25 Noyabr 2026 14:51
160
SİYASƏT
A- A+
Kəlbəcər yeni inkişaf dövrünə qədəm qoyub

Kəlbəcər yeni inkişaf dövrünə qədəm qoyub


25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpasını, milli iradənin və dövlətimizin gücünün təntənəsini ifadə edən əlamətdar gündür. 1993-cü ildə Ermənistanın işğalı nəticəsində doğma yurdlarından didərgin salınan kəlbəcərlilər uzun illər bu günün həsrəti ilə yaşadılar. 2020-ci il noyabrın 25-də isə Azərbaycan öz tarixi torpaqlarına qayıdışın növbəti mərhələsini reallaşdırdı. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Kəlbəcərin bir güllə atılmadan Azərbaycana qaytarılması Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, düşünülmüş diplomatik strategiyasının və Azərbaycan Ordusunun yaratdığı yeni reallıqların nəticəsi idi.

Kəlbəcərin azad edilməsi yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də Azərbaycanın regional mövqelərinin möhkəmlənməsi və milli təhlükəsizliyimizin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu ərazi özünün coğrafi mövqeyi, zəngin təbii sərvətləri və strateji imkanları ilə ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, Kəlbəcərin tarixi-mədəni irsinin qorunması və yenidən dirçəldilməsi milli yaddaşımızın bərpasının mühüm tərkib hissəsidir.

Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin qarşıya qoyduğu strateji hədəflərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə şəhərin müasir Baş plan əsasında yenidən qurulması, yol-nəqliyyat və enerji infrastrukturunun yaradılması, yaşayış məhəllələrinin, sosial obyektlərin inşası kompleks inkişaf strategiyasının əsas istiqamətləridir. Xüsusilə Kəlbəcərin zəngin hidroenerji potensialından istifadə olunması, kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi, İstisu mineral su mənbələrinin və turizm imkanlarının inkişafı bölgənin gələcək iqtisadi həyatında mühüm rol oynayacaq. Burada əsas məqsəd yalnız dağıdılmış infrastrukturu bərpa etmək deyil, Kəlbəcəri müasir yaşayış standartlarına cavab verən, iqtisadi cəhətdən fəal və dayanıqlı inkişaf edən bir şəhərə çevirməkdir.

Böyük Qayıdış prosesi isə bütün bu işlərin ən mühüm sosial nəticəsidir. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışının başlanması uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların həyatında yeni mərhələ açdı. Çünki hər bir bərpa layihəsinin əsl nəticəsi həmin torpaqlarda həyatın yenidən canlanması, ailələrin öz evlərinə qayıtması, uşaqların doğma şəhərlərində böyüməsi və gələcəyə inamla baxmasıdır. Qayıdışın davamlı olması üçün yaşayış şəraiti ilə yanaşı, məşğulluq imkanlarının, təhsil və səhiyyə xidmətlərinin, sosial infrastrukturun inkişafı da xüsusi əhəmiyyət daşıyır.

Kəlbəcərin gələcək inkişafını Azərbaycanın Zəfər tarixinin davam edən quruculuq mərhələsi kimi qiymətləndirirəm. Əgər 2020-ci il noyabrın 25-i torpaqlarımızın azadlığının və dövlət suverenliyimizin möhkəmlənməsinin tarixi idisə, bu gün Kəlbəcərdə salınan yeni yaşayış məhəllələri, istifadəyə verilən infrastruktur və doğma yurda qayıdan ailələr həmin Zəfərin real nəticələridir. Kəlbəcər gələcəkdə təbii sərvətləri, turizm potensialı, yaşıl enerji imkanları və müasir şəhər infrastrukturu ilə Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verən mühüm mərkəzlərdən birinə çevriləcək. Ən başlıcası isə Kəlbəcər bir daha sübut edir ki, Azərbaycan xalqının tarixi yaddaşı, torpağa bağlılığı və dövlətçilik iradəsi heç bir zaman qırıla bilməz.

Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər yeni inkişaf dövrünə qədəm qoyub

14:51
25 Noyabr

Dövlət proqramının icrası ilə bağlı Samuxda monitorinq keçirilib  

14:31
25 Noyabr

Türkiyənin 60 vilayətində keçirilən əməliyyatlarda 280 şübhəli saxlanılıb

14:27
25 Noyabr

Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb  

14:25
25 Noyabr

Litvalı nazir: Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək niyyətindəyik  

14:21
25 Noyabr

Nazir: Litvanın Aİ Şurasına sədrliyi viza prosedurlarının sadələşdirilməsi üçün fürsət yaradır 

14:17
25 Noyabr

Çin şirkəti ilə Günəş-külək enerjisi layihələri və elektrik şəbəkəsi üzrə tədqiqatlara dair müzakirələr aparılıb  

14:12
25 Noyabr

“Microsoft” görünməmiş nasazlıqdan sonra “qırmızı təhlükə səviyyəsi” elan edir  

14:09
25 Noyabr

Litva Azərbaycanla viza rejiminin sadələşdirilməsi və Aİ ilə strateji tərəfdaşlıq məsələlərini gündəmə gətirib 

14:03
25 Noyabr

Kestutis Budris: Mənə Azərbaycana səfər edərək konkret nəticələrə nail olmaq tapşırılıb 

14:01
25 Noyabr

Nazir: Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır

13:46
25 Noyabr

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sistemlərində kibertəhlükəsizlik pozuntusu baş verdiyi iddia olunur  

13:32
25 Noyabr

Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri baxımından tarixi gündür 

13:29
25 Noyabr

Futbol tarixində bu gün: Əfsanəvi Dieqo Maradona vəfat edib  

13:23
25 Noyabr

Viktor Yuşşenko: Azərbaycan son bir neçə ildə mühüm nəticələrə nail olub

13:17
25 Noyabr

Litvanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib  

13:07
25 Noyabr

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda tədris gəzintisindədir  

13:06
25 Noyabr

Əli Hüseynli: Azərbaycan-Özbəkistan parlamentlərarası əməkdaşlığı daha da gücləndirilməlidir  

13:04
25 Noyabr

Keçmişin yaralarını sağaldan, gələcəyə ümid bəxş edən “Ümid Yeri”  

12:58
25 Noyabr

Nazir: Qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan və uzunmüddətli tərəfdaşlıqlardan asılıdır  

12:51
25 Noyabr

Rusiyanın Samara vilayətinə dron hücumu zamanı bir nəfər ölüb

12:47
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!