20 İyun 2025 08:30
1036
SİYASƏT
A- A+
30 ilin məşəqqəti 44 gündə bitdi

30 ilin məşəqqəti 44 gündə bitdi


Məcburi köçkün problemini Azərbaycan həll etdi, növbəti hədəf qaçqın soydaşlarımızın yurd həsrətinə son qoyulmasıdır 


Bu günün özündə də soydaşlarımız yurd itkisinin ağrı-acılarını, qaçqın və məcburi köçkünlük həyatının gətirdiyi mənəvi, fiziki əzabları iliklərinə qədər hiss edirlər. 

Düzdür, Qarabağ və Şərqi Zəngəzurun azadlığa qovuşdurulması ilə keçmiş məcburi köçkün insanlarımızın vətən nisgilinə son qoyulub, amma indiki Ermənistan ərazisindən qovulan yüzminlərlə qaçqın soydaşımız hələ də yurd həsrəti ilə yaşayır. 


Ağrı-acılı xatirələr


Zaman üçün çox qısa, lakin insanlıq üçün böyük vaxt kəsiyi olan bir qərinə məcburi köçkünlük adı daşıyanlar üçün sözün əsl mənasında yaşam sınağı ilə keçib. 

Amansız taleyin alnına "köçkün" yazdığı o insanlardan biri də uşaq yaşlarında mən özüm olduğum üçün,  bir günün içərisində həyatları tar-mar olan bu insanların hansı əzablar çəkdiklərini, necə məhrumiyyətlərə sinə gərdiklərini şəxsən bilirəm. 

İndi xatırlamağa belə qorxduğumuz bir-birini izləyən məşəqqətli anlar həyatımızın baş qonağı olmuşdu...

Aclıq, yoxluq, maddi çətinliklər... Yeməyə çörək, geyinməyə paltar, ayaqqabı, yatmağa yorğan-döşək, oxuyub-yazmağa kitab-dəftər tapmadığımız, yardım növbələrində gözlədiyimiz günlər xatirələrimizin ən ağrı-acılı mənzərələridir...

Amma mənəvi məhrumiyyətlərin yanında bunlar nə idi ki... 

Ömrümüzün ən gözəl illəri mənəvi sıxıntılarla keçdi, heç zaman ürəkdən sevinə, şadlana bilmədik...  

O qədər əzizimiz doğulduğu torpağa qovuşa bilmədən bu dünyadan gözüaçıq köçdü ki... 

Biz məcburi köçkün insanların yaşadığı faciənin miqyasını təsəvvür edin ki, Qarabağ azadlığına qovuşanda belə bir gözümüz güləndə, digəri ağlayırdı. Kimimiz babamızı, nənəmizi, atamızı, anamızı... qərib yurdlarda torpağa verdik... 

O insanlar bir qərinə içərisində doğma torpağın azadlıq xəbərinin intizarında inamla dözür, gözləyirdilər, amma zalım tale ömür paylarına bu xoşbəxt günləri yazmağı nəsib etmədi... Kim bilir, bəlkə də elə doğma torpağa bir daha dönməyəcəyin ümidsizliyi idi, bəlkə daha Şuşasız, Laçınsız, Kəlbəcərsiz, Ağdamsız, Xankəndisiz... yaşamağın nisgili idi onların yaşam eşqini tükəndirən, bu həyatdan qoparan...

Hansı ki biz məcburən tərk etdiyimiz o yurdlara hamımız bir nəfər kimi dönmək, bir zamanlar birlikdə gəzdiyimiz o yerlərdə yenidən bəxtəvər həyata başlamaq istəyirdik... 

Buna görə də Qarabağın azadlıq xəbərini eşitmək bizi nə qədər xoşbəxt etmiş, bizə dünyaları bağışlamışdısa, doğmalarımızın dünyadan köçərək bu xəbəri eşitməmələri, illərdir həsrətlərində olduqları bu sevinci yaşamamaları o qədər yandırıb yaxmışdı ki...

Bircə çarəmiz ona yetmişdi ki, ölkəmizin dörd bir yanına səpələnmiş qərib məzarlara üz tutub doğmalarımızın ruhlarına Qarabağımızın azadlıq xəbərini hönkürtülər içərisində çatdıraq... 


Vətəndə qəriblər 


20 İyun tarixi Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilir. 2000-ci ildə BMT-nin Baş Məclisi bu tarixi müəyyən edən xüsusi qətnamə qəbul edib. Qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Təəssüf ki, həmin qətnamədən ötən 25 il ərzində dünyada nəinki qaçqınların sayını azaltmağa nail olunub, əksinə, baş verən işğallar, müharibələr bu sayı hər gün daha da artırır.

Ermənistan tərəfindən torpaqlarımıza qarşı həyata keçirilən təcavüz siyasəti bir milyona yaxın soydaşımızı   öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qoymuşdu. Öz vətənlərində didərginə çevrilən vətəndaşlarımız illərlə ağır məhrumiyyətlər içərisində çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda yaşamağa məcbur qalmışdılar. Yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə  Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həlli istiqamətində vacib addımlar atılmağa başlanmışdı. 

"Bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir", - deyə çıxışlarının birində Ulu Öndər Heydər Əliyev məcburi köçkünlərin problemini dilə gətirərək həmin insanların ağrılarını dərindən duyduğunu bu fikirlərlə ifadə etmişdi. 

Heydər Əliyevin şəxsi diqqəti sayəsində keçmiş məcburi köçkünlərin qayğı və problemlərinin həlli istiqamətində mühüm işlər görülürdü. Ulu Öndər dəfələrlə çadır şəhərciklərinə yollanır, orada yaşayan insanların şəraitləri ilə tanış olur, problemlərinin həlli istiqamətində mümkün olan bütün işləri görürdü. 

Ümummilli Liderin əsasını qoyduğu uğurlu neft strategiyası sayəsində əldə edilən ilk vəsait də məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdi. İnsanlarımızın acınacaqlı şəraitdə yaşamağa məcbur olduğu çadır düşərgələrinin ləğvinə başlanılmışdı.

Ulu Öndərin 7 sentyabr 2001-ci ildə "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" və 13 may 2002-ci il "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" fərmanlarına uyğun olaraq, Biləsuvar, Füzuli və Ağdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salındı və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi.


"Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz…"


Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin də fəaliyyətinin prioriteti qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, ən başlıcası isə torpaqlarımızın işğaldan azad edilməsi idi. 

Buna görə idi ki, cəmi 4 il ərzində - 2003-cü ildən 2007-ci ilə qədər  ölkədəki bütün çadır şəhərcikləri ləğv olundu. 2020-ci ilə qədər ölkədə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salındı. Ötən müddət ərzində Azərbaycanda 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olundu, həmçinin onların problemləri ardıcıl şəkildə öz həllini tapdı.

Yüz minlərlə keçmiş məcburi köçkün vətəndaşımızın illərlə eşitmək istədiyi böyük müjdəni isə Qarabağın xilaskarı İlham Əliyev 8 noyabr 2020-ci il zəfərindən cəmi bir neçə gün keçdikdən sonra verdi: "Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz…"

Şuşa qələbəsini xalqımıza ərmağan edən qalib lider İlham Əliyev tezliklə bizləri Qarabağa qayıdış zəfəri ilə xoşbəxtlik zirvəsinə ucaltdı. Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti,  quruculuq işlərinə start verən Azərbaycan dövləti bu ərazilərdə mühüm layihələr həyata keçirir. İnfrastruktur bərpa olunur, yollar çəkilir, su-elektrik stansiyaları tikilir, beynəlxalq hava limanlarının təməlləri qoyulur, istifadəyə verilir, "ağıllı kənd", "ağıllı şəhər"lər salınır. İşğalçı Ermənistan tərəfindən vandalizmə məruz qalan tarixi, mədəni, dini irsimiz bərpa olunur.

Görülən kompleks işlərin nəticəsidir ki, bu günədək 15 yaşayış məntəqəsində, yəni 5 şəhər və 9 kənddə daimi məskunlaşma gerçəkləşdirilib. 14997 nəfər (3761 ailə) əzəli torpağına qovuşub. Qarabağa və Şərqi Zəngəzura mütəmadi qayıdış həyata keçirilir və tezliklə bütün keçmiş məcburi köçkünlər doğma yurda qovuşmağın təsvirəgəlməz sevincini yaşayacaqlar.   

Bəli, indi Qarabağ və Şərqi Zəngəzurdan doğma hənir gəlir, yeni doğulan körpələrin hayqırışı çağlayan həyatın rəmzinə çevrilir... 

Bütün bunlar düz 30 illik böyük zaman dilimində keçmiş məcburi köçkünlərin çəkdikləri ağrı-acılara, qəlblərində açılan dərin yaralara məlhəm olur. 


Qaçqın soydaşlarımızın da yurd həsrəti bitəcək 


Amma üç yüz mindən çox soydaşımız hələ də təəssüf ki, qaçqınlıq adından qurtula bilməyib. Qərbi Azərbaycandan olan soydaşlarımız da bir gün mütləq zorla didərgin salındıqlari tarixi yurdlarına qayıdacaqlarını böyük inam və ümidlə gözləyirlər. 

Çünki Qarabağa və Şərqi Zəngəzura əzəli sakinlərini qaytaran dövlətimizin növbəti milli prioriteti, qarşısına qoyduğu hədəfi Qərbi Azərbaycana qayıdışı həyata keçirməkdir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə tarixi yurdlarına dönüşünü təmin etmək üçün bu istiqamətdə mühüm işlər görülür. 

Qərbi Azərbaycan İcmasının yeni Nizamnaməsi təsdiq olunub, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların geriyə qayıtmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyası hazırlanıb. Qafqaz Müsəlmanları İdarəsi İrəvan Qazılığının bərpa edilməsi barədə qərar verib. İrəvan Qazılığının Əsasnaməsi də artıq təsdiqlənib.

"Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir".

Bu il iyunun 18-də "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində də dövlət başçısı İlham Əliyev vurğulayıb ki, Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvəllərindən başlayaraq, Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır: "Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir".

Göründüyü kimi, Qərbi Azərbaycana qayıdış xalqımızın, dövlətimizin milli ideyası kimi həm ölkə, həm də beynəlxalq səviyyədə daim gündəlikdə saxlanılır. 

Bütün bunlar onu deməyə əsas verir ki, gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri də tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb  

23:23
17 İyul

UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb  

22:20
17 İyul

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib  

22:16
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər  

22:07
17 İyul

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

21:39
17 İyul

"Qarabağ" növbəti transferini həyata keçirib

21:14
17 İyul

Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər  

20:12
17 İyul

II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb  

19:17
17 İyul

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına ev sahibliyi edib 

19:16
17 İyul

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

19:13
17 İyul

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır  

19:12
17 İyul

Türkmənistan mətbuatı Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini geniş işıqlandırıb  

19:05
17 İyul

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub  

17:04
17 İyul

Dövlət Komissiyası narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini genişləndirir  

17:00
17 İyul

NATO: Ukraynaya “Patriot” sistemlərinin göndərilməsinə başlanılıb  

16:59
17 İyul

Rektor: ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur

16:58
17 İyul

Dünyanın ən iri almaz istehsalçılarından biri böhranla üzləşib  

16:57
17 İyul

Həlak olan minlərlə insanın cəsədi Ukraynaya qaytarılıb  

16:56
17 İyul

ADA Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrə təqdim olunan imkanlar açıqlanıb  

16:55
17 İyul

ADA Universitetində dövlət sifarişli yerlərin sayı açıqlanıb  

16:54
17 İyul

Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

15:47
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!