16 Dekabr 2025 15:23
505
CƏMİYYƏT
A- A+
AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  


Minlərlə işçinin əmək müqaviləsinin rəsmiləşdirilərək sosial müdafiə sisteminə daxil edilməsi təmin olunub. Bu günədək 1 milyon 900 mindən artıq işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib. Bütün bunlar isə Baş Kollektiv Sazişin sosial ədalətin, layiqli əməyin, rəqabətədavamlı əmək bazarının və sosial rifahın möhkəmləndirilməsində əvəzsiz rol oynadığını bir daha təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında konfederasiya sədri Sahib Məmmədov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda 9 min 342 kollektiv müqavilə və 123 sahə kollektiv sazişi qüvvədədir. Azərbaycan həmkarlar ittifaqları kollektiv müqavilələrin icrasına nəzarəti gücləndirməklə üzvlərin hüquqlarının praktik qorunmasına nail olur. Dövrün tələblərinə uyğun olaraq, sosial tərəfdaşlığın formaları da ildən-ilə təkmilləşdirilir, hər yeni Baş Kollektiv Sazişdə müasir və perspektivli müddəalar öz əksini tapır.

“Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi ilə bağlı 2018-2024-cü illər ərzində ümumilikdə 45,9 min müraciətə baxılıb, onlardan 88,9 faizi müsbət həll edilib, 1000-dən artıq üzvümüz işə bərpa olunub. Bu illər ərzində müəssisə, təşkilat və istehsal sahələrində əməyin mühafizəsi üzrə ümumilikdə 3 minə yaxın monitorinq keçirilib.

Texnoloji avadanlıqların və əmək şəraitinin normativ hüquqi aktların tələblərinə uyğunluğuna dair 2 min 705 müəssisədə monitorinqlər aparılıb. Nəticədə 7 min 516 iş yeri sanitariya-gigiyena normalarına uyğunlaşdırılıb. Müdaxilələrimiz nəticəsində əlverişsiz əmək şəraitinə görə 28 min 280 halda işçilərə güzəşt tətbiq olunub, 169 min 435 nəfər norma tələblərinə uyğun fərdi mühafizə vasitələri ilə təmin edilib. Bununla yanaşı, bu il əməyin mühafizəsinə dair sağlamlıq mərkəzlərimizdə, Konfederasiyanın Əmək və Sosial Münasibətlər Akademiyasında, eləcə də Şuşa, Xocavənd, Kəlbəcər, Xankəndi, Quba, Şəki, İmişli və digər şəhər və rayonlarda maarifləndirici tədbirlər təşkil olunub. Təkcə son bir ildə keçirilən 34 təlim və tədbirlərdə 2 min 238 nəfər iştirak edib. Ölkəmizdə əməyin mühafizəsinə dair 88 milli standart qəbul olunub. Bu standartlar hazırlanarkən konfederasiyamız öz təkliflərini verib və qəbul olunmasında yaxından iştirak edib”, - deyə AHİK sədri vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib  

19:23
26 Avqust

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən  

19:08
26 Avqust

“Bitcoin”in qiyməti 78 min dollara enib  

18:59
26 Avqust

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb  

18:04
26 Avqust

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

17:58
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!