17 Noyabr 2026 14:16
696
İQTİSADİYYAT
A- A+
2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək  

2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək  


Kənd təsərrüfatı istehsalçılarının əkin mövsümündə yaranan ilkin maliyyə ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə ölkədə ilk dəfə avans subsidiyası mexanizmi tətbiq edilir. Aqrar Subsidiya Şurasının 2027-ci il üzrə qərarına əsasən, müəyyən edilmiş meyarlara cavab verən fermerlər gözlənilən əkin subsidiyasının 30 faizini əkin işləri başa çatmadan əvvəl avans şəklində əldə edə biləcəklər. Avans subsidiyasına müraciət artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən mümkündür.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni mexanizmin tətbiqində əsas məqsəd fermerlərin əkin mövsümünün başlanğıcında toxum, gübrə, yanacaq və aqrotexniki xidmətlərlə bağlı xərclərinin vaxtında qarşılanmasına, əkin prosesinin fasiləsiz və keyfiyyətli təşkilinə dəstək göstərilməsidir.


Avans subsidiyasından kimlər yararlana bilər?


Avans subsidiyası aşağıdakı meyarlara cavab verən kənd təsərrüfatı istehsalçılarına şamil olunur:

-Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilmiş siyahıya daxil olan (Çəltik, Qarğıdalı, Darı, Sorqo, digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), günəbaxan, kartof, tərəvəz, bostan bitkiləri) yazlıq və payızlıq birillik bitkiləri becərən istehsalçılar;

-EKTİS-də fermer reytinqi 30 baldan yüksək olan şəxslər;

-Ümumi əkin sahəsi 5 hektardan 100 hektaradək olub çıxarışı olan fermerlər;

-Torpaq sahəsi üzrə yalnız bir əkin bəyanı təqdim edən fermerlər.


Müraciət və monitorinq prosesi


Avans subsidiyasının verilməsi tam rəqəmsal mexanizm əsasında həyata keçiriləcək. Bunun üçün fermerlər əkin sahələrini EKTİS-də bəyan etməli və koordinatlarını daxil etməlidirlər. Müraciətin təsdiqlənməsi qeyd edilən şərtlərə uyğun fermerlərin əkin hazırlığı (şum) işləri apardığı müşahidə edildikdən sonra mümkün olacaq.

Əkin sahələrinin əkinə hazırlıq vəziyyətinin müəyyənləşdirilməsi və monitorinqi müasir rəqəmsal texnologiyalar və süni intellekt həllərindən istifadə edilməklə aparılacaq. Bu yanaşma subsidiyaların daha operativ, şəffaf və obyektiv şəkildə təqdim olunmasına imkan verəcək.

Fermerlər elektron kabinetlərində şum işlərinin aparılıb-aparılmadığı barədə süni zəka ilə yoxlama nəticələrini, əldə etdikləri reytinqin göstəriciləri və inkişaf etdirmə istiqamətləri ilə bağlı məlumatları görmə imkanına sahib olacaqlar.

Avans subsidiyası çərçivəsində gözlənilən əkin subsidiyasının 30 faizi fermerə əvvəlcədən ödəniləcək. Əkin faktı təsdiq edildikdən və subsidiyanın ödənilməsi üçün nəzərdə tutulan digər müvafiq prosedurlar tamamlandıqdan sonra subsidiyanın qalan 70 faizlik hissəsi növbəti il fermerin hesabına köçürüləcək.

Qeyd edək ki, avans subsidiyası mexanizminin tətbiqi fermerlərin əkin mövsümündə maliyyə imkanlarının genişləndirilməsi ilə yanaşı, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinə və əkin prosesinin səmərəli təşkilinə xidmət edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!