07 Avqust 2025 08:45
826
İQTİSADİYYAT
A- A+
6 ayda qeyri-neft məhsullarının ixracı 10 faiz artıb

6 ayda qeyri-neft məhsullarının ixracı 10 faiz artıb


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın iyul sayını təqdim edib. İcmala əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,8 milyard dollar təşkil edib. 

Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 19,1 faiz artaraq dəyəri 564,7 milyon dollara bərabər olub. İxrac edilən şəkər ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,4, kimya sənayesi məhsulları 38,7, meyvə-tərəvəz 24,3, pambıq iplik 16,6, qara metallar və onlardan hazırlanan məmulatlar 12,5, çay 2, alüminium və ondan hazırlanan məmulatlar 0,7 faiz artıb.  Aqrar sektorda görülən tədbirlər, o cümlədən verilən subsidiyalar istehsalın artmasına imkan yaradıb. Bu, özünü həm daxili tələbatın ödənilməsində, həm də ixracda göstərib. Belə ki, cari ilin 6 ayı ərzində aqrar məhsulların ixracı 21,9, aqrar-sənaye məhsullarının ixracı isə 7,7 faiz çoxalıb. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı hesabat dövründə 18,2 faiz yüksəlib. 

İxrac edilmiş qeyri-neft sektoruna aid məhsulların siyahısında pomidor (tomat) birinci, qızıl ikinci, pambıq isə üçüncü olub. İyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında da pomidor (tomat) birinci, qızıl ikinci olub. Üçüncü isə təzə albalı və gilas ixrac edilib. 

Hesabat dövründə  ölkəmizdən ən çox qeyri-neft sektoruna aid məhsul alan Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Ukrayna olub. İyun ayında da bu ixrac coğrafiyası dəyişməyib. Qeyri-neft məhsulları ən çox bu ölkələrə göndərilib. 

6 ay üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Green Tech" MMC təmsil ediliblər. 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib. Daha sonra siyahıda bu şirkətlər təmsil olunublar: "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "SOCAR-DALÜIC" MMC, "Azəbaycan Dəmir Yolları" QSC, "İstisu" mineral su zavodu MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti. 

Bunlardan əlavə, hesabat dövründə Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 8,5 milyon dollar dəyərində telekommunikasiya xidməti ixracını həyata keçirib. 6 ay ərzində "Azərkosmos" tərəfindən dünyanın 41 ölkəsinə 8,5 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib. Cari ilin iyun ayında isə "Azərkosmos" dünyanın 34 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət göstərib. Bu dövr ərzində "Azərkosmos"un peyk telekommunikasiya xidmətlərindən ən çox Birləşmiş Krallıq, Lüksemburq, Nigeriya, Türkiyə və Misir istifadə edib.


R.MÜTƏLLİBOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

09:48
13 Sentyabr

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

07:01
13 Sentyabr

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

22:06
12 Sentyabr

İDMAN Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

21:37
12 Sentyabr

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

21:18
12 Sentyabr

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq

21:01
12 Sentyabr

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

20:53
12 Sentyabr

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

20:37
12 Sentyabr

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb

20:27
12 Sentyabr

Nazir: Ötən il arıçılıq məhsullarının respublika yarmarkasında 83,5 ton məhsul satılıb

20:17
12 Sentyabr

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

20:02
12 Sentyabr

Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb

19:52
12 Sentyabr

XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib

19:52
12 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Kəlbəcərdə arıçılıq yeni mərhələyə qədəm qoyur

19:51
12 Sentyabr

Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib

19:49
12 Sentyabr

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

19:42
12 Sentyabr

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – YENİLƏNİB

19:32
12 Sentyabr

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB

18:50
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!