04 Oktyabr 2017 12:10
122
SİYASƏT
A- A+
Yeritdikləri siyasətin bəhrəsini görürlər

Yeritdikləri siyasətin bəhrəsini görürlər

 

Kataloniya hadisələri bunu bir daha sübut edir

 

Ötən bazar günü İspaniyanın Kataloniya vilayətində bölgənin ölkədən ayrılmasına dair keçirilmiş referendum və onun əks-sədası hələ də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Məlum olduğu kimi, İspaniya hakimiyyət orqanları referendumun ölkə konstitusiyasına zidd olduğunu bəyan etmiş, Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin müvafiq qanununu ləğv etmişdi. Buna baxmayaraq, katalonlar səsvermə keçirmiş və bölgənin müstəqilliyini dəstəkləmişdilər.

Peferendum qanunsuz keçirildiyindən onun heç bir hüquqi qüvvəsi olmasa da, İspaniyanın hüquq-mühafizə orqanları - milli polis və Mülki Qvardiya hərəkətə keçib səs vermək istəyən dinc katalonlara divan tutdu. Güc strukturları cəbbəxanasındakı bütün vasitələri - dəyənəkləri, rezin güllələri, gözyaşardıcı qazı, təzyiqli suyu xəbərdarlıq etmədən geninə-boluna işə saldı.

Təbii ki, separatizm hərəkatı dünya birliyindən dəstək ala bilməz. Buna baxmayaraq, Kataloniya torpağında əhaliyə qarşı ifrat güc tətbiqi, 1000 nəfərə yaxın adamın yaralanması faktı ortaya çıxdı. Qərb dövlətləri, Avropa İttifaqı ölkələri Kataloniyada təzahür edən separatizmə birmənalı münasibət bildirərək İspaniyanın ərazi bütövlüyünü dəstəklədi: referendum qanunsuzdur və qəbul edilə bilməz! Bununla belə, Qərb dairələri referendum zamanı polis zorakılığının üstündən sükutla keçdi, toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışları, bütövlükdə demokratik dəyərləri unutdu, halbuki digər ölkələrdə belə hadisələr baş verəndə bütün dünyanı ayağa qaldırıb demokratiya cəfakeşi kimi çıxış edir. Başqa sözlə, Avropada lazım gələndə gözardı edilən dəyərlər inkişaf etməkdə olan ölkələrdə dərhal yada düşür, insan hüquq və azadlıqları göylərə qaldırılır, polisin qanunsuz hərəkətlərin qarşısını alması az qala bəşəriyyətə təhlükə kimi təqdim edilir, bu və ya digər ölkə qarayaxma kampaniyasına məruz qalaraq dünya KİV-nin hədəfinə çevrilir.

Müasir dövrdə separatizm meyillərinin güclənməsi dünyada sülhə və təhlükəsizliyə təhdid kimi nəzərdən keçirilir.  Həqiqətən, bu tendensiyalar terrorizm kimi bəladan az təhlükəli deyil. Bir çox hallarda isə aqressiv separatizm terrorizmlə müşayiət olunur, bütöv ölkələrin ərazi bütövlüyü pozulur, qaçqın-köçkün axınları baş alıb gedir, çoxsaylı insan tələfatı qaçılmaz olur.

Heç kimə sirr deyil ki, separatizm və terrorizm xaricdən müntəzəm dəstək almasa, çox davam edə bilməz. 1980-ci illərin axırlarında Azərbaycanın üzləşdiyi faciə - Dağlıq Qarabağda aqressiv separatizmin baş qaldırması, ardınca Ermənistanın havadarlarının dəstəyi ilə ölkəmizə hərbi təcavüzü, nəticədə ərazimizin 20 faizinin işğal edilməsi və 1 milyondan çox həmvətənimizin yurd-yuvasından didərgin düşməsi buna sübutdur. Beynəlxalq hüquq normaları kobud şəkildə pozuldu, dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi ayaq altına atıldı. Dünya ictimaiyyətinin Dağlıq Qarabağ və onun ətrafında cərəyan edən hadisələrə münasibəti birmənalı olmadı. Azərbaycanın haqq işini müdafiə edənlərlə yanaşı, erməni separatizminə və terrorizminə, Ermənistanın hərbi təcavüzünə birbaşa, yaxud dolayı yolla dəstək verən ölkələr də vardır. Sonuncular, daha dəqiq desək, Qərb dövlətləri nəinki separatizmə lazımi münasibət bildirdi, əksinə, onu hər cür vasitə ilə dəstəkləmək yolu tutdu, Ermənistanın işğalçı dövlət kimi tanınmasına imkan vermədi. Elə indi də həmin dairələr öz ampluasındadır. Beynəlxalq vasitəçilik missiyasını həyata keçirməli olan ATƏT-in Minsk qrupu münaqişə zonasına müntəzəm olaraq faydasız səfərlər etməklə vəzifəsini bitmiş hesab edir. Əslində isə beynəlxalq vasitəçilər separatçıların və işğalçıların vəkili kimi çıxış edir, təcavüzkar ölkənin adını çəkməyi belə özlərinə rəva bilmirlər; guya ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü faktının tanınması münaqişənin həllinə mane olar. Bu azmış kimi, Qərb Dağlıq Qarabağdakı separatçı rejimə “humanizm prinsipləri”ndən çıxış edərək bu və ya digər yolla dəstək verir. Məsələn, ABŞ uzun müddətdir belə bir cinayətkar rejimə büdcəsindən müntəzəm olaraq maliyyə vəsaiti ayırır. Üstəlik, separatçı rejim ABŞ ərazisində “xeyriyyə marofon”ları keçirib pul yığır. Beləcə erməni separatçıları özlərini Qərb dairələrinin ərköyün uşağı kimi aparırlar.

İspaniyada katalon separatizmi mahiyyətcə erməni separatizminin eynidir. Təkcə bir fərq var: Kataloniya separatçıları silahsızdırlar və onlar məqsədlərinə yalnız dinc vasitələrlə nail olmaq istəyirlər. Qərb isə iki separatçı hərəkata eyni cür yanaşmır: erməni separatçısının başını sığallayır, katalon separatçısını isə qınayır və onun məruz qaldığı polis zorakılığına haqq qazandırır. Şübhəsiz, belə bir fərqli yanaşma təsadüfi deyil - erməni separatizmi Azərbaycanı, katalon separatizmi isə Qərb ölkəsini hədəf götürüb.

Bütün bunlar bir daha göstərir ki, Qərb separatizm və terrorizmə, eləcə də demokratik dəyərlərə münasibətdə ikili standartlardan əl çəkmək fikrində deyil. Amma o da məlumdur ki, belə bir davranışın bumeranq effekti də var. Qərb bunu unutmamalıdır, çünki Avropada onlarla potensial separatizm ocağı var. Həmin ocaqlar alovlansa, bumeranq effekti qaçılmaz ola bilər.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək və əhalinin sosial müdafiə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:04
22 May

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

15:35
22 May

UNCTAD-ın Baş katibi Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib

15:35
22 May

WUF13-də metropolitan idarəetmənin dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub

15:12
22 May

WUF13-ün yekun mətbuat konfransı keçirilib

15:01
22 May

Sabah bəzi yerlərdə yağış yağacaq

14:46
22 May

BMT-nin nümayəndəsi: Şəhərlər eyni vaxtda bir çox prioritetlə məşğuldur

14:23
22 May

Xocavənd şəhərində daha 17 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:10
22 May

Hikmət Hacıyev WUF13-ü işıqlandıran media nümayəndələrinə təşəkkür edib

13:58
22 May

WUF13-ün müzakirələrində ümumilikdə 115 min nəfər iştirak edib

13:48
22 May

Strateji Ekoloji Qiymətləndirmə dayanıqlı şəhər inkişafına töhfə verir

13:44
22 May

Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə heyətinin sədri-rektoru cənab Yerlan Sıdıkova

13:38
22 May

Bakıda “SPLASH for Swimmable Cities” tədbiri keçirilib

12:56
22 May

Azərbaycan və Belarus parlamentləri beynəlxalq müstəvidə əlaqələrini genişləndirir

12:49
22 May

Qvatemala nümayəndəsi: Yerli qadınların vəziyyəti və şəraiti irqçilik və patriarxiya çərçivəsində formalaşıb və davam edir  

12:37
22 May

13 işəgötürən, 70 vakansiya  

12:24
22 May

WUF13-də Namibiya və Ukraynada rəqəmsal şəhər həllərinin tətbiqi müzakirə olunub

12:23
22 May

Kolumbiyalı nümayəndə: Mənzil siyasəti məşğulluq, nəqliyyat və qayğı xidmətlərindən ayrı planlaşdırıla bilməz

12:21
22 May

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

12:10
22 May

Rodriqo Labardini: Minalar iqtisadi bərpa və yenidənqurma qarşısında ciddi maneələr yaradır

12:09
22 May

WUF13 çərçivəsində özəl sektorun davamlı şəhərlərin qurulmasındakı roluna dair müzakirələr aparılıb YENİLƏNİB

12:08
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!