03 Sentyabr 2026 18:47
110
DÜNYA
A- A+
2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

2050-ci ilədək qlobal miqyasda məlumat mərkəzlərinə investisiyaların ümumilikdə 31,6 trilyon dollara çatacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “PwC” şirkətinin hesabatında deyilir.

Bildirilir ki, buna səbəb süni intellektə sürətlə artan tələbatdır. Lazımi, etibarlı və əlverişli elektrik enerjisinə çıxışın investisiyaların istiqamətində müəyyənedici amil olacağı proqnozlaşdırılır. Belə ki, cari ildə məlumat mərkəzi binaları, serverlər, saxlama, şəbəkə və qabaqcıl emal avadanlıqları da daxil olmaqla yatırılan investisiyaların təxminən 800 milyard dollar olması, 2030-cu ildə illik 1,1 trilyon dollara, 2050-ci ildə isə illik 1,8 trilyon dollara yüksəlməsi gözlənilir. Beləliklə, investisiyalar 2026-2050-ci illər arasında ümumilikdə 31,6 trilyon dollara çata bilər.

Qeyd olunub ki, süni intellektə tələbat mövcud elektrik şəbəkələrinə təzyiqi artırır və planlaşdırılan investisiyaların reallaşdırılması getdikcə məlumat mərkəzlərinə elektrik enerjisinin nə qədər tez və etibarlı şəkildə çatdırıla biləcəyindən asılı olacaq.

“PwC” məlumat mərkəzi investisiyalarının hansı ölkələrdə və bölgələrdə həyata keçiriləcəyini müəyyən edən əsas amil kimi elektrik enerjisini görür. Hesabata görə, genişmiqyaslı məlumat mərkəzləri üçün qənaətcil, etibarlı və aşağı karbonlu elektrik enerjisinin təmin edilməsi bir çox bazarlar üçün ən çətin şərtlərdən birinə çevrilir. Xüsusilə, ötürmə gücü, yarımstansiyalara çıxış və transformatorların təchizat müddəti yeni layihələrin harada və nə vaxt istifadəyə veriləcəyini müəyyən edən maneələr arasındadır. Buna görə də, ölkələr üçün yalnız yeni elektrik enerjisi istehsal gücü yaratmaq deyil, həm də istehsal olunan elektrik enerjisini məlumat mərkəzlərinin yerləşdiyi ərazilərə eyni sürətlə nəql edə bilən şəbəkə infrastrukturunu inkişaf etdirmək getdikcə daha vacib hala gəlir.

Bildirilir ki, bəzi məlumat mərkəzi operatorları obyektlərinin yerləşdiyi ərazilərdə öz elektrik enerjisi istehsal güclərini inkişaf etdirməyə başlayıb. Bu da yalnız fərdi layihələrin ehtiyaclarını ödəməyə kömək edə bilər. Lakin sektorda genişmiqyaslı artım üçün zəruri olan şəbəkə investisiyalarını əvəz edə bilməz. Ənənəvi bulud infrastrukturu mərkəzi emal vahidlərindən çox asılı olsa da, süni intellekt iş yüklərində istifadə olunan qrafik emal vahidləri və sürətləndiricilər daha çox enerji istehlak edir və daha sürətli texnoloji yenilənmə dövrünə malikdir. Serverlər və qrafik emal vahidləri adətən hər 4-6 ildən bir dəyişdirilməlidir.

“PwC”nin hesablamalarına görə, məlumat mərkəzinə qoyulan ümumi investisiyalarda informasiya və kommunikasiya texnologiyaları avadanlıqlarının payının bu il 70 faizdən 2050-ci ildə 93 faizə yüksələcəyi gözlənilir. Məlumat mərkəzinin tikintisinə qoyulan hər 1 dollar gələcəkdə təxminən 12 dollar dəyərində informasiya və kommunikasiya texnologiyaları avadanlığına investisiya ehtiyacına səbəb ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

19:08
03 Sentyabr

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

19:01
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

18:54
03 Sentyabr

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

18:47
03 Sentyabr

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

18:40
03 Sentyabr

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

18:33
03 Sentyabr

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

18:26
03 Sentyabr

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

18:19
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

18:12
03 Sentyabr

Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında

18:05
03 Sentyabr

AFFA Premyer Liqanın 4 klubunu cərimələyib

17:58
03 Sentyabr

Azərbaycanın 6 basketbolçusu karyerasını ABŞ-də davam etdirəcək

17:51
03 Sentyabr

Avropada quraşdırılmış külək enerjisi gücü 311 giqavatı ötüb

17:44
03 Sentyabr

İctimai Şura üzvləri ilə dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb

17:37
03 Sentyabr

Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

17:30
03 Sentyabr

İspaniyada miqrasiya böhranı

17:25
03 Sentyabr

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yeni geoiqtisadi imkanlar yaradır

17:23
03 Sentyabr

“Neftçi”nin sabiq futbolçusu Kipr klubuna keçib

17:16
03 Sentyabr

Səfir: Azərbaycanla ticarət həcminin artırılması Pakistanın əsas prioritetlərindəndir

17:09
03 Sentyabr

Dövlət investisiyalarının iqtisadi artıma təsiri daha çox hansı sahələrdə hiss olunur?

17:02
03 Sentyabr

BMT-nin nümayəndəsi: Mina təhlükəsinin aradan qaldırılması üçün peşəkar kadrlara da ehtiyac var

16:55
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!