29 Avqust 2025 09:15
10619
Oxucu məktubları
A- A+
Yeniyetmələri siqaret aludəçiliyindən xilas edək

Yeniyetmələri siqaret aludəçiliyindən xilas edək


Əks halda bu günün "kiçik zövq"ü sabahın böyük bəlasına çevrilə bilər


Siqaret istifadəsi bu gün dünyanın ən ciddi ictimai sağlamlıq problemlərindən biri hesab olunur. Hər il milyonlarla insan siqaretin birbaşa və dolayı təsirlərindən həyatını itirir. Ən qorxulusu isə odur ki, nikotin asılılığı çox vaxt erkən yaşlarda - uşaqlıq və yeniyetməlik dövründə başlayır. Bu isə gələcək nəsillərin sağlamlığı üçün ciddi təhlükədir.

Məktəbli uşaqların siqaret çəkməsi son illər ciddi narahatlıq doğuran sosial problemlərdəndir. Uşaqlar hələ inkişaf mərhələsində olduqları üçün bu vərdişlər onların fiziki sağlamlığına, psixoloji durumuna və gələcək həyat keyfiyyətinə birbaşa zərər vurur. Mütəxəssislər bildirirlər ki, siqaretin tərkibindəki nikotin uşaqlarda sürətli asılılıq yaradır. Nikotin qısa müddətdə tənəffüs yollarında daralma, öskürək və nəfəs darlığı əmələ gətirir. Uzunmüddətli təsiri isə ürək-damar xəstəlikləri, ağciyər xərçəngi və erkən yaşlanmadır. Azyaşlıların siqaret çəkməsi təkcə bir ailənin problemi deyil, bütövlükdə cəmiyyətin gələcəyinə təhlükədir. Uşağın bədəni və beyni hələ formalaşma mərhələsində olduğuna görə nikotin onu, sözün həqiqi mənasında, yolundan sapdırır. 

Məlumdur ki, uşaqlar çox vaxt ailədə və ətraf mühitdə gördüklərini təkrarlayırlar. Əgər valideynlər, dostlar və ya yaxın ətraf siqaret çəkirsə, uşaq bunu normal bir davranış kimi qəbul edə bilər. Halbuki siqaretin həm istifadəçiyə, həm də ətrafdakılara, yəni passiv siqaret çəkənlərə vurduğu zərər eyni dərəcədə təhlükəlidir. Kiçikyaşlı uşaqlar valideynlərinin siqaret tüstüsünə məruz qaldıqda onların orqanizmi bu təsirə qarşı tamamilə müdafiəsiz olur.

Mütəxəssislərin fikrincə, uşaqların siqaretə maraq göstərməsinin bir neçə əsas səbəbi var. Psixoloqlar uşaqlar yeniyetmə dövründə özlərini böyüklərə oxşatmaq istədikləri üçün bu addımı atdıqlarını bildirirlər. Siqaret onlara sanki "müstəqil və güclü" görünməyə imkan verir. 

Amma siqaretin təhlükəsi təkcə sağlamlıqla məhdudlaşmır. Uşaqlar siqaret çəkməklə sosial və psixoloji baxımdan da zərər görürlər. Bu vərdiş dərsə marağın azalmasına, davranış problemlərinin yaranmasına, həmyaşıdlarla münasibətlərdə mənfi təsirlərə səbəb ola bilir. Siqaret bəzən uşaqların kimliyini "böyüklük əlaməti" kimi qəbul etməsinə gətirib çıxarsa da, əslində, onları erkən yaşda riskli davranışlara sürükləyir.

Həkimlər vurğulayırlar ki, reklamların və sosial mediada paylaşılan görüntülərin təsiri çox güclüdür. Uşaqlar sevdikləri idmançını, müğənnini və ya bloqçunu bu məhsullarla görəndə onu təqlid etməyə çalışırlar. Sosioloqlar isə ailə nəzarətinin zəifləməsi, valideynlərin işlə bağlı çox məşğul olması, həmyaşıd təzyiqi də uşaqların bu vərdişlərə yönəlməsinə şərait yaratdığını qeyd edirlər. Yeri gəlmişkən, əvvəllər siqaretə meyillilik yeniyetmə oğlanlar arasında çox yayılmışdısa, artıq siqaret çəkən qızlara da tez-tez rast gəlinir. Bu çox təəssüfdoğurucu bir haldır.

Bu zəhərli vərdişin uşaqlar arasında yayılmasının əsas səbəblərindən biri də siqaretin onlara qanunsuz satılmasıdır. Qanunvericilik yetkinlik yaşına çatmayanlara bu məhsulların satışını qadağan etsə də, bəzi kiçik marketlərdə, köşklərdə və ya məhəllə mağazalarında ona əməl olunmur. Məhəllə köşklərində şəxsiyyət vəsiqəsi soruşulmur, "tanış uşağ"a güzəşt edilir. Market kassalarında siqaretlər ərzaq məhsullarının, şirniyyatın yanında düzülür, onlayn çatdırılma platformalarında yaş yoxlaması formal olur.  Uşaqlar bəzən böyüklərdən xahiş edərək, bəzən də satıcıların məsuliyyətsizliyi nəticəsində tütün məhsullarını asanlıqla əldə edə bilirlər.  

Məktəblərdə siqaretin və digər zərərli vərdişlərin fəsadları ilə bağlı müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir. Bu məqsədlə müəllimlər, məktəb psixoloqları və tibb işçiləri tərəfindən şagirdlər üçün söhbətlər, təqdimatlar və seminarlar təşkil olunur, siniflərdə sosial çarxlar nümayiş etdirilir, siqaretin tənəffüs sisteminə təsirini əyani göstərən poster və broşürlər paylanır. Bəzi məktəblərdə "Sağlam həyat tərzi" mövzusunda yarışmalar, esse müsabiqələri və idman tədbirləri keçirilməklə uşaqların diqqəti zərərli vərdişlərdən uzaqlaşdırılır. Amma, görünür, bu, azdır.

Məktəblərdə son illər maarifləndirmə artsa da, sinif saatları, psixoloq söhbətləri, "sağlam həyat tərzi" həftələri, videolar, plakatlar və s. təşkil olunsa da, təcrübə göstərir ki, ən təsirli yanaşma öz seçim bacarığını gücləndirməkdir. Motivasiyaedici müsahibə üsulu ilə qısa söhbətlər etmək, münasibəti pozmadan faktı qəbul etmək, birlikdə çıxış yolu axtarmaq lazımdır. Valideynlərin nəzarəti, satıcıların məsuliyyətli davranması və ictimai qınağın gücləndirilməsi də vacibdir. Cəmiyyətin bütün üzvləri uşaqların sağlam gələcəyi üçün birgə hərəkət etməlidirlər. Yetkinlik yaşına çatmayanlara siqaret satan satıcılara qarşı daha ciddi cəzalar tətbiq olunmalı, məktəblərdə yalnız bir dəfə deyil, mütəmadi şəkildə, müxtəlif üsullarla - filmlər, təcrübələr, açıq dərslər vasitəsilə məlumatlandırma aparılmalı, media, QHT-lər və ictimai xadimlər uşaqlar arasında zərərli vərdişlərə qarşı kampaniyalarda iştirak etməli, uşaqlara sağlam həyat tərzi öyrədilməlidir. Bu işdə uşaqların asudə vaxtlarının səmərəli təşkili - idman dərnəkləri, mədəniyyət kursları, yaradıcılıq klubları da unudulmamalıdır. Eyni zamanda valideyn də öz davranışı ilə nümunə olmalıdır. Əgər valideyn özü siqaret çəkirsə, övladına siqaretin zərərli olduğunu anlatmaq çətin olur. Bir sözlə, bəlanın qarşısını almaq üçün  məktəb, ailə, dövlət və bütövlükdə cəmiyyət birlikdə çalışmalıdır. Əks halda bu günün "kiçik zövq"ü sabahın böyük bəlasına çevrilə bilər.


Nərminə ƏSGƏROVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!