12 Dekabr 2020 13:08
36913
FOTOXRONIKA
A- A+

Zəfər qoxulu payızım...


Cənub mirvarisi olan Lənkəranın payız fəslində ayrı görkəmi var. Ətrafda hər şey sanki qızılı rəngə boyanıb. Xəzan yelləri əsib qızılı yarpaqları yerə töksə də, təkrarsız lövhələr göz oxşayır.

Bağlar, parklar min bir naxışı, çalarıyla heyrət doğurur. Həmişəyaşıl ağacların dəyişməz libasına, Lənkəran torpağında bitən azat, nil ağaclarının, çinarların, ipək akasiyasının, suda batmayan dəmirağac kimi qədim relikt növlərinə baxan bir də baxmaq istəyir.

Rəssamların çəkdiyi mənzərələr bu gözəl diyarın təbii tablolarının yanında bəlkə də solğun görünür.

Lənkəran sanki əli xınalı gözəllərə bənzəyir. Ecazkar rənglərin vəhdəti subtropik zonanın özəl görüntülərini beləcə sərgiləyir...

Builki payız bir özgə payızdır. Əvvəli qan, sonu zəfər qoxulu payız... Payızın ilk həftəsində yağı düşmənin daha çox torpaq əldə etmək xülyası ilə xaincəsinə torpaqlarımıza növbəti təcavüzü səbəbindən payızın gəlişini belə hiss etmədik.

2020-ci ilin payızının gəlişi ağır olsa da, sonrakı ovqatı tam bir ayrı oldu, qələbə xəbərləri bir-birini əvəzlədi, Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 8 noyabrda tarix yazdı - işğal altında olan şəhər və rayonlarımız, kəndlərimiz, ən başlıcası, Qarabağın tacı olan Şuşa şəhəri azad olundu!

Bu ilin payızı Qələbə müjdəli oldu, Azərbaycan tarixinə qızılı xətlə yazıldı. S.Vurğunun sətirlərini çevirsək: Yazıldı tarixə bir qızıl xətlə 2020-ci ilin qızıl payızı!

Lənkəranda payızın təsviri sözlə mümkünsüzdür. Uca yaradan gözəllik adında nə yaradıbsa, hamısından Lənkərana səxavətlə pay ayırıb, həm də məhz bu fəsildə, payızda...

İnşallah ki, koronavirus pandemiyası tezliklə sona yetər, bu gözəlliklərlə baş-başa qalıb, canlı seyr edib dadını çıxarmaq imkanınız olacaq. Hələliksə, Lənkəranın payızını əks etdirən fotolara diqqətlə baxın - qızılı payızın zəfər qoxusunun ətrini siz də hiss edəcək, duyacaqsınız... Bu qoxuya 30 il idi ki, tamarzı idik.

Zəfər qoxulu payızım, səni çox sevdik!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video