20 İyun 2025 08:50
389
İQTİSADİYYAT
A- A+
Yerin altından dağların zirvəsinə

Yerin altından dağların zirvəsinə


Azərbaycan qazlaşdırmanın yüksək səviyyəsinə görə dünyanın azsaylı ölkələri sırasındadır


Hər il iyunun 20-si ölkəmizdə qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu barədə Prezident İlham Əliyev 2006-cı il iyunun 12-də sərəncam imzalayıb. Sözügedən faktın özü də göstərir ki, dövlətimiz ölkənin qaz təsərrüfatını daim diqqət mərkəzində saxlayır və bu sahədə çalışanların əməyini yüksək dəyərləndirir.

Öncə Azərbaycanda qaz təsərrüfatının yaranması və inkişafı tarixinə ötəri bir nəzər salaq. Respublikamızda qaz təsərrüfatının yaranması ötən əsrin 20-ci illərinə təsadüf edir. Bununla belə, qaz təsərrüfatımız rəsmən keçmiş SSRİ Xalq Komissarları Sovetinin 1936-cı ildə qəbul etdiyi qərar əsasında həmin ildən etibarən fəaliyyət göstərib.

Lakin Azərbaycanda qaz təsərrüfatının əsl inkişaf tarixi 1969-cu ildən - Ümummilli Lider Heydər Əliyev birinci dəfə hakimiyyətə gəldikdən sonra başlanıb. Məhz XX əsrin 70-ci illərində respublikamızın ərazisinin böyük hissəsi təbii qazla təmin edilib. 80-ci illərin sonu-90-cı illərin əvvəllərində baş verən məlum hadisələr isə əksər sahələr kimi qaz təsərrüfatında da tənəzzülə, dağıntılara səbəb olub.

2003-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə qaz təsərrüfatının yenidən qurulması, bu sahənin maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülüb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramı (2004-2008-ci illər) çərçivəsində ölkə üzrə ümumi uzunluğu 2562 kilometr olan müxtəlif diametrli qaz xətləri çəkildi, qazla təmin edilən rayonların sayı 35-dən 57-yə çatdırıldı. Sovet dövründə qazlaşdırılmayan Lerik və Yardımlı kimi yüksək dağlıq rayonlara qaz xətti çəkildi.

Qazlaşdırma növbəti dövlət proqramlarında da önəmli yer tutdu. Bunun nəticəsidir ki, son 21 ildə ölkədə qazlaşdırılan kənd və qəsəbələr saysız-hesabsızdır.

Hazırda ölkədə qazlaşdırmanın səviyyəsi 96,5 faizi ötüb. Başqa sözlə, ötən dövr ərzində qaz xətləri ən ucqar dağ kəndlərinədək çatıb. Bunların bir çoxu sovet dönəminin ən inkişaflı illərində belə mavi yanacaqdan istifadə edə bilməmişdi.

Onu da qeyd edək ki, dağların başında məskən salmış kəndlərə qaz xətti çəkmək o qədər də asan iş deyil. Bu həm maliyyə baxımından, həm də texniki cəhətdən çətindir. Tək bir misal gətirək. Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən İsmayıllı rayonunun Lahıc kəndi Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunub. Çətin coğrafi mövqedə yerləşməsinə baxmayaraq, bu kənd hələ 7 il əvvəl qazla təchiz olunub. Eləcə də Qaraqaya, Gəndob, Namazgah kəndləri...

 Bu və digər dağlıq relyefdə texnikanın işləməsi çətinləşir, bəzən hətta lazım olan nöqtəyə işçilər boruları əllə daşımalı olur, şaxtalı, qarlı havalar vəziyyəti mürəkkəbləşdirir. Bütün bunlara baxmayaraq, indi bizim dağlarla, meşələrlə əhatə olunmuş yüzlərlə kəndimizin mavi yanacağı var. Bu, bizim səriştəli, yorulmaz qaz təsərrüfatı işçilərimizin əməyi sayəsində mümkün olub.

Ümumiyyətlə, ölkəmizdə qazlaşdırma dövlət siyasətinin ayrılmaz hissələrindən birini təşkil edir. Azərbaycanda qazlaşdırmanın səviyyəsi bir sıra inkişaf etmiş ölkələrdə, eləcə də qonşularımızda olduğundan yüksəkdir. Bununla belə, həmin istiqamətdə işlər davam edir.

"Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək". Bu, Prezident İlham Əliyevin qarşıda qoyduğu mühüm vəzifələrdəndir. Odur ki, ötən bir neçə ildə də geniş ərazilərdə qazlaşdırma aparılıb. Bir çox meşəətrafı kənd, eləcə də mənbədən uzaq olan yaşayış məntəqəsi qaz alıb. Paytaxtımızda isə qazı olmayan iri yaşayış məntəqəsi qalmayıb.

Nə xoş ki bu gün yenidən qurulan Qarabağda və Şərqi Zəngəzurda da evlərdə mavi alov şölələnir! 

Dövlət başçısı diqqəti daim qazlaşdırmanın təkcə kəmiyyətinə deyil, həm də təchizatın, xidmətin səviyyəsinə yönəldir. Ona görə bu sahədə də ardıcıl tədbirlər həyata keçirilir. Məsələn, 2023-cü ilin sonundan SOCAR-ın dəstəyi ilə "Azəriqaz" İstehsalat Birliyi yeni "QAZandım" transformasiya layihəsinə start verib. Bu layihənin icrası qaz təsərrüfatı sahəsində strukturun təkmilləşdirilməsinə, insan kapitalının və korporativ mədəniyyətin formalaşmasına, ətraf mühitə ziyan vurmadan təbii qazdan istifadə edən bütün istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada mavi yanacaqla təchiz etməklə müştəri məmnuniyyətinə nail olmağa təkan verəcək. "QAZandım" layihəsində əhalinin təbii qazla təmin edilməsi ilə yanaşı, ölkənin mövcud qaz şəbəkəsi sisteminin ayrı-ayrı hissələrinin yenidən qurulmasına, avadanlıqların istismara yararlı halda saxlanılmasına yönəldilmiş texnoloji və texniki tədbirlərin görülməsi, eləcə də yeni qaz kəmərlərinin tikintisi nəzərdə tutulub.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!