08 Dekabr 2023 11:00
54435
Oxucu məktubları
A- A+

Yeni uşaq bağçasına ehtiyacımız var

 

Tovuz rayonunun ən böyük kəndlərindən biri də Aşağı Öysüzlüdür. Son illər kənddə aparılan abadlıq və yenidənqurma işləri kəndin simasını tamamilə dəyişmişdir, illərlə yığılıb qalmış problemlər demək olar ki, aradan qaldırılmışdır. 
Bununla belə kənddə uşaq bağçası problemi hələ də qalmaqdadır. Kənddəki 1 saylı uşaq bağçasının yerləşdiyi bina tamamilə qəzalı vəziyyətə düşmüşdür. Uzun müddət təmir işləri aparılmadığından pəncərələr, qapılar, döşəmə, dam örtüyü demək olar ki, yararsız vəziyyətdədir. Qışda binanın isidilməsində odundan istifadə edilir. Bu isə birbaşa yanğın təhlükəsidir. Onu da deyək ki, uşaq bağçasının yarım əsrdən çox yaşı var. Bir az da belə getsə, uşaqlarımızı bağçaya verməkdən imtina edəcəyik. 
Hörmətli redaksiya! Xahiş edirik, səsimizi kənddə yeni uşaq bağçasının tikilməsinə qərar verən qurumlara çatdırasınız. 

Ceyran VƏLİYEVA,
Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video