25 Noyabr 2026 13:06
80
SİYASƏT
A- A+
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda tədris gəzintisindədir  

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda tədris gəzintisindədir  


Türkiyə Respublikası Milli Müdafiə Universiteti rektorunun müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti tədris gəzintisi proqramı çərçivəsində Azərbaycanda səfərdədir.

Azərbaycan Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Proqram çərçivəsində nümayəndə heyəti Azərbaycan Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovla görüşüb. Görüşdə hərbi təhsil sahəsində əməkdaşlıq əlaqələri və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Sonda tərəflər qarşılıqlı hədiyyələr təqdim ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Qənimətlər Parkında və Heydər Əliyev Mərkəzində olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır

13:46
25 Noyabr

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sistemlərində kibertəhlükəsizlik pozuntusu baş verdiyi iddia olunur  

13:32
25 Noyabr

Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri baxımından tarixi gündür 

13:29
25 Noyabr

Futbol tarixində bu gün: Əfsanəvi Dieqo Maradona vəfat edib  

13:23
25 Noyabr

Viktor Yuşşenko: Azərbaycan son bir neçə ildə mühüm nəticələrə nail olub

13:17
25 Noyabr

Litvanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib  

13:07
25 Noyabr

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda tədris gəzintisindədir  

13:06
25 Noyabr

Əli Hüseynli: Azərbaycan-Özbəkistan parlamentlərarası əməkdaşlığı daha da gücləndirilməlidir  

13:04
25 Noyabr

Keçmişin yaralarını sağaldan, gələcəyə ümid bəxş edən “Ümid Yeri”  

12:58
25 Noyabr

Nazir: Qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan və uzunmüddətli tərəfdaşlıqlardan asılıdır  

12:51
25 Noyabr

Rusiyanın Samara vilayətinə dron hücumu zamanı bir nəfər ölüb

12:47
25 Noyabr

Kəlbəcərdəki quruculuq “Böyük Qayıdış”ın uğurla reallaşmasından xəbər verir  

12:42
25 Noyabr

Sahibə Qafarova: Azərbaycan-Özbəkistan münasibətləri sistemində parlament ölçüsü mühüm yer tutur  

12:41
25 Noyabr

Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib  

12:34
25 Noyabr

Özbəkistan parlament nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

12:27
25 Noyabr

Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

12:24
25 Noyabr

Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib

12:19
25 Noyabr

Astronomlar Günəşdən 500 trilyon dəfədən çox parlaq kvazar aşkar ediblər

12:13
25 Noyabr

“ASAN xidmət”in Pakistanda tətbiqi coğrafiyası genişləndirilir

12:06
25 Noyabr

Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb  

12:01
25 Noyabr

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçirilir

11:44
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!