08 Oktyabr 2026 09:10
698
SİYASƏT
A- A+
ZƏFƏR gündəliyi

ZƏFƏR gündəliyi


8 oktyabr


Erməni əsgəri silahını da, bayrağını da atıb qaçır



Bərdəyə "Toçka-U" taktiki raket kompleksindən atəş açılıb Səhər saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutublar. Mülki əhali arasında ölən və yaralananlar olub.

Bu, azmış kimi, Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini də atəşə tutub.

Bərdə rayonu ərazisinə "Toçka-U" taktiki raket kompleksindən atəş açılıb.


Düşmənin hərbi kolonu darmadağın edilib


Gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissə qərargahına, istehkamlarına və silah-sursat anbarlarına artilleriya zərbələri endirilib. 

Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası artilleriya atəşi ilə məhv edilib. Düşmənin hərbi kolonu darmadağın edilib.


Erməni əsgərinin qoyub qaçdığı zirehli texnikalar qənimət kimi götürülüb


Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində erməni hərbçilərin qaçarkən tərk etdiyi zirehli texnikalar bölmələrimiz tərəfindən ələ keçirilib.

Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutublar. Ordumuzun bölmələri tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülüb.


Ermənistan Füzuliyə qadağan olunmuş fosforlu mərmi atıb


Füzuli rayonunun ərazilərinə ağ fosforlu tüstülü mərmi atılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qruplarının Füzuli rayonu ərazisində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 122 millimetrlik tüstülü top mərmisi (D-4) aşkarlanıb. Mərminin tərkibində 3,6 kiloqram ağ fosfor (P-4) olub. 

Bu cür mərmilərin mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə qadağandır.


Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb


Günün ikinci yarısından başlayaraq, bütün cəbhəboyu gərgin döyüşlər davam edib. Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıblar. 

Həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.

Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilib. Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib.


Düşmənin 19 zirehli texnikası, 5 artilleriya qurğusu, 2 radar sistemi məhv edilib


Gün ərzində ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər yeni inkişaf dövrünə qədəm qoyub

14:51
25 Noyabr

Dövlət proqramının icrası ilə bağlı Samuxda monitorinq keçirilib  

14:31
25 Noyabr

Türkiyənin 60 vilayətində keçirilən əməliyyatlarda 280 şübhəli saxlanılıb

14:27
25 Noyabr

Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb  

14:25
25 Noyabr

Litvalı nazir: Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək niyyətindəyik  

14:21
25 Noyabr

Nazir: Litvanın Aİ Şurasına sədrliyi viza prosedurlarının sadələşdirilməsi üçün fürsət yaradır 

14:17
25 Noyabr

Çin şirkəti ilə Günəş-külək enerjisi layihələri və elektrik şəbəkəsi üzrə tədqiqatlara dair müzakirələr aparılıb  

14:12
25 Noyabr

“Microsoft” görünməmiş nasazlıqdan sonra “qırmızı təhlükə səviyyəsi” elan edir  

14:09
25 Noyabr

Litva Azərbaycanla viza rejiminin sadələşdirilməsi və Aİ ilə strateji tərəfdaşlıq məsələlərini gündəmə gətirib 

14:03
25 Noyabr

Kestutis Budris: Mənə Azərbaycana səfər edərək konkret nəticələrə nail olmaq tapşırılıb 

14:01
25 Noyabr

Nazir: Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır

13:46
25 Noyabr

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sistemlərində kibertəhlükəsizlik pozuntusu baş verdiyi iddia olunur  

13:32
25 Noyabr

Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri baxımından tarixi gündür 

13:29
25 Noyabr

Futbol tarixində bu gün: Əfsanəvi Dieqo Maradona vəfat edib  

13:23
25 Noyabr

Viktor Yuşşenko: Azərbaycan son bir neçə ildə mühüm nəticələrə nail olub

13:17
25 Noyabr

Litvanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib  

13:07
25 Noyabr

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda tədris gəzintisindədir  

13:06
25 Noyabr

Əli Hüseynli: Azərbaycan-Özbəkistan parlamentlərarası əməkdaşlığı daha da gücləndirilməlidir  

13:04
25 Noyabr

Keçmişin yaralarını sağaldan, gələcəyə ümid bəxş edən “Ümid Yeri”  

12:58
25 Noyabr

Nazir: Qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan və uzunmüddətli tərəfdaşlıqlardan asılıdır  

12:51
25 Noyabr

Rusiyanın Samara vilayətinə dron hücumu zamanı bir nəfər ölüb

12:47
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!