəki səsvermə hüququ ləğv edilə bilər

14:42
18 İyun

Mediada İran Prezidentinin imzalanmış memorandumla birgə fotosu yayımlanıb

14:36
18 İyun

Açıq və qapalı hovuzlar üçün sanitar-gigiyenik tələblər hansılardır?

14:29
18 İyun

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir 

14:25
18 İyun

Rusiya ABŞ ilə İran arasında əldə edilən razılaşmanı alqışlayıb

14:17
18 İyun

Pit Heqset: Bir neçə Avropa ölkəsi Pentaqonun yoxlamasından keçməyəcək  

14:09
18 İyun

Müdafiə Nazirliyi: Türkiyə regionda davamlı sülh, təhlükəsizlik və sabitliyə ümid edir

14:01
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!