07 Fevral 2026 08:05
756
SİYASƏT
A- A+
Yeni tariximizin qürur səhifəsi

Yeni tariximizin qürur səhifəsi


Prezident İlham Əliyevin fəaliyyətinin bütün dövrləri milli ideyaların həyata keçirilməsi, müstəqilliyimizin, suverenliyimizin, milli maraqlarımızın qorunması, ölkəmizin inkişafının, xalqın xoşbəxtliyinin təmin edilməsi ilə zəngindir, yaddaqalandır. Düşmən üzərində tarixi qələbə, erməni təcavüzkarlarının ayaqlarının Qarabağ torpaqlarından kəsilməsi, suverenliyimizin tam bərpa edilməsi, xalqın sarsılmaz birliyi və səfərbərliyi, ordunun sarsılmaz gücü və qüdrətli dövlət başçısı və Ali Baş Komandan kimi İlham Əliyevin qətiyyəti, yüksək təşkilatçılıq bacarığı sayəsində mümkün olub.

7 fevral 2024-cü il prezident seçkilərindən keçən dövr ölkəmiz üçün mühüm hadisələrlə əlamətdardır. Cənab İlham Əliyevin rəhbərliyi və təşkilatçılığı sayəsində iqtisadiyyatda, sosial həyatda, beynəlxalq aləmdə, dinc quruculuq işlərində uğurlu nəticələr əldə edilib. Prezidentin cəsarətli və prinsipial mövqeyi, düşünülmüş və çevik diplomatik gedişləri, milli maraqlara və ölkənin inkişafına əsaslanan qərarları, sülhə, əməkdaşlığa, beynəlxalq normalara arxalanan amalları, fəaliyyəti ölkəmizi regionun lider dövlətinə çevirib.

Dünyanın bir çox regionlarında müharibələrin, qarşıdurmaların, terrorun, qətllərin baş alıb getdiyi bir dövrdə Cənubi Qafqazda sabitlikdir, sülh, əmin-amanlıq üçün real imkanlar yaranıb, insanlar da artıq rahatdırlar, müharibə təhlükəsindən uzaqdırlar. Qarşılıqlı etimad mühitinin formalaşması, Azərbaycan-Ermənistan münasibətlərinin daha da normallaşması, sülh müqaviləsinin imzalanması, regionda enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən tədbirlər bilavasitə Azərbaycan liderinin uzaqgörən siyasətinin nəticəsidir.

Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm enerji və nəqliyyat dəhlizləri, Avropanın bir çox ölkələrinə uzanan qaz kəmərləri, alternativ enerji mənbələri, dünyanın super dövlətlərinin - ABŞ-nin, Çinin Azərbaycanla əməkdaşlığa önəm vermələri dövlətimizin beynəlxalq aləmdə rolunun və nüfuzunun artmasının sübutudur. Cənab İlham Əliyevin iqtisadi inkişafa, ictimai-siyasi sabitliyə, əməkdaşlığa yönələn fəaliyyəti, həm regional, həm də qlobal səviyyədə sülhün, əmin-amanlığın, demokratiyanın, insan haqlarının təşviqinə verdiyi töhfələr Azərbaycanı dünya miqyasında sülhsevər bir dövlət kimi tanıtdırmış və liderimizə böyük hörmət, ehtiram qazandırmışdır.

Ötən il avqustun 8-də Vaşinqton Sammitində Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması, ABŞ lideri tərəfindən Prezident İlham Əliyevin fəaliyyətinə verilən yüksək qiymət ölkəmizin Cənubi Qafqazdakı öncül mövqeyinin göstəricisi idi. Cənab İlham Əliyev daim sülhün tərəfdarıdır. Torpaqlarımız işğal altında olduğu, müharibənin getdiyi, qələbə qazandığımız  günlərdə də Prezidentimiz sülh mövqeyindən çıxış edirdi. Vaşinqton görüşü, Ağ Evdə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma, "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəlişin dayandırılması, ABŞ səviyyəsində Zəngəzur dəhlizinin açılmasına verilən dəstək son ayların mühüm hadisələridir.

Beynəlxalq sülh platformasında Azərbaycanın rolu durmadan artır. Prezident İlham Əliyev dünyaya sübut edir ki, sülh, əməkdaşlıq, qarşılıqlı sağlam münasibətlər sözlə, çağırış və bəyanatlarla deyil, əməli fəaliyyətlə, siyasi iradə və düşünülmüş diplomatik gedişlərlə, prinsipial mövqe, sağlam düşüncə və bəşəri ideyalarla həyata keçirilir. Dövlətimizin başçısının bu siyasəti milli təhlükəsizliyimizi möhkəmləndirmişdir. Həyata keçirilən mühüm layihələr, şəhər və kəndlərimizdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə görülən tikinti, abadlıq, quruculuq işləri iqtisadi inkişafımıza yeni təkan vermişdir.

Prezidentin sülh, tolerantlıq, insanlığa, bəşəri dəyərlərə sədaqət nümunəsi bu il özünü bir daha təsdiqlədi. BƏƏ-nin təsis etdiyi "Zayed İnsan Qardaşlığı Mükafatı"nın qalibi olan cənab İlham Əliyev Davosda çox böyük hörmət və ehtiramla qarşılandı. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına Azərbaycanın təsisçi üzv qismində seçilməsi isə xalqımıza və dövlətimizə göstərilən ehtiramın növbəti ifadəsidir. Bu, Azərbaycan dövlətinin qüdrətini bir daha dünyaya nümayiş etdirdi və dövlətimizin başçısının nəinki Cənubi Qafqazda, bütün dünyada sülhə, əməkdaşlığa, birgəyaşayışa böyük önəm verdiyini təsdiqlədi.

Bəşəriyyətin xoşbəxt gələcəyi sülhdən, dövlətlərarası qarşılıqlı sağlam münasibətlərdən, beynəlxalq normalara əməl edilməsindən asılıdır. Müharibələr, qarşıdurmalar, terror və sui-qəsdlər heç bir dövlətə xeyir gətirməyib və gətirməyəcək. Biz bunu Ermənistanın timsalında aydın gördük. Erməni separatçıları 30 il Qarabağ torpaqlarını işğal altında saxladılar, şəhər və kəndlərimizi xarabalığa çevirdilər, insanlarımızı qətlə yetirdilər, xalqımızın başına olmazın bəlalar gətirdilər. Sonda öz başları əzildi. Halbuki ağıllı dövlət rəhbərləri, siyasətçilər dünyada sülhün bərqərar edilməsi, müharibələrə son qoyulması iqtisadi inkişaf və sosial rifah uğrunda mübarizə aparırlar. Cənab İlham Əliyev də məhz bu mübarizədə birinci sıradadır və öz qətiyyəti, sülhə sədaqəti ilə dünyaya bir nümunədir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimat mərasimindəki çıxışında Prezidentimiz bunu bir daha təsdiqlədi. Sülhün, tolerantlığın, mədəniyyətlərarası dialoqun təşviqi sahəsində xidmətlərinə görə bir lider kimi bu mükafata cənab İlham Əliyevin layiq görülməsi dünyaya bir daha göstərdi ki, dövlətimizin rəhbəri sülhə sadiqdir. İlham Əliyev Ermənistanla uzun sürən  müharibənin nəticəsinə toxunaraq bir daha dünyaya bəyan etdi: "Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür".  

Prezident İlham Əliyevin tutduğu yol Azərbaycanın uğurlu gələcəyindən, ictimai-siyasi sabitlikdən, milli mənafelərimizin qorunmasından, inkişafımızdan və dayanıqlı sülhdən keçir. Azərbaycanın dünyada etibarlı, inkişaf etmiş, sülhsevər bir dövlət kimi tanınması, səsimizin ən mötəbər tribunalardan eşidilməsi qürurvericidir. Bu ruh, bu inam iqtisadi-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində özünü aydın göstərir. Azərbaycan Prezidenti ölkə vətəndaşlarının sağlamlığını, təhlükəsizliyini, sosial vəziyyətinin yaxşılaşdırılmasını həyatının mənası hesab edir. Dövlət başçısının fərman və sərəncamları ilə son illər 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunmuşdur. Bu sənədlər üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manatdan çoxdur. Minimum əməkhaqları 3,1, orta əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfəyədək, orta aylıq pensiya 2,6, müavinət və təqaüd ödənişləri üçün ayrılan illik vəsait 5 dəfə artmışdır.

Bu il sosialyönümlü xərclərin çəkisinin dövlət büdcəsində 41 faiz olması sosial rifahın dövlət siyasətinin başlıca istiqaməti olduğunu bir daha təsdiq edir. Bu da aparılan sosial islahatların davamlığını, əhalinin rifahının yüksəldilməsi və həssas qrupların sosial müdafiəsinin dövlətin diqqət mərkəzində dayandığını bir daha göstərir. İnsanların həyat səviyyəsinin yaxşılaşması, əlbəttə ki, ölkə iqtisadiyyatının davamlı və dayanıqlığı ilə əlaqədardır. İqtisadi inkişaf yüksələn xətt üzrə davam edir. 2025-ci ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 129,1 milyard manatlıq və ya 2024-cü illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, qeyri-neft-qaz sektorunda 5,5 faiz artım əldə olunmuşdur.

Dövlətimizin başçısı tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən qayğı və diqqət, bu sahədə mütərəqqi texnologiyaların tətbiqi, elektron informasiya sisteminin yaradılması, subsidiya mexanizminin təkmilləşdirilməsi, bir sıra aqrar-sənaye parklarının və müəssisələrinin yaradılması, kadr hazırlığına böyük önəm verilməsi, qabaqcıl təcrübələrin öyrənilib yayılması öz müsbət nəticələrini verməkdədir. 

Azərbaycan elminin, mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanın inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında, təşviq edilməsində də Prezidentin xidmətləri əvəzsizdir. Bu sahələrdə həyata keçirilən mühüm tədbirlər, beynəlxalq görüşlər, konfranslar, forumlar ictimai-mənəvi həyatımıza yeni məna verir, dövlətimizi tolerant, yüksək mədəniyyətə, humanist adət-ənənələrə  malik bir ölkə kimi tanıtdırır və sevdirir.

Cənab İlham Əliyevin fəaliyyətinin mühüm bir istiqaməti Qarabağ və Şərqi Zəngəzur regionları ilə bağlıdır. Müharibədə tarixi qələbə qazanmaqla Azərbaycanda yeni bir dövrün başlanğıcı qoyuldu. İndi o torpaqlarda möhtəşəm tikinti, bərpa, quruculuq işləri həyata keçirilir. Son illər 25 milyard manat vəsait sərf olunan bu ərazilərdə artıq həyat öz axarına düşür, insanlar yurd-yuvalarına qayıdırlar. Müasir tipli məktəblər, xəstəxanalar, uşaq bağçaları, yollar, idman müəssisələri, beynəlxalq hava limanları, ictimai-iaşə obyektləri, emal müəssisələri onların ixtiyarındadır. Prezidentin "Qarabağ torpaqlarını, viran edilən kənd və şəhərlərimizi gülüstana, cənnətə çevirəcəyik" vədi artıq reallığa çevrilib.

İndi Qarabağa səfər edən xarici ölkə rəhbərləri, ictimai-siyasi xadimlər, jurnalistlər, turistlər viran edilmiş, xarabazarlıqlara çevrilmiş o torpaqlarda başqa mənzərə ilə qarşılaşırlar. Bu, əlbəttə, həyata keçirilən tədbirlərdən, əsası torpağa məhəbbətdən, vətənə xidmətdən, xalqa, insana qayğı və diqqətdən irəli gəlir. 

Cənab İlham Əliyev andına, Ulu Öndərin ideyalarına, vəsiyyətinə, xalqın etimadına, torpağa sevgisinə sadiqdir. O, xalqın birliyi, ordunun gücü, düşünülmüş siyasəti ilə torpaqlarımızı azğın düşməndən azad etdi və dünya hərb tarixinə yeni səhifə yazdı. Yazılan bu tarix Azərbaycan xalqının qürurunu, gücünü, yurda, torpağa sonsuz məhəbbəti nümayiş etdirməklə dövlətimizi ucaltdı, Prezidentimizin qüdrətini, yenilməzliyini, sülh, əmin-amanlıq amallarını təsdiqlədi.

Qarabağ torpaqları qüdrətli ordumuz - cəsur əsgər və zabitlərimiz tərəfindən bu gün mətanətlə qorunur. Milli təhlükəsizliyimizin təmin edilməsi, ordumuzun gücləndirilməsi, hərbi kadrların hazırlanması hər an diqqət mərkəzindədir. Cənab İlham Əliyev ordu quruculuğuna böyük önəm verir, əsgər və zabitlərimizlə, şəhidlərimiz, qazilərimizlə qürur duyduğunu bildirir, bu insanların sosial müdafiəsinin, həyat şəraitinin yaxşılaşdırılması üçün səylərini əsirgəmir.

Bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın inkişaf edən ölkələrindən biridir. Ətrafımızdakı dövlətlərdə iqtisadi-siyasi böhran, qarşıdurmalar, müharibələr baş verdiyi, insanlar çıxılmaz bir vəziyyətdə yaşadığı halda ölkəmizdə ictimai-siyasi sabitlikdir, əmin-amanlıqdır. Bu, cənab İlham Əliyevin yüksək təşkilatçılığının, idarəetmə məharətinin, xalqa, torpağa bağlılığının, millətinə inamının bəhrəsidir. Azərbaycan xalqı da Prezidentini sevir, ona sonsuz hörmət və ehtiram bəsləyir, inanır, dəstək verir - 2 il öncə olduğu kimi. 


Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
16 Aprel

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:09
16 Aprel

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 

03:08
16 Aprel

"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
16 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

03:06
16 Aprel

Uşaq hüquqları haqqında

03:05
16 Aprel

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi haqqında" 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanında və "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamında dəyişiklik edilməsi və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi haqqında

03:04
16 Aprel

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə elan

03:02
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti baş ofis və struktur idarələrində yanğına qarşı sistemlərə illik texniki xidmətlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

03:01
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti dənizdə və quruda yükqaldırıcı, xilasedici, qəza takelajlarının və yedəkləmə avadanlıqlarının yoxlanılması, təmiri, testi və sertifikatlaşması xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

03:00
16 Aprel

Ağ Ev: İranla danışıqlar davam edir

22:53
15 Aprel

Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar  

22:52
15 Aprel

Ərdoğan: Faciəvi hadisələr siyasi polemika mövzusu ola bilməz

22:51
15 Aprel

“Axios”: ABŞ və İran çərçivə sazişinə yaxınlaşırlar

22:49
15 Aprel

Peskov: İranın dinc nüvə energetikasından qeyd-şərtsiz istifadə etmək hüququ olmalıdır

22:47
15 Aprel

Azərbaycanla ABŞ arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlər var  

22:46
15 Aprel

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

20:34
15 Aprel

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!