05 Oktyabr 2025 08:00
1646
SİYASƏT
A- A+
Yüksək nüfuza malik lideri olan dövlət

Yüksək nüfuza malik lideri olan dövlət


Dünya Azərbaycanı belə tanıyır


Prezident İlham Əliyev son həftələrdə bir neçə beynəlxalq tədbirdə iştirak edib. Belə ki, dövlətimizin başçısı bu müddətdə Çində Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində, ABŞ-də BMT Baş Assambleyasının 80-ci sessiyasında, Danimarkada "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak edib, müxtəlif görüşlər keçirib. Həmçinin son həftələrdə Birləşmiş Ərəb Əmirlikləri, Ruanda və İtaliyanın prezidentləri respublikamıza səfər ediblər.


Azərbaycanla əlaqələrin genişləndirilməsini cəlbedici edən faktorlar


Dövlətlərin və onlara rəhbərlik edən şəxslərin nüfuzu yürütdükləri siyasətin məzmunu ilə ölçülür. Bu siyasət qətiyyətli olanda həm dövlət, həm də onun lideri beynəlxalq səviyyədə ehtiramla, hörmətlə qarşılanır. Güclü liderlərin dövlətlərin taleyindəki tarixi xidmətləri barədə çoxsaylı misal göstərmək mümkündür. Çağdaş siyasətdə isə bunun ən böyük nümunələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti və ona göstərilən yüksək beynəlxalq ehtiramdır.

Əvvəldə qeyd etdiyimiz və hər biri mühüm siyasi hadisə olan beynəlxalq tədbirlərin ortaya qoyduğu əsas həqiqətlərdən biri Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin qlobal səviyyədə malik olduğu yüksək nüfuzdur. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasa da, dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu qurumun sammitində iştirak etdi. Habelə Prezident İlham Əliyevin Avropa ölkələri arasında ən yüksək səviyyədə siyasi və strateji müzakirələr üçün yaradılmış əlaqələndirmə platforması olan "Avropa Siyasi Birliyi"nin Zirvə toplantılarında iştirakı  hər zaman böyük maraqla izlənilir. Dövlət başçısının regional və qlobal proseslərə baxışı, dünyanı düşündürən aktual məsələlərə dair mövqeyi həmişə diqqət mərkəzində olur. Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın dəvəti ilə iştirak etdi.

Avropadakı ümumi təhlükəsizlik vəziyyətinin, Rusiya-Ukrayna müharibəsinin, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzuların müzakirə olunduğu Zirvə toplantısında Prezident İlham Əliyev bir neçə dövlət və hökumət başçısı ilə görüşüb. Bu görüşlər əsasən qarşı tərəflərin müraciəti əsasında baş tutub ki, bu da bir daha Azərbaycan Prezidentinin Avropa liderləri arasındakı yüksək nüfuzunun, dövlətimizin başçısına göstərilən böyük hörmətin və xüsusi dəyərin göstəricisidir. Bu görüşlərin hər biri obyektiv reallıqlara əsaslanır. Bunlar Azərbaycanın yalnız regionda deyil, dünyada gedən proseslərdə fəal iştirakı, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, dost dövlətlərə arxa-dayaq olması, qətiyyətli və müstəqil siyasət yürütməsi kimi mühüm amillərdir. Bu isə Azərbaycanla əlaqələrin və əməkdaşlığın genişləndirilməsini bir çox dövlət üçün daha da cəlbedici edir.


Orta dəhlizin uğur qazanmasında Azərbaycanın rolu böyükdür 


Azərbaycanı dünyaya tanıdan ən mühüm faktorlardan biri respublikamızın hər zaman tərəfdaşlığa sadiq olması, dünyada və regionda əməkdaşlığın daha da inkişafına xidmət edən tədbirləri həyata keçirməsidir. Dövlətimizin başçısının iştirak etdiyi beynəlxalq tədbirlərin, o cümlədən ayrı-ayrı dövlət başçılarının ölkəmizə səfərlərinin də ortaya qoyduğu ən böyük həqiqətlərdən biri Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması və əməkdaşlığa verdiyi töhfələrdir.

Bu baxımdan respublikamızın təşəbbüsü ilə reallaşan enerji layihələrini xüsusi qeyd etmək lazımdır. Bu layihələr regionda və Avropada ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliklərini təmin etməklə yanaşı, onlar arasındakı siyasi əlaqələri və müxtəlif sahələrdəki əməkdaşlığı da gücləndirir. Cənubi Qafqazdan Avropaya qədər uzanan bu enerji dəhlizi öz ətrafında Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Rumıniya, Macarıstan kimi dövlətləri, o cümlədən Avropa İttifaqını birləşdirir. Bu da onu göstərir ki, Azərbaycan "Cənub qaz dəhlizi" kimi nəhəng bir enerji infrastrukturunun müəllifinə çevrilməklə yanaşı, həm də beynəlxalq əməkdaşlığın unikal bir modelini təqdim edib. "Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki "Cənub qaz dəhlizi"nin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı", - deyə Prezident İlham Əliyev bildirib.

Qeyd edək ki, "Cənub qaz dəhlizi" formatında əməkdaşlığın nəticəsidir ki, hazırda Azərbaycanın təbii qazı 10 Avropa dövlətinə ixrac olunur ki, onlardan da 8-i Avropa İttifaqının üzvüdür.

Enerji layihələri ilə yanaşı, Azərbaycanın təşəbbüsləri həm də nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sahəsində regional və beynəlxalq əməkdaşlığı stimullaşdırır. İndiyə qədər respublikamızda həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" marşrutları üzrə çoxsaylı nəqliyyat layihəsi icra olunub. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsini,  logistika imkanlarının genişləndirilməsini də xüsusi vurğulamalıyıq. Azərbaycanın nəqliyyat sferasında layihələri həm də regionda nəqliyyat dəhlizlərinin inkişafını stimullaşdırır. Təsadüfi deyil ki, Orta dəhlizin qlobal rəqabətdə fərqlənməsi, özünü çevik nəqliyyat marşrutu kimi göstərməsi məhz Azərbaycanın sayəsində mümkün olmuşdur. Orta dəhlizin daha səmərəli nəqliyyat marşrutuna çevrilməsində Azərbaycanın oynadığı fəal rol Avropadan Çinə qədər etiraf olunmaqdadır. Azərbaycanın Avrasiyada nəqliyyat sahəsində yeni əməkdaşlıqların formalaşmasına verdiyi töhfələr misilsizdir.

Dövlətlərə beynəlxalq münasibətlər sistemində göstərilən münasibət, malik olduqları nüfuz, onların regionda və dünyadakı mövqeyi, həyata keçirdikləri siyasət ilə sıx əlaqəlidir. Bu baxımdan Azərbaycanın nüfuzu, ayrı-ayrı dövlətlərin respublikamızla əlaqələrin inkişafına göstərdikləri böyük maraq mühüm siyasi-iqtisadi faktorlara əsaslanır.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!