01 İyun 2025 08:15
1199
SİYASƏT
A- A+
Zəfər diplomatiyası

Zəfər diplomatiyası


İlham Əliyevin müstəqil siyasəti Azərbaycanı qlobal çağırışlara cavab verən ölkəyə çevirib


Bu gün dünyanın geosiyasi mənzərəsi heç də ürəkaçan deyil. Müxtəlif coğrafiyalarda qaynar ocaqların, müharibələrin mövcudluğu, həmçinin yeni təhdidlərin artması bəşəriyyəti ciddi sınaqlar qarşısında qoyur. 

Yaxın Şərqdə yaşanan münaqişə, Rusiya-Ukrayna müharibəsi, məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinin davam etməsi vəziyyətin heç də ürəkaçan olmadığını göstərir.

Şükürlər olsun ki, bu arzuolunmaz geosiyasi arxitektura fonunda Azərbaycanda siyasi sabitlik var. Regionun lider dövləti kimi Azərbaycan daxili sabitliyini əzmlə qoruyub saxlayır və durmadan inkişaf etdirir. Təbii ki, bu sabitliyin qorunmasını şərtləndirən ən mühüm məsələ dövlətin liderinin yürütdüyü siyasətdir. 

Həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev hadisələri düzgün analiz etmək, dorğu qərar vermək bacarığı, uğurlu diplomatiyası ilə Azərbaycanı həm də dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Bunun yeganə səbəbi İlham Əliyevin sözünə sadiq lider olduğunu dəfələrlə göstərməsidir. 

Müasir dünyamızın acı reallıqları fonunda İlham Əliyev elə də böyük olmayan dövləti - Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun mühüm aktoruna çevirib. Qlobal təhlükəsizliyin, o cümlədən qitəmizdə enerji və nəqliyyat təhlükəsizliyinin təminatında Azərbaycanın rolu misilsizdir. Azərbaycan dünyaya təkcə neft və qaz deyil, eyni zamanda multikultural dəyərlər ixrac edir.

Çoxvektorlu və ya balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın markasına çevrilib desək, yanılmarıq. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hər kəslə öz milli maraqlarına əsaslanan münasibət qurmağa yönəlmiş çoxtərəfli xarici siyasət kursu Azərbaycanı dünyada söz sahibi edib. 

Təksə son illərdə Azərbaycanın xarici siyasətinin uğurlarına nəzər yetirsək, aydın şəkildə görə bilərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlə srtateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır.

Ümumiyyətlə, son illərdə Azərbaycanla strateji tərəfdaş ölkələrin sayı artır, müttəfiqlərin coğrafiyası genişlənir. Bütün dünya Azərbaycanın necə dəyişdiyini, necə sürətlə inkişaf etdiyini görür. 

Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə, geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək, görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, ümumiyyətlə, dünya miqyasında tanınan qlobal liderliyi etiraf olunan böyük şəxsiyyətdir. 

Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud qlobal problemlərin həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Buna misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüsləri, dəyərli təklifləri göstərmək olar. 

Bütün bunlarla yanaşı, Azərbaycan həm də mühüm qlobal konfransların, forumların, toplantıların, idman yarışlarının keçirildiyi məkan kimi də tanınmaqdadır. Elə ay yoxdur ki, ölkəmizdə, xüsusən də Bakıda hər hansısa mötəbər tədbir keçirilməsin. Bütün toplantılara ən yüksək səviyyədə evsahibliyi etmək isə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə böyük töhfə verir. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi isə həm ölkəmizin, həm də İlham Əliyevin qlobal nüfuzuna verilən ən dəyərli qiymət idi. Azərbaycan gözlənildiyi kimi, COP29-a çox yüksək səviyyədə evsahibliyi etdi. Dünyanın diqqəti 10 gün Azərbaycana yönəldi. Sammitin yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. 

Məhz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın yüksəlişi, artan rifahı, dünyada müşahidə olunan tendensiyalar fonunda daha aydın görünür. Bu gün dünyanın əksər dövlətində iqtisadi böhran, sosial gerilik, tənəzzül halı yaşanır. Bütün bunların müqabilində isə İlham Əliyevin Azərbaycanında nə iqtisadi böhran, nə sosial gerilik, nə də tənəzzül var. 

İlham Əliyev ötən 22 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilib, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar vətəndaşların rifahının yüksəlməsinə, cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət edib. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindən biri kimi qiymətləndirilir.

İlham Əliyev Azərbaycanı dünyanın kosmik ölkələr ailəsinin üzvü edib. Hazırda orbitdə Azərbaycanın 3 peyki mövcuddur. Ölkə lideri qlobal transmilli layihələrin müəllifi kimi Azərbaycanı "Şərq-Qərb", "Şimal-Cənub", "Orta dəhliz" kimi mühüm beynəlxalq nəqliyyat-tranzit layihələrinin fəal iştirakçısına çevirib. Həmin transmilli layihələr regionda tamamilə yeni mənzərə yaradıb. Azərbaycan regionun enerji və nəqliyyat xəritələrini yenidən tərtib edib. 

Bütün sahələrdə əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. 

Bir sözlə, dövlət başçısı yürütdüyü siyasətlə 22 il ərzində 200 illik erməni xülyasına, 30 illk münaqişəyə son qoyub. Azərbaycanın suverenliyini tam təmin edən, ölkəni qloballaşan dünyada təhlükəsizlik adasına çevirən bir siyasəti Zəfər diplomatiyası da adlandırmaq olar. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!