07 Fevral 2026 10:12
1239
SİYASƏT
A- A+
7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  


“Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz ötən illər ərzində tarixi və möhtəşəm uğurlara imza atıb. Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi müddətdə bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Məhz dövlətimizin başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf  diyarına çevrilib. Ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Məhz bütün bunların nəticəsidir ki, iki il öncə - 7 fevral 2024-cü ildə keçirilmiş prezident seçkilərində xalqımız öz Liderinə - cənab İlham Əliyevə bir daha sonsuz inam və etimadını ifadə etdi”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat xatırladıb ki, seçicilərin 92,12 faizi cənab İlham Əliyevə səs verərək onu növbəti müddətə Prezident seçdi. Prezident seçkilərinə beynəlxalq səviyyədə də maraq kifayət qədər yüksək oldu. Təsadüfi deyil ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilən seçkiləri 72 beynəlxalq təşkilat, 89 ölkədən 790 beynəlxalq müşahidəçi izləyib. Ən önəmli və tarixi məqam isə  seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsi şəraitində keçirilməsi idi. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə - şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi. Azərbaycan cəmiyyəti haqlı olaraq bu seçkiləri Zəfər seçkisi kimi səciyyələndirir.    Cənab İlham Əliyev səsvermə günü ailəsi ilə birlikdə Xankəndi şəhərində təşkil olunmuş seçki məntəqəsində səs verdi. Dövlət başçısının dediyi kimi, Xankəndidə qutuya atdığı bülleten separatçıların tabutuna vurulan son mismar oldu.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin seçkilərdə növbəti dəfə inamlı qələbə qazanması onun uğurlu siyasətinin nəticəsidir. Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkələrlə, o cümlədən qonşularla  müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Qazanılan uğurların zirvəsində, təbii ki işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi, ən nəhayət 2023-cü il sentyabrında şanlı Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri dayanır. Öz lideri ətrafında “dəmir yumruq” kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan bu qələbə ilə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı.

Bir sözlə, 7 fevral prezident seçkiləri bir daha xalqın öz Liderinə sonsuz inamının ifadəsi idi. Bu, o anlama gəlir ki, Azərbaycan vətəndaşları öz talelərinə biganə deyillər, istəyirlər ki, şəhidlərimizin qanı hesabına qurulan müstəqil dövlətimizin sükanı həmişə etibarlı əllərdə olsun. Bu istək həm cəmiyyətin bütün təbəqələrinin, həm də ölkəmizdə yaşayan bütün xalqların arzusudur. Bu gün dünyanın ayrı-ayrı ölkələrindəki mənzərələrdən fərqli olaraq respublikamızda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir.

Dövlət başçısı İlham Əliyev suverenliyimizin bərpa olunmasını yeni dövrün başlanğıcı kimi səciyyələndirib. Bu mənada 7 fevral seçkilərində cənab İlham Əliyevin seçki kampaniyasının “Yeni hədəflərə doğru!” şüarı ilə həyata keçirilməsi təbii qanunauyğunluq idi. Beləliklə, yeni mərhələdə qarşımızda yeni hədəflər dayanır. Bu hədəflərə çatmaq üçün 7 fevral prezident seçkilərinin nəticələri müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan xalqı seçkilərdə cənab İlham Əliyevə səs verməklə məhz özünün güclü Lideri ilə yeni hədəflərə çatacağını təsdiqləmiş oldu.

“Qarşıdakı əsas hədəflər sırasına regionumuzda sülhün təmin olunması, Azərbaycan iqtisadiyyatının daha da artırılması, milli təhlükəsizliyimizin və ordumuzun daha da gücləndirilməsi, əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsi, sosial sahənin bütün istiqamətləri üzrə tərəqqinin davam etdirilməsi, ölkəmizin beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsi, müəyyən qlobal layihələrin reallaşdırılması və s. məsələlər daxildir. Seçkilərdən ötən iki il ərzində bu hədəflərə doğru mühüm addımlar atılıb. Şübhəsiz ki, Azərbaycan dövləti və xalqı Prezident İlham Əliyevin liderliyi qarşıda yeni-yeni möhtəşəm nailiyyətlər qazanacaq!”,-deyə Samir Vəliyev vurğulayıb.


Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

09:48
13 Sentyabr

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

07:01
13 Sentyabr

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

22:06
12 Sentyabr

İDMAN Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

21:37
12 Sentyabr

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

21:18
12 Sentyabr

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq

21:01
12 Sentyabr

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

20:53
12 Sentyabr

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

20:37
12 Sentyabr

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb

20:27
12 Sentyabr

Nazir: Ötən il arıçılıq məhsullarının respublika yarmarkasında 83,5 ton məhsul satılıb

20:17
12 Sentyabr

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

20:02
12 Sentyabr

Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb

19:52
12 Sentyabr

XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib

19:52
12 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Kəlbəcərdə arıçılıq yeni mərhələyə qədəm qoyur

19:51
12 Sentyabr

Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib

19:49
12 Sentyabr

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

19:42
12 Sentyabr

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – YENİLƏNİB

19:32
12 Sentyabr

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB

18:50
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!